16 Iyul 2024 17:05
114
DÜNYA
A- A+

İçməli suyun ən bahalı olduğu ölkələrin reytinqi açıqlanıb

 

Birləşmiş Ştatlar içməli suyun ən yüksək qiymətə təklif edildiyi ilk on ölkə sırasında yer alan yeganə böyük iqtisadiyyatdır. Belə ki, ABŞ-da 1,5 litrlik su şüşəsi 2,19 dollara satılır. Qeyd edək ki, Birləşmiş Ştatlar bu reytinq cədvəlində ən bahalı səkkizinci ölkədir. Bununla belə, hətta bu qiymət siyahının mütləq lideri olan Monakodan təxminən üç dəfə aşağıdır; burada analoji həcmdə suyun qiyməti 5,8 dollardır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ən bahalı içməli su satılan ilk onluğa daxil olan ölkələrin əksəriyyəti Karib hövzəsi və Afrika qitəsində yerləşir. Onların arasında Antiqua və Barbuda (1,5 litr üçün 2,59 dollar), Mərkəzi Afrika Respublikası (2,49 dollar), Barbados (2,48 dollar), Baham adaları (2,41 dollar), Kosta-Rika (2,35 dollar), Qrenada (2,26 dollar) və Eritreya (2,14 dollar) var. İlk onluğu 1,5 litr içməli su üçün 2,04 dollar qiymətlə İslandiya qapayır.

Araşdırma göstərib ki, 77 ölkədə 1,5 litr şirin suyun qiyməti bir dolları ötür. Maraqlıdır ki, Şimali Afrika ölkələri içməli suyun ən sərfəli şərtlərlə satıldığı dövlətlər sırasında yer alıb; tələbatının böyük hissəsini Nil çayı hesabına təmin edən Misirdə bu qiymət cəmi 18 sent, Liviyada isə 24 sentdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video