27 Noyabr 2026 09:10
89
DÜNYA
A- A+
Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir

Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir


Fransada son vaxtlar "ağlara qarşı irqçilik" fikri tez-tez səsləndirilir. Əslində isə bu iddialar qaradərili və Şimali Afrika mənşəli insanların üzləşdiyi real, sistemli ayrı-seçkiliyi arxa plana keçirmək məqsədi daşıyır. İfrat sağçı dairələr cinayət, miqrasiya və islam mövzularını önə çəkməklə ictimai müzakirələrin yönünü dəyişirlər. 

Onlar bu yolla gündəlik həyatda çətinliklərlə üzləşən insanların problemlərini kiçiltməyə çalışırlar. Hüquq müdafiəçiləri də məsələdən narahatdırlar. Onların fikrincə, bu, cəmiyyətdə əcnəbilərə qarşı nifrəti adi hala çevirir. Dövlət qurumlarının və siyasətçilərin buna reaksiya verməməsi isə radikal qrupları daha da cəsarətləndirir.

Fransanın araşdırmaçı media nəşri "Mediapart"ın həmtəsisçisi və keçmiş baş redaktoru Edvi Plenel mövzu ilə bağlı araşdırmasında bildirib ki, təhqir və ya pis davranış kimə yönəlməsindən asılı olmayaraq, qəbuledilməzdir. Lakin Fransada qaradərili və Şimali Afrika mənşəli vətəndaşların işə qəbulda, mənzil kirayəsində, polis yoxlamalarında və ictimai həyatda qarşılaşdıqları sistemli maneələrlə ağdərili vətəndaşlar üzləşmirlər. 

Qeyd edək ki, Fransa qanunvericiliyi irqi və etnik mənsubiyyət üzrə rəsmi statistikanın aparılmasını qadağan edir. Bu səbəbdən mövcud problemlər daha çox müstəqil sosioloji araşdırmalar və hüquq müdafiəçilərinin hesabatları ilə üzə çıxır. Məsələn, müstəqil tədqiqatlar və Fransa Hüquq Müdafiəçisi İnstitutunun hesabatları ciddi ayrı-seçkilik faktlarını ortaya qoyur. Məlum olur ki, ərəb və ya Afrika mənşəli ad-soyad daşıyan şəxslərin iş müsahibəsinə dəvət almaq şansı digərlərindən xeyli aşağıdır. Eyni çətinlik mənzil kirayələmək istəyənlərə də aiddir. Bundan başqa, gənc qaradərili və Şimali Afrika mənşəli kişilər polis yoxlamaları ilə daha tez-tez üzləşirlər. Hesabatlara əsasən, onların sənəd yoxlanışına məruz qalma ehtimalı digər vətəndaşlarla müqayisədə dəfələrlə yüksəkdir.

Qeyd olunur ki, bütün bu mübahisələrin kökündə Fransanın öz keçmişi ilə tam üzləşmək istəməməsi dayanır. Ölkə hələ də müstəmləkə tarixi və quldarlıq dövrü ilə bağlı məsuliyyəti tam qəbul etmir. Xüsusilə Əlcəzair müharibəsi və XIX-XX əsrlərdə Afrika qitəsində aparılan müstəmləkəçilik siyasəti bu gün də ciddi mübahisə mövzusudur. Keçmişdən qalan bu problemlər cəmiyyətdə dərin izlər buraxıb. Müstəmləkəçilik dövründə formalaşan ayrı-seçkilik düşüncəsi bu gün də özünü göstərir. Ekspertlərin fikrincə, cəmiyyətdə əsl bərabərlik və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün tarixi həqiqətlər açıq şəkildə etiraf olunmalıdır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir

09:10
27 Noyabr

Həm etiket, həm də dəyər

09:05
27 Noyabr

Bu gün səpilən toxum sabah çörəkdir 

09:00
27 Noyabr

Pambıq hər zaman qiymətli sərvət sayılıb

08:55
27 Noyabr

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!