12 İyul 2024 08:57
2830
SİYASƏT
A- A+
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir

Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir

 

Dünyanın nəhəng siyasi-iqtisadi güc mərkəzləri ilə müstəqil  münasibət  qurmağı planlaşdıran rəsmi Bakı Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti nəticəsində qlobal hədəfə sürətlə yaxınlaşmaqdadır. Məhz belə bir geopolitik və geoiqtisadi taktika ölkəmiz qarşısında inkişaf perspektivlərini genişləndirərək  Azərbaycanın bütün dünyaya açılmasını təmin edir. 
İndi həm Avropa, həm də Asiya dövlətləri ölkəmizin qlobal miqyasda əsas rolunu dərk etməkdədirlər. Bu, bir reallıqdır ki, Azərbaycan artıq  Qərbdən Şərqə doğru böyük bir çoğrafiyada, bütün beynəlxalq istiqamətlər üzrə fəal tərəfdaşlıq fəaliyyəti ilə prioritetlərini tamamilə təmin edir, həm geopolitik, həm də geoiqtisadi məkanda yeni dünya düzəninin qurulmasında həlledici rol oynaya biləcək gücdə olduğunu təsdiq edir.
Avropa Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq edən, bu qitənin əsas enerji resursları təchizatçıları sırasında yer alan Azərbaycan Qərblə yanaşı, Şərqlə də geopolitik və geoiqtisadi yaxınlaşmaya maraqlı olduğunu nümayiş etdirir. İrihəcmli geoiqtisadi mənfəət vəd edən bu  cür önəmli  geopolitik balanslaşdırma ilə ölkəmiz həm də mütləq müstəqilliyini təmin edə bilir.
Bakının bu cür düşünülmüş geopolitik və geoiqtisadi manevrləri Azərbaycanın  Qərblə Şərq arasında artıq əsas tranzit qovşağına çevrildiyini göstərir. Nəzərə alsaq ki, Çin də Avropa Birliyi ölkələrinə Azərbaycan üzərindən yükdaşımalara start verib, onda Çinin də Orta dəhlizdən istifadə etməkdə birbaşa marağının olduğunu deyə bilərik. 
Azərbaycanla strateji tərəfdaşlıq barədə saziş imzalayan rəsmi Pekin Cənubi Qafqazın lider dövlətinə və Şərqlə Qərb arasında tranzit qovşağına böyük önəm verdiyini rəsmi şəkildə təsdiqləyib.
Xatırladaq ki, Azərbaycan ŞƏT-in son iki Zirvə toplantısına dəvət olunub. Eyni zamanda ŞƏT-in aparıcı təmsilçisi və gələn il bu quruma sədrlik edəcək Çin Azərbaycanı üçüncü dəfə də Zirvə toplantısına dəvət edib. Bu önəmli məqam respublikamızın ŞƏT üçün vacib ölkəyə çevrildiyini və bu qurumun üzvü olan dövlətlərlə inkişaf edən tərəfdaşlığının mövcudluğunu göstərir. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət isə Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın ən vacib sahəsi hesab olunur. Azərbaycanın BRİCS-ə üzvlük niyyətini bəyan etməsini alqışlayan rəsmi Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) hüquqi statusunun artırılmasının vacibliyini də birmənalı şəkildə vurğulayir. Hadisələrin gedişi ölkəmizin yaxın gələcəkdə əsasən geoiqtisadi faktorlar üzərindən fəaliyyət göstərən ŞƏT-in sıralarında yer ala biləcəyini deməyə əsas verir.
Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr olunmuşdu. Burada ŞƏT-in bir çox aktual məsələ ilə bağlı mövqeyi ortaya qoyuldu, təşkilatın fəaliyyəti qiymətləndirildi və gələcək üçün istiqamətlər müəyyənləşdirildi.
Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə sammitinin ardınca bütün dünyanın gözü Azərbaycana dikildi. Çünki Türk Dövlətləri Təşkilatının liderləri Azərbaycanda növbəti Zirvə görüşü keçirirdilər. Ümumiyyətlə, bu beynəlxalq tədbirin ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Və bu, rəsmi Bakının siyasi-ideoloji prioritetləri sırasında ön planda yer alır. Qeyd etmək yerinə düşər ki, hər iki tədbirdə türk dünyasının böyük bir ailəyə, güc mərkəzinə çevrildiyini, yeni tarixi reallıqlar müstəvisində əsrimizin "türk dünyası əsri"nə doğru uğurla irəlilədiyini gördük. Şuşada keçirilən Zirvə toplantısında Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi. 
Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Rəsmi Bakının prinsipial mövqeyi ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında real güc mərkəzlərindən birinə çevrilsin. 
Sammitdə Qarabağın gələcəkdə türk dünyasının əbədi dostluğunun həqiqi rəmzinə çevriləcəyi mesajı verildi. Ən mühümü isə gələcəkdə Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Şuşa Zirvə görüşünün Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacağı heç bir şübhə doğurmur.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!