27 Noyabr 2026 09:00
113
İQTİSADİYYAT
A- A+
Bu gün səpilən toxum sabah çörəkdir 

Bu gün səpilən toxum sabah çörəkdir 


Cəlilabadda taxıl səpini sürətlənir


Cəlilabad şəhərindən çıxıb üzü qərbə doğru - Yardımlı rayonuna tərəf istiqamətlənən şose ilə irəlilədikcə yolun hər iki tərəfində çılpaq dağlar və bu dağların arasında çox da böyük olmayan kəndlər görünür. Asfalt yolun kənarı ilə uzanan yerüstü dəmir borular diqqətimizi çəkir. 

Yol yoldaşım - Kürdlər kənd bələdiyyə sədrinin müavini Anar Bağırovdan soruşuram: 

- Bu kəndlərə qaz xətti çəkilib? 

- Bəli, çoxdandır, təxminən, 15 il olar çəkilib. 

- Bəs bu asfalt nə vaxt döşənib? 

- Yol da elə həmin vaxtlarda, deyəsən, regionların sosial-iqtisadi inkişafı II Dövlət Proqramı çərçivəsində təmir olunub.

Çox da uzaq olmayan meşəsiz - çılpaq dağların sinəsi hansısa rəssamın çəkdiyi lövhəyə bənzəyir - bir hissəsi yamyaşıl, digər hissəsi isə tünd-şabalıdı rəngdədir. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rahib Kərimovun idarədə söhbət zamanı dediyi sözlər yadıma düşür. "Taxıl əkini müəyyən qədər ləngiyir. Bu da aramsız yağan yağışlarla əlaqədardır. Fermerlər, sahibkarlar hava şəraiti əl verən kimi sahələrə çıxıb əkin aparırlar". 

Bu söhbətdən nəticə çıxarmaq o qədər də çətin deyil. Deməli, dağların yamacındakı çəmənləşən sahələr bir müddət bundan əvvəl əkilənlərdir. Yağan yağışlar torpağa düşən toxumu cücərtmiş, 15-20 gün ərzində ərazini çəmənlik halına gətirmişdir. DAİM-in direktoru onu da demişdi ki, cəlilabadlılar taxıl əkib-becərməyin nə olduğunu yaxşı bilirlər: "Rayonumuz bu sahədə öz sözünü həmişə demişdir. Hər hektardan yüksək məhsul əldə etdiyinə görə Cəlilabadı Azərbaycanın Ukraynası adlandırıblar. Keçən əsrin 70-80-ci illərində taxılçılıq sahəsində qazandığı nailiyyətlərə görə bir neçə nəfər o dövrün ən yüksək mükafatlarından olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb". Direktor sözünə davam edərək onu da bildirmişdi ki, fermerlər, torpaq mülkiyyətçiləri ənənəni indi də davam etdirirlər. "Onlar dövlətin göstərdiyi diqqət və qayğıdan lazımınca bəhrələnirlər. Taxıl və digər bitkilərin istehsalı ilə bağlı fermerlərə subsidiyalar verilir - buğda və arpa üçün hər hektara 200 manat. Gübrə və texnika sarıdan heç bir çətinlik yoxdur. Bildiyiniz kimi, 2026-2030-cu illəri əhatə edən yeni dövlət proqramında kənd təsərrüfatı işçilərinin qarşısında çox mühüm vəzifə qoyulub: hər hektardan məhsuldarlığı 50 sentnerə çatdırmaq. Bunun üçün indidən, yəni əkin vaxtından tədbir görmək lazım gəlir. Yüksək məhsul isə keyfiyyətli toxum, aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək nəticəsində əldə olunur. Ona görə də taxılçılara məsləhət görmüşük ki, sertifikatlı toxumlar alıb əksinlər. Respublikamızın ayrı-ayrı rayonlarından keyfiyyətli toxumlar alırıq. Bu barədə onlarla seminar-müşavirələr də keçirmişik. Sertifikatlı toxum əkməyənlərə dövlət tərəfindən 200 manat yox, 100 manat həcmində subsidiya veriləcək". 

Direktorun söhbətindən o da məlum olmuşdu ki, cari ili taxılçılar üçün uğurlu  hesab etmək olar. Keçən ilin payızında 67 min hektar sahənin 50 min 694 hektarına buğda, 16 min 307 hektarına arpa əkilmişdir. Buğda sahələrindən məhsuldarlıq 44,1 sentner olmaqla ümumilikdə 23 min 561 ton, arpa sahələrindən məhsuldarlıq 35 sentner olmaqla 57 min 75 ton məhsul istehsal olundu. Bundan əlavə, heyvandarlıqda istifadə etmək üçün vələmir əkilmiş 4 min 990 hektardan 13 min 573 ton məhsul hasil edildi. 

Bu ilin payızında isə cəlilabadlı fermer və sahibkarlar 65 min hektarda səpin aparmağı nəzərdə tutublar. Bunun 

49 min hektarı buğda, 16 min hektarı arpa olacaq. 5 min hektarda da vələmir əkiləcək. İndiyədək 20 min hektardan çox sahədə buğda, 14 min 500 hektardan artıq sahədə arpa səpini aparılıb. 1700 hektara isə vələmir əkilib. Səpinə 120 yerşumlayan traktor, 76 kotan və 85 toxumsəpən aqreqat cəlb olunub. 

