16 Iyul 2024 19:28
88
SİYASƏT
A- A+

Müdafiə Nazirliyinin rəhbər heyəti Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Qazaxıstana səfəri davam edir.

"Azərbaycan" qəzeti Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərlikləri ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib. Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.

Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara, texniki avadanlıqlara baxış keçiriblər.

Daha sonra hərbi hissələrdən biri ziyarət olunub. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video