09 Sentyabr 2026 09:00
210
İQTİSADİYYAT
A- A+
Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır


Azərbaycan kənd təsərrüfatında yeni mərhələyə qədəm qoyur. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlər fermerlər üçün dövlət dəstəyinin istiqamətini dəyişməklə yanaşı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və ixracyönümlü istehsalın genişləndirilməsini hədəfləyir. 

Qeyd edək ki, Aqrar Subsidiya Şurasının qərarı Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. 

Yeni subsidiya mexanizmləri aqrar sektorda dövlət dəstəyinin istiqamətlərini də dəyişir. Burada əsas diqqət daha çox məhsul istehsal etməyə, torpaqdan və sudan səmərəli istifadə olunmasına, fermerin əldə etdiyi məhsulu yüksək əlavə dəyərlə bazara çıxarmasına yönəlib. Məsələn, müasir suvarma sahəsində texnoloji yeniliklərin  tətbiqinin genişləndirilməsi məhsuldarlığın artırılması üçün əsas şərtlərdən biri kimi ön plana çıxarılır. Su resurslarından qənaətlə istifadə etmək də bu yanaşmanın bir hissəsidir.

Dəyişikliklərin başqa bir istiqaməti isə emal və ixrac imkanlarının genişləndirilməsidir. Yəni qarşıya məqsəd qoyulmayıb ki, tarladan daha çox məhsul götürülsün. Məhsulun ölkə daxilində emal olunması, qablaşdırılması, bazara hazırlanması və xarici bazarlara çıxarılması üçün zəncirin növbəti halqalarının da gücləndirilməsi nəzərdə tutulur. Heyvandarlıq sahəsində isə diqqət cins tərkibinin yaxşılaşdırılmasına yönəldilir. Daha məhsuldar heyvanların sayının artırılması həm ət və süd istehsalının yüksəldilməsinə, həm də ümumi məhsuldarlığın yaxşılaşdırılmasına hesablanıb. Yeni subsidiya siyasəti məhz bu xətti gücləndirməyi nəzərdə tutur. 2026-2030-cu illər üçün müəyyənləşdirilən hədəflər göstərir ki, dövlət dəstəyi, sadəcə, istehsalın özünə deyil, məhsulun torpaqdan istehlakçıya qədər keçdiyi bütün zəncirə daha geniş yanaşma tələb edir.

Bu yanaşmanın maraqlı tərəfi ondan ibarətdir ki, subsidiya mexanizmləri ənənəvi istehsal sahələrini dəstəkləməklə məsələni bitmiş saymır. Yüksək əlavə dəyər yarada və xarici bazarlarda özünə yer tapa biləcək yeni istiqamətlər üçün də imkanlar genişləndirilir. Belə istiqamətlərdən biri aroniya bağlarıdır. Bu bitkinin əkinini təşviq etmək üçün bağların salınmasına hər hektara 7500 manat birdəfəlik subsidiya veriləcək. Açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül yetişdirən təsərrüfatlar üçün isə hər hektara 6000 manat subsidiya nəzərdə tutulur.

Diqqətçəkən digər istiqamət kiçik, yəni butik şərabçılığın inkişafıdır. Burada  yerli üzüm sortlarından premium şərabların hazırlanması, bu istehsalın aqroturizmlə əlaqələndirilməsi və kiçik, lakin ixrac imkanına malik mikrobrendlərin yaradılması nəzərdə tutulur. Bu məqsədlə 5-20 hektar sahədə salınacaq super-intensiv üzüm bağlarına hər hektar üçün 20 min manat, intensiv bağlara isə 10 min manat subsidiya veriləcək. Hədəf isə  2030-cu ilədək 20 yeni butik şərab evinin yaradılması ilə üzümçülük, emal, turizm və ixracın bir-birini tamamladığı yeni bir iqtisadi model formalaşdırmaqdır.

Dəstəyin dairəsi bununla da bitmir. Balıqçılıqda nərəkimilər və qızılbalıqkimilər üçün məhsul subsidiyasının ilk dəfə tətbiqi, intensiv heyvandarlığın, o cümlədən milli "Qarabağ" və "Dilbaz" atlarının dəstəklənməsi, toxumçuluq və aqrar texnika üzrə 60 faizədək güzəştlər istehsalın müxtəlif sahələrini əhatə edir. Fermerə subsidiyanın 30 faizinin əvvəlcədən ödənilməsi isə gündəlik xərclər üçün əlavə maliyyə çevikliyi yaradır.

Fermerlərin texniki imkanlarının genişləndirilməsi üçün bir sıra avadanlıqlara tətbiq olunan güzəştlər  də artırılır. Taxıl və pambıqyığan kombaynlardan soyuducu anbarlara, suvarma hovuzlarından günəş panellərinə qədər müxtəlif aqrar avadanlıqlarda güzəşt 50 faizədək yüksəldilir. Damcı suvarma sistemlərində yerli istehsala 60, xarici istehsala isə 50 faiz güzəşt nəzərdə tutulur. Kiçik şərabçılıq müəssisələrinin avadanlıqları üçün bu göstərici 60 faiz, istixana avadanlıqları və yerli metal konstruksiya və şüşələr üçün isə 20 faiz olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)  "Azexport.az" portalının rəhbəri Ayxan Qədəşov isə subsidiya mexanizminin daha bir məqamını izah edir: "Yeni subsidiya siyasətində ixrac baxımından mühüm istiqamətlərdən biri beynəlxalq sertifikatlaşdırmanın dəstəklənməsidir. Avropa, Körfəz ölkələri və digər yüksək alıcılıq qabiliyyətinə malik bazarlara çıxışın əsas şərtlərindən biri beynəlxalq standartlara uyğunluqdur. Fermer və aqrar müəssisələrin "Global G.A.P.", "FSSC 22000", "HACCP", "GRASP", "BRCGS", "FSMA" və beynəlxalq orqanik sertifikatlarının alınması xərclərinin 7 000 manatdan 36 000 manatadək, illik aktiv saxlanılması xərclərinin isə müvafiq məbləğin 10 faizi səviyyəsində subsidiyalaşdırılması istehsalçıların maliyyə yükünün azaldılmasına, yerli məhsulların xarici bazarlarda etibarlılığının və rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bu dəstək istehsalçılarımızın yüksək standartların tətbiq olunduğu bazarlara çıxış imkanlarını genişləndirə bilər".

Bütün bu sadalananlar göstərir ki, yeni subsidiya mexanizmlərində  məqsəd istehsalın formasını dəyişmək, texnologiyanı və səmərəliliyi önə çəkmək, məhsulu emaldan ixraca qədər uzun və gəlirli bir zəncirə bağlamaqdır. Başqa sözlə, söhbət üstün dəyər yaradan aqrar sektor qurmaqdan gedir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

Orta dəhlizin inkişaf perspektivləri Bakıda müzakirə olundu

08:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!