15 Mart 2025 08:30
257
SİYASƏT
A- A+
Ermənistanın beynəlxalq hüquq müstəvisində növbəti məğlubiyyəti

Ermənistanın beynəlxalq hüquq müstəvisində növbəti məğlubiyyəti


BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın işi ilə bağlı bu ölkənin iddialarını rədd edən rəy bildirib


Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ermənistan tərəfi R.Vardanyanın məhkəməsi üzərindən beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik manipulyasiyalar həyata keçirir, guya onun əsassız həbs olunması ilə bağlı qarayaxma kampaniyası aparır. Bu ölkənin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupuna Ruben Vardanyan işi ilə bağlı müraciəti də elə bu qəbildən idi. Lakin sözügedən İşçi Qrupu Ruben Vardanyan işi ilə bağlı martın 13-də Ermənistan tərəfinin iddialarını rədd edən yekun rəy dərc edib.  


"Vardanyan şou" bitdi 


44 günlük müharibədən sonra Rusiya vətəndaşlığından çıxaraq Qarabağa gələn R.Vardanyan burada Azərbaycan qanunlarına zidd fəaliyyətlə məşğul olmağa başlayıb.  Hətta onun çox qısa müddətdə buradakı quldur rejimin "dövlət naziri" seçilməsinin özü böyük şübhə doğururdu. Həmin zaman fəaliyyətini separatizmi gücləndirməyə, vəziyyəti gərginləşdirməyə həsr edən R.Vardanyan dialoq prosesinə mane olmağa, təhlükəsizliyə təhdidlər yaratmağa başlamış,  pul vəsaitlərini Qarabağdakı qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkilinə yönəltmişdi. Azərbaycanın suveren ərazilərində sərvətlərimizin talançılığı ilə məşğul olan Vardanyan həm də ard-arda verdiyi cəfəng açıqlama və bəyanatları ilə həddini aşırdı. O, tarixi təhrif edən tamamilə yalan və böhtan xarakterli məlumatlarla əsl həqiqətləri pərdələmək istəyirdi. 

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində Qarabağda quldur yuvasını dağıdan "dəmir yumruq" Vardanyanın bu özbaşınalıqlarına və cinayət əməllərinə də birdəfəlik son qoydu. Sonra isə növbə Vardanyanın törətdiyi qeyri-qanuni əməllərə görə hüquq müstəvisində cavab verməsinə çatdı. 

Törətdiyi qeyri-qanuni əməllərə görə Ermənistan vətəndaşı Ruben Vardanyan 2023-cü il sentyabrın  27-də saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilən R.Vardanyanın məhkəmə prosesi hazırda davam edir. 

Onun barəsində cinayət işi üzrə məhkəmə prosesinin martın 11-də keçirilən baxış iclasında şahid qismində ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirib. Şahid deyib ki, R.Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib. Həmçinin o deyib ki, Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. 2022-2023-cü illərdə Ruben Vardanyanın Xankəndi şəhərinə gələrək burada Azərbaycana qarşı təbliğata başladığını söyləyən şahid deyib: "Ruben Vardanyanın gəlişindən sonra erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı".

Onu da deyək