09 Sentyabr 2026 10:40
109
CƏMİYYƏT
A- A+
Əmin-amanlıq, diqqət və firavanlıq

Əmin-amanlıq, diqqət və firavanlıq


Tərtərdə vətəndaş məmnunluğunun mayasıdır 


6-7 il əvvəl Tərtərin adı çəkiləndə gözlərimiz önündə gecə-gündüz müharibə şəraitində yaşayan bir bölgə canlanırdı. İnsanlar gündəlik işləri ilə məşğul olsalar da, bu adi həyatın arxasında daimi həyəcan, təlaş hissləri vardı. 30 ildən artıq bir müddətdə məkrli "qonaq"ların törətdikləri təxribatlar tərtərlilərə nələri yaşatmamışdı.

Ancaq bütün bu ağrıların içində ümid sönməmişdi. Hər kəs inanırdı ki, bir gün haqq-ədalət Zəfər çalacaq. O gün gəldi. 2020-ci il sentyabrın 27-si ermənilərin törətdikləri təxribat xəbəri ilə başlasa da, bir şey hamı üçün aydın idi - bu işğalın, ədalətsizliyin sonu olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki qələbəni Tərtər rayonu dağıntılar içində qarşıladı. Ancaq, bəlkə də, ölkədə bu xəbərə ən çox sevinən də elə bu rayonun sakinləri oldular.

Tərtərdə elə ev, elə ailə yoxdur ki, müharibədən hansısa zərbəni almamış olsun. Kimi torpaq uğrunda şəhid verib, kimi gənc övladını qazi kimi qarşılayıb, kimi isə alın təri, halal zəhməti ilə tikdirdiyi ev-eşiyindən olub. Elə buna görə də müharibədən ötən 6 il bütünlüklə rayonun bərpasına, iqtisadiyyatın möhkəmlənməsinə və ən əsası insanların aldığı mənəvi yaraların sağalmasına həsr edilib. 

Savaş başa çatan kimi Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında rayonun bərpasına başlanıldı. İlk növbədə insanların əmlakına, sahibkarlıq obyektlərinə, təhsil, səhiyyə ocaqlarına və digər yerlərə dəyən ziyan müəyyənləşdirildi. Bu zaman rayon rəhbəri Müstəqim Məmmədovun və bu sahədə çalışan komissiya üzvlərinin qarşısında duran ən başlıca vəzifə vətəndaş məmnunluğunun təmin edilməsi və dəyən ziyanın ədalətli qaydada aradan qaldırılması idi. Şükürlər olsun, əvvəlkindən də yaraşıqlı evlər tikildi, məktəblər, uşaq bağçaları bərpa olundu, küçələr abadlaşdırıldı. İndi Tərtərdə həyat yenə öz axarı ilə davam edir. Sağalmayan tək şəhid yaraları, gənc yaşlarında sağlamlığını itirən övladların dərdidir. O üzdən rayonda bu məsələlər bir an belə, diqqətdən kənarda qalmır, RİH-in başçısı Müstəqim Məmmədov hər zaman şəhid ailələrinin, qazilərin yanındadır. Səyyar qəbul-görüşlər keçirərkən həmin kənddə yaşayan şəhid ailələrini, qaziləri ziyarət edir, problemləri ilə maraqlanır, varsa, həllinə kömək göstərir.

Bu yaxınlarda o, Bəyimsarov kəndində olarkən Milli Məclisin deputatı Anar Məmmədovla birlikdə Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenli Tural Məmmədlinin ailəsini ziyarət etdi. Qaynaq kəndində isə Birinci Qarabağ  müharibəsinin əlili Tofiq Quliyevin ailəsinin qonağı oldu. Tofiq Quliyev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Dövlət tərəfindən ona III dərəcə əlillik təyin edilib. Qazi mənzil və avtomobillə də təmin olunub.

Görüş zamanı T.Quliyev bildirdi ki, II Qarabağ müharibəsindəki qələbəyə  qədər onların kəndi ermənilərə lap yaxın məsafədə yerləşdiyi üçün 30 ildən artıq insanlar təhlükə altında yaşamışlar. İndi əmin-amanlıqdır. Hamının əli işə-gücə yatır. Kənd camaatı pay torpaqlarında həvəslə işləyir, əkib-biçir, mal-qaraya baxır. Kəndin siması da çox dəyişib, infrastruktur layihələr icra edilib. İndi kənd yaşamaq üçün daha rahat olub, qəsəbədən, rayon mərkəzindən geri qalmır. 

M.Məmmədov Səhlabad kəndində keçirdiyi görüş zamanı Birinci Qarabağ müharibəsi şəhidi Mənsur Ağayevin anası Qəmzə Ağayeva evinin həyətində hamam tikintisi üçün kömək göstərilməsini xahiş etmişdi. Müraciətdən dərhal sonra şəhid anasının xahişinin yerinə yetirilməsinə başlanılıb. Bu diqqət onun könlünü ovudub. Əgər o, unudulmursa, deməli, onun Mənsuru da yaddaşlarda yaşayır.

Rayon rəhbərinin iş cədvəli nə qədər gərgin olsa da, yerlərdə olarkən o, kənd ağsaqqaları ilə də görüşüb söhbət etməyə, onların tövsiyələrini dinləməyə vaxt tapır, ehtiyaclarını, xahişlərini diqqətdə saxlayır. Yenikəndin ağsaqqalı Rafiq Əliyevlə görüş də bu baxımdan yaddaqalan olub. Ağsaqqal bu gün kənd təsərrüfatında tətbiq olunan yeniliklərdən, xüsusən də intensiv suvarmanın tətbiqindən, elmi nailiyyətlərdən cəsarətlə istifadə edilməsindən razı qaldığını bildirib. Deyib ki, aqrar inkişafla bağlı yeni dövlət proqramından məlumatlıdır və arzu edir ki, tərtərlilər bu işdə də birinci olsunlar. RİH başçısı isə öz növbəsində müasir dövrdə ailə ənənələrinin qorunmasının vacibliyini qeyd edib. Bildirib ki, ağsaqqallar öz nümunələri ilə yanaşı, məclislərdə, tədbirlərdə gənclərlə maarifləndirici söhbətlər aparmalıdırlar.

Rayonda vətəndaş məmnunluğunu yaradan səbəblərdən biri də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində abadlıq-quruculuq və təmir-bərpa işlərinin aparılmasıdır. Tərtər şəhərinin estetik görünüşünün müasir memarlıq üslubunda yenilənməsi, küçə və prospektlərin, yaşayış binalarının əsaslı təmiri istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bir gün belə, səngimir. Şəhərin müasir infrastrukturunun formalaşdırılması məqsədilə Cavanşir küçəsində aparılan əsaslı təmir-bərpa işləri çərçivəsində köhnəlmiş bordürlər yeniləri ilə əvəz olunmuş, piyada səkilərinə asfalt örtüyü salınmışdır. Eyni zamanda ərazidəki kommunikasiya, elektrik, qaz və rabitə xətləri texniki təhlükəsizlik normalarına uyğun olaraq qaydaya salınmışdır. Hazırda küçə boyunca istinad divarları hörülür,  qəzalı vəziyyətdə olan divarlar sökülərək yenidən tikilir, onlar aqlay və bəzək daşları ilə üzlənir. Paralel olaraq şəhərin 5 mərtəbəli 2 binanın giriş və fasad hissələrində əsaslı təmir işləri aparılır. 

Bu günlər Tərtərdən daha bir xoş xəbər aldıq. Şəhərdə peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş "Tərtər Sağlamlıq Mərkəzi" fəaliyyətə başlayıb. Klinikada laboratoriya, ginekologiya, USM (ultrasəs müayinəsi), terapiya, stomatologiya, psixoterapiya və loqoped şöbələri var. Şəhid ailələri klinikada növbədənkənar müayinə və müalicə olunurlar.

Rayon əhalisi klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirir. Əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan tərtərlilər indi  yeni klinikanın xidmətlərindən istifadə edirlər. 

Uzun illərin ağırlığını çiyinlərindən atmış Tərtər gündən-günə gözəlləşir. Buna uyğun olaraq insanların həyatı da yaxşıya doğru daha sürətlə dəyişir. Ən əsası isə sülh və əmin-amanlıqdır. İnsanların məmnunluğunu, həyat firavanlığını təmin edən ən vacib şərt də elə budur.                                                                                


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

Orta dəhlizin inkişaf perspektivləri Bakıda müzakirə olundu

08:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!