Bizi bu rəqəmlərdən  yol yoldaşımız Anar Bağırovun sözləri ayırdı: 

- Buralar bizim ərazidir, daha dəqiq desək, Kürdlər bələdiyyəsinə daxil olan Abdullu kəndidir. Abdullu bələdiyyəbəki 15 kənddən biridir. Kənddə 133 təsərrüfat var. Əhalisi isə 660 nəfərdir. Sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. 

Asfalt yolun kənarındakı şum edilmiş sahəyə yaxınlaşırıq. Uzaqdan sahədə işləyən traktor və ona qoşulmuş toxumsəpən aqreqat görünür. Sahənin o biri başından gələn traktor bizə çatanda dayanır. Anar Bağırov bizi traktorçu ilə tanış edir. 

- Bəs fermer haradadır? - deyə soruşuruq. 

Yeni tanışımız: 

- Fermer də mənəm, traktorçu da, - deyir. 

Söhbət zamanı məlum olur ki, Abdullu kənd sakini Pərvin Haqverdiyevin şəxsi traktoru, kotanı, malası, toxumsəpən aqreqatı var. Əkini öz texnikaları ilə aparır. Əlavə olaraq həmkəndliləri və digər yaxın kəndlərdəki fermerlərin də işinə yarıyır, halal zəhməti ilə ailəsini dolandırır. Dediyinə görə, 12 yaşından texnika ilə maraqlanıb, zaman keçdikcə bu sahədə təcrübəsini təkmilləşdirib. Təmir zamanı da ora-bura düşüb usta axtarmır, nə lazımdırsa, özü edir. Keçən il o, hər hektardan 40 sentner məhsul götürüb. İndi isə əkdiyi sahənin 13 hektarında səpini başa çatdırıb. 

Bələdiyyə sədrinin müavini: 

- Buradan bir az aralıda da əkin gedir, istəyirsinizsə, ora da gedək, - deyir. 

- Razılıq veririk və ora yollanırıq. Kənardan arxasında səpin aqreqatı olan traktorun təpənin o biri başından gəldiyini görürük. Bəli, buralar dağ-təpədir. Bu yerlərdə əkin-biçin aparmaq asan iş deyil. Yenə traktorun gəlməsini gözləyirik. İçərisi toxumla dolu olan lafetə yaxınlaşıb əkilən buğdanın hansı növdən olduğu ilə maraqlanırıq. Yol yoldaşım: 

- Bunu yalnız yüksəkixtisaslı mütəxəssis təyin edə bilər, mən bunu dəqiq bilmərəm, - deyir. 

İki-üç dəqiqə keçmir ki, traktor dayandığımız yerə gəlib yetişir. Fermerlə tanış oluruq. Abdullu kənd sakini Elmar Əliyev "Bərəkətli-95" buğda sortunu əkdiyini deyir. O da öz sahəsini öz texnikası ilə əkir. Nikbin adam olduğunu müəyyən etmək çətin deyildi. Yağışların çox yağması, əkinin bir balaca yubanması onu qorxutmur. İqlimin dəyişdiyinə işarə edir: 

- Hər şey Tanrının əlindədir. Yaz da yağmurlu keçsə, indi əkilən toxum vaxtında istənilən məhsulu verəcək. 

Bəli, bu gün Cəlilabadda hara üz tutsan, sahələrdə qızğın iş getdiyini görürsən. Hər kəs yaxşı bilir ki, bu gün əkilən toxum sabahın bol çörəyidir. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransa radikal ideologiyaların qarşısını almaqda acizdir

09:10
27 Noyabr

Həm etiket, həm də dəyər

09:05
27 Noyabr

Bu gün səpilən toxum sabah çörəkdir 

09:00
27 Noyabr

Pambıq hər zaman qiymətli sərvət sayılıb

08:55
27 Noyabr

Azad - sevginin, Vətənin və sədaqətin adı

08:50
27 Noyabr

Yaddaşlarda qəhrəman kimi qalıb

08:45
27 Noyabr

Tarix öyrədən müəllim özü tarix yazdı

08:40
27 Noyabr

Həştərxanda Azərbaycanın "Şimal-Cənub" dəhlizi üzrə prioritetləri təqdim edilib

08:35
27 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunub

08:30
27 Noyabr

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəltmək əzmindədirlər

08:25
27 Noyabr

Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib

08:20
27 Noyabr

Paşinyan Ermənistanın gələcək inkişafını sülh müqaviləsini imzalamaqda görür

08:15
27 Noyabr

Ölkəmizin iqtisadi potensialı Baltik sahillərində də maraq doğurur

08:10
27 Noyabr

Azərbaycanla əlaqələrin dərinləşdirilməsinə maraq böyükdür

08:05
27 Noyabr

İlham Əliyevin təşəbbüsləri Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirib

08:00
27 Noyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün "Yeni il" şənliyinin təşkili (respublikanın şəhər və rayonları üzrə)" adlı müsabiqə keçirir

00:27
27 Noyabr

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

22:56
26 Noyabr

Azərbaycan metanol ixracından qazancını 16 faizədək artırıb

21:28
26 Noyabr

Ukraynaya 250 həlak olmuş şəxsin meyiti təhvil verilib

21:04
26 Noyabr

Küveytdə strateji obyektə hücum nəticəsində 4 nəfər yaralanıb

20:23
26 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

20:09
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!