27 Oktyabr 2026 08:20
225
CƏMİYYƏT
A- A+
Gəncədə şəhid ailələri ilə birgə "44" filmi izlənilib

Gəncədə şəhid ailələri ilə birgə "44" filmi izlənilib


Gəncədə şəhid ailələrinin üzvləri ilə birgə Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığa həsr olunan "44" bədii filmi izlənilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər şəhid ailələrinin üzvləri ilə görüş keçirib, çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Görüş zamanı şəhid ailələrinin təklif və müraciətləri dinlənilib.

Daha sonra şəhid ailələrinin üzvləri ilə birgə "Gəncə Mall" Ticarət Mərkəzində yerləşən kinoteatrda "44" bədii filmi izlənilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn "44" bədii filmi qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda mübarizəyə qalxan nəslin ruhu, iradəsi və fədakarlığı əks olunur. Filmin çəkilişləri Bakı, Gəncə, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

"44" filmi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə, Vətən müharibəsində qazanılan Zəfərin və tarixi yaddaşın gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!