09 Sentyabr 2026 10:35
103
CƏMİYYƏT
A- A+
Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər


"İstedadlı Əlillər" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili" layihəsi çərçivəsində Qubada növbəti tədbir keçirilib.

Qonaqlar Qubanın tarixi və mədəni məkanları ilə tanış olublar. Tədbir iştirakçıları həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il hadisələri və kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur.  Həmin ərazidə 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə  Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. 

Turun sonunda keçirilən konsert proqramına qatılan  qonaqlar onlara göstərilən diqqətə görə əlaqədar təşkilatlara təşəkkürlərini bildiriblər.   

Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratmaq, eləcə də inklüzivliyin cəmiyyətdə təşviqinə töhfə verməkdir.


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindular Eyfeli ziyarət zamanı orada çalışan qadın işçiləri görmək istəməyiblər

11:00
09 Sentyabr

Mahir vokal ifaçısı

10:55
09 Sentyabr

İsrafdan uzaq olaq 

10:50
09 Sentyabr

Gədəbəyin balı da adı ilə tanınır

10:45
09 Sentyabr

Əmin-amanlıq, diqqət və firavanlıq

10:40
09 Sentyabr

Əlilliyi olan şəxslər Qubaya səfər ediblər

10:35
09 Sentyabr

"Conder"lər start xəttindədir

10:30
09 Sentyabr

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

10:20
09 Sentyabr

DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb

10:10
09 Sentyabr

Süni intellekt səhiyyənin sərhədlərini genişləndirir

10:00
09 Sentyabr

Ümid ünvanı

09:50
09 Sentyabr

Azərbaycanın gələcək mühəndislərinə BP-nin növbəti hədiyyəsi

09:40
09 Sentyabr

1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

09:30
09 Sentyabr

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

09:20
09 Sentyabr

Dövlət büdcəsinin gəlirləri proqnozu 3 faiz üstələyib

09:10
09 Sentyabr

Yeni subsidiya mexanizmləri aqrar sektorda daha böyük imkanlara qapı açır

09:00
09 Sentyabr

Gələcəyə doğru...

08:50
09 Sentyabr

Rəqəmsallaşma müəlliflik hüququnun sonu yox, yeni mərhələsidir

08:40
09 Sentyabr

TBMM-in nümayəndə heyəti Milli Məclisdə 

08:30
09 Sentyabr

Revanşistlərin ucuz şousu

08:20
09 Sentyabr

Orta dəhlizin inkişaf perspektivləri Bakıda müzakirə olundu

08:10
09 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!