09 Sentyabr 2026 10:50
77
CƏMİYYƏT
A- A+
İsrafdan uzaq olaq 

İsrafdan uzaq olaq 


Neftçalada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə "Ənənələrə sadiqlik, israfdan uzaq" layihəsi çərçivəsində toy və yas mərasimlərində israfçılığın azaldılması və milli-mənəvi dəyərlərin qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri və layihə rəhbəri Akif Kərimov mərasimlərdə həddindən artıq israfçılıq məsələsinə diqqət çəkərək xüsusilə yas mərasimlərinin mahiyyətindən uzaqlaşdırılmamasının vacibliyini bildirib. Yas məclislərində təşkil olunan təmtəraqlı süfrələr əvəzinə sadə yanaşmanın tətbiqini vacib sayan A.Kərimov həmin vəsaitlərin abadlıq, təhsil, yol və digər sosial infrastruktur layihələrinə yönəldilməsinin icma üçün daha faydalı olduğunu qeyd edib. Şadlıq mərasimlərindəki qida israfına da toxunan layihə rəhbəri vətəndaşları resurslardan daha qənaətlə istifadə etməyə çağırıb.

Kulturoloq Əbülfəz Babazadə cəmiyyətdə mənfi adətlərə qarşı yalnız təbliğatın kifayət etmədiyini, insanlarda mənəvi-mədəni immunitetin formalaşdırılmalı olduğunu bildirib. O, toyların maddi yükə çevrilməməli olduğunu, xarici təcrübələrdən milli dəyərlərə uyğun şəkildə yararlanmağın və yaslarda təmtəraq əvəzinə ehtiyacı olanlara əl tutmağın vacibliyini diqqətə çatdırıb.

"İnformasiya və sosial təşəbbüslərə dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə mərasimlərdəki israfçılığın qarşısının alınmasının yalnız dövlətin deyil, bütün cəmiyyətin, ziyalıların və din xadimlərinin ortaq vəzifəsi olduğunu vurğulayıb. O, ehsanın əleyhinə olmadıqlarını, lakin onun ziyafətə çevrilməsinin və ailələrin borca düşməsinin yolverilməzliyini, imkanlı şəxslərin sadə məclislərlə nümunə olmalı olduğunu qeyd edib.

Çıxış edən digər ziyalılar, din xadimləri  və ağsaqqallar da dəbdəbəli məclislərin cəmiyyətə vurduğu maddi-mənəvi zərərlərdən söz açıblar. Vurğulayıblar ki, israfçılıqla mübarizədə ilk növbədə nüfuzlu şəxslər nümunə göstərməlidirlər. Qeyd olunub ki, toylarda qida tullantılarının qarşısı alınmalı, yas mərasimləri isə nümayişkaranə təmtəraqdan azad edilərək ilkin mahiyyətinə qaytarılmalıdır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb. 


S.QUBADOĞLU,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

Orta dəhlizin inkişaf perspektivləri Bakıda müzakirə olundu

08:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!