16 Iyul 2024 19:00
92
DÜNYA
A- A+

“New York Times” XXI əsrin ən yaxşı 100 kitabının siyahısını açıqlayıb

 

“New York Times” XXI əsrin 100 ən yaxşı kitabının siyahısını dərc edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qəzetin əməkdaşları müəlliflər, tənqidçilər və ədəbiyyat həvəskarları arasında sorğu keçirərək, onlardan 2000-ci ildən bəri nəşr olunan 10 ən yaxşı kitabın adını çəkməyi xahiş ediblər. Nəticədə siyahının tərtib edilməsində 503-ə yaxın insan iştirak edib. Kitab müəlliflərinin arasında Stiven Kinq, Ceyms Patterson, Sara Cessika Parker, Marlon Ceyms və bir çox başqaları var.

“Ümid edirik ki, siz bu siyahıda həmişə oxumaq istədiyiniz kitaba rast gələcəksiniz və ya yenidən oxumaq istədiyiniz sevimli kitabınıza rastlayacaqsınız. Hər şeydən əvvəl isə inanmaq istəyirik ki, burada təqdim olunan mövzuların, səslərin, fikirlərin, təcrübənin və təxəyyülün genişliyi bizim kimi sizi də ruhlandıracaq və valeh edəcək”, - deyə nəşrin açıqlamasında qeyd olunur.

Qəzetin yazdığına görə, ən yaxşı 100 kitabın siyahısında Elena Ferrantenin “Mənim dahi rəfiqəm” əsəri birincidir. İlk onluğa, həmçinin aşağıdakı əsərlər daxil edilib: İzabel Vilkerson –“Digər günəşlərin istisi: Amerikaya böyük köçün epik hekayəsi”, Hilari Mantel – “Canavar zalı”, Edvard Pol Cons – “Məşhur dünya”, Conatan Franzen- “Ddüzəlişlər”, Roberto Bolanyo – “2666”, Kolson Uaythed –“Yeraltı dəmir yolu”, Vinfrid Georq Zebald – “Austerlits”, Kazuo İsiquro - “Məni buraxma” və Merilin Robinson - “Qalaad”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video