Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
İyulun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən "Azərbaycan" qəzetinə verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb. Birinci xanım Mehriban Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada görüşdüyü keçmiş məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edili...
16 Iyul
Müdafiə Nazirliyinin rəhbər heyəti Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib
16 Iyul
Birinci yarımildə Qarabağa 2 milyard manata yaxın vəsait yönəldilib
16 Iyul
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün ...
16 Iyul
Bu ilin birinci yarımilində xarici dövlət borcu 5,3 milyard dollar təşkil edib
16 Iyul
“New York Times” XXI əsrin ən yaxşı 100 kitabının siyahısını açıqlayıb
16 Iyul
Dövlət büdcəsinin xərcləri proqnozu üstələyib
16 Iyul
İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivləri müzakirə edilib...
16 Iyul
Bu ilin altı ayında dövlət büdcəsinin gəlirləri 18,8 milyard manat təşkil edib
16 Iyul
Milli Məclisə seçkilərdə ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib...
16 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Ən böyük azərbaycanlı14 Iyul 2024
İlk Qurtuluş günü13 Iyul 2024
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün yeni perspektivlər açılır 11 Iyul 2024
ÇOX OXUNANLAR
HEYDƏR ƏLİYEV MİSSİYASI14 Iyul 2024
Heydər Əliyevin enerji siyasətinin şah əsəri13 Iyul 2024
Zəfərə dönüş anı 12 Iyul 2024
Türk dünyasının gücü birliyindədir11 Iyul 2024
Türk birliyinin qlobal gücə çevrilməsi zamanın tələbidir10 Iyul 2024
Mənim polisim məni qoruyur - peşəkarcasına, qanı bahasına, bəzən özünü qurban verərək!.....09 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!