“Baş nazirin ciddi faktoloji materiallara əsaslanan hesabatından da gördük ki, Azərbaycan öz inkişafı istiqamətində qarşısına qoyduğu bütün prioritetlərə uğurla nail olmaqdadır. Belə ki, hesabat ili ərzində ölkədə əvvəlki illə müqayisədə real ifadədə 4,1% çox olmaqla 126,3 mlrd. manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunmuşdur”. Milli Məclisin deputatı Könül Nurullayeva açıqlamasında belə deyib. Bildirib ki, bu gün məhz dövlət başçımızın rəhbərliyi ilə ölkə daxilində sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər, beynəlxalq arenada artan nüfuz, qüdrətli ordu quruculuğu və işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan miqyaslı tikinti-bərpa işləri Azərbaycanın inkişaf modelinin səmərəliliyini bir daha nümayiş etdirir.
“Hesabat ilində ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün atılan addımlar və beynəlxalq platformalarda liderlik təşəbbüsləri Azərbaycanın qlobal siyasətdəki fəallığını bir daha təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda təsnifat ardıcıllığı üzrə siyasi, iqtisadi, elm-təhsil, mədəniyyət, ekologiya, səhiyyə və idman mövzusunda bütövlükdə 130 beynəlxalq tədbir keçirilib”.
Deputat həmçinin ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)-un əhəmiyyətinə də toxunub: “Bu qlobal tədbir nəinki ölkəmizdə, ümumiyyətlə, dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. Belə bir ali səviyyəli tədbirin təşkilatçılıq missiyasının Azərbaycana həvalə olunması möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisi idi. Ölkəmizdə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, hökumət üzvləri və səlahiyyətli dövlət orqanlarının rəhbər təmsilçiləri ilə yanaşı, Milli Məclis deputatlarının da bir qismi COP 29 Təşkilat Komitəsinin tərkibində yer almış, bütövlükdə parlamentarilərimiz Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə bu tədbir çərçivəsində fəal iştirak etmişlər”.
K.Nurullayeva hesabat ilində Milli Məclisin Gənclər və İdman Komitəsinin təmsilçisi olaraq bir neçə vacib vacib bir məsələyə də diqqət çəkib: “Elm və təhsil sahəsi üzrə reallaşan və gənclərimizin gələcək uğurlarını şərtləndirən olduqca mütərəqqi dəyişikliyə diqqət yetirmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na dəyişiklik edilmişdir. Bu dəyişikliyə əsasən, Dövlət Proqramının müddəti uzadılmış və 2022-2028-ci illəri əhatə etmişdir. Sərəncama əsasən hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. Beləliklə də, Dövlət Proqramı çərçivəsində dünyanın 21 ölkəsinin 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanmışdır. Təqdirəlayiq haldır ki, Proqram çərçivəsində dünyanın 14 ölkəsinin 64 ali təhsil müəssisəsində təhsilini başa vurmuş 186 nəfər məzun ölkəyə qayıtmışdır ki, onların da mütləq əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanlarında və digər hökumət strukturlarında işə başlamışlar”.
Deputat eyni zamanda orta ümümtəhsil məktəblərində idman dərsləri ilə bağlı yaranmış vəziyyətdən narahatlığını da ifadə edib: “Cəmiyyətimizdə sağlam həyat tərzinin təşviq edilməsi və gənc nəslin fiziki sağlamlığının qorunması məqsədilə idman fəaliyyətləri xüsusilə əhəmiyyətlidir. İdman dərsləri, yalnız fiziki hazırlığı artırmaqla kifayətlənmir, eyni zamanda şagirdlərin psixoloji və sosial inkişafına da müsbət təsir edir. Bütün bu müsbət təsirlərə baxmayaraq, fiziki tərbiyə fənni və idmana təhsil müəssisələrinin tədris proqramında daha çox saat vermək və diqqət ayırmağa ehtiyac var”.
K.Nurullayeva bu sahədə beynəxalq təcrübəyə də diqqət çəkib: “Məsələn, inkişaf etmiş ölkələrdə həftədə 2 saatlıq məcburi idman dəsrlərindən başqa, məktəb proqramına fakültətiv əlavə saat daxil edilir. Qeyd etmək lazımdır ki, bir sıra orta ümumtəhsil məktəblərində fiziki tərbiyə və idmanın tədrisinə, idman qurğuları və idman zallarından səmərəli istifadə olunmasına xüsusi diqqətin ayrılması məqsədəuyğun olardı. Bu məsələyə önəm verməklə biz, gənclərin fiziki aktivliyini artıra və sağlam həyat tərzinin aşılanmasında müsbət rol oynaya bilərik. Fikrimcə, bədən tərbiyəsi və idmanın tədris proqramlarına daha çox inteqrasiya edilməsi, bu sahədəki boşluqların aradan qaldırılmasına kömək edərdi.”
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir
Ermənistan "sülh" oyunu oynayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!