09 Sentyabr 2026 10:20
136
CƏMİYYƏT
A- A+
Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr


Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, yeni hüquqi risklər də meydana çıxarıb. Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. 

Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi Qaydalara əsasən banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilər. Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək, onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.

Bildirildiyinə görə, təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.


Tövsiyələr

• FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin;

• Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin;

• SMS təsdiq kodlarını heç kimlə paylaşmayın;

• Telefonunuza gələn bank bildirişlərini daim izləyin;

• Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin;

• Şübhəli zəng və mesajlara etibar etməyin;

• Bank hesablarınızı mütəmadi yoxlayın;

• Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.


Nəticə

Onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir.

Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalanın Şirvanlı kəndində Xəzərin sahili təmizliyə çıxdı

11:05
09 Sentyabr

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!