14 İyul 2024 08:06
916
SİYASƏT
A- A+
55 illik tarixin şərəf və ləyaqət timsalı

55 illik tarixin şərəf və ləyaqət timsalı

 

Tarixi hadisələrə onun baş verdiyindən müəyyən zaman keçəndən sonra yalnız gerçəklik və ədalət prinsipləri baxımından yanaşdıqda doğru qənaətə gəlmək mümkündür. Məhz bu amillər əsas götürüləndə həmin tarixi hadisə baş verdiyi vaxt onun görünməyən çalarları da aydınlaşır.
Azərbaycan xalqının tarixində iz buraxan hadisələrdən biri  55 il əvvəl baş verdi. 1969-cu ilin 14 iyul tarixində Ulu Öndər Heydər Əliyev ilk dəfə hakimiyyətə gəldi, Sovet İttifaqının tərkibində olan Azərbaycana rəhbərlik etməyə başladı. Hakimiyyətə gəlişi ilə Ulu Öndər bütün sahələrdə geridə qalan, tənəzzül dövrünü yaşayan, rüşvət girdabında çabalayan Azərbaycanı qısa zaman kəsiyində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından, sənaye mərkəzlərindən birinə çevirdi, ölkəmizdə rüşvəxtorluğa qarşı əsl mübarizə başlatdı və onu bu bataqlıqdan xilas etdi. Bu, Azərbaycanın xilası, xalqın özünə qayıdışı idi. 
Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin işgüzarlığı, təşkilatçılıq bacarığı, yüksək idarəçilik qabiliyyəti Azərbaycanı dirçəltdi, ayağa qaldırdı. 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özünü göstərməyə başlamışdı. Respublikanın inkişafı getdikcə ləngiyir və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir etmişdi. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalmışdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Respublikamızın iqtisadiyyatı durğunluq vəziyyətində idi. İstər istehsalın artım sürətinə, istərsə də keyfiyyət və səmərəlilik göstəricilərinə görə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında sonuncu yeri tuturdu. Azərbaycanda fəaliyyət göstərən sənaye müəssisələrinin 90 faizinin ittifaq əhəmiyyətli olmasına baxmayaraq, onların buraxdığı məhsulun keyfiyyəti çox aşağı idi. Məhsulun bir faizindən azı keyfiyyət nişanı almışdı və bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında axırıncı idi. SSRİ bazarında özünə layiqli yer tapmayan  məhsullar qiymətdən düşür, müəssisələrin mənfəəti azalırdı. 
Respublikanın belə bir vəziyyətində hakimiyyətə gələn Ulu Öndər dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində "Heydər Əliyev dövrü" başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda  yaranmış sosial və iqtisadi durum hərtərəfli təhlil olundu, geriliyin səbəbləri müəyyənləşdirildi, onları aradan qaldırmaq və irəliyə doğru inkişafı təmin etməyin proqramı hazırlandı. Əsas məqsəd kimi texniki tərəqqi, istehsalın səmərəliliyini və məhsulun keyfiyyətini yüksəltmək ön plana çəkildi.
Böyük siyasətçi 1960-cı illərin yoxsul Azərbaycanını 1980-ci illərin inkişaf etmiş, iqtisadiyyatın bütün sahələrində uğur qazanmış bir respublikaya çevirdi. Bunu necə etdi? Ulu Öndər iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində öz vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail oldu.  Sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edərək doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə apardı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirməyi ən ümdə məsələ hesab etdi. Sonralar o dövrü xarakterizə edən Ulu Öndər deyirdi: "Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi". 
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti ondan ibarət oldu ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. SSRİ kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər reallaşdırdı. Beləliklə, dünya sosializm sisteminin və böyük sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi. Bu yüksəlişin müəllifi Heydər Əliyev idi.
Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həll yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Məlumdur ki, Ümummilli Liderin dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Heydər Əliyevin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu.  Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etmişdi. Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin edildi. Beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
Heydər  Əlyev deyirdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Azərbaycan xalqı bu həqiqətə son iki onillikdir ki, şahid olur. Mövcud yüksəlişin  kökündə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində  qazanılmış uğurlar, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, istehsal və qeyri-istehsal sahələrinin  infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dayanır. Bütün bunlar Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin   müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsində əldə olunub. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası  Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin müstəqil inkişaf strategiyasının dəqiqliklə hazırlanması, İlham Əliyevin bu  kursu tam və uğurla davam etdirməsi Azərbaycan iqtisadiyyatının bütün sahələrinin  dinamik inkişafının əsasını təşkil edir.
1969-ci ilin 14 iyulundan başlanan yolun tarixi təcrübəsi göstərir ki, Heydər Əliyev həmişə çətin zamanların lideri olub, xalqı və dövləti ən ağır vəziyyətlərdən çıxarıb. Ulu Öndər Azərbaycan tarixinin son  55 illik dövrünün şərəf və ləyaqət timsalı kimi xalqın yaddaşına hopub. Ömrünü dövlətimizin qüdrətlənməsinə, xalqımızın daha yaxşı yaşamasına həsr edən Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayır, xatirəsi əziz tutulur və hər zaman böyük sevgi, dərin hörmətlə anılır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu xidmətlər nə saymaqla bitər, nə də yazmaqla.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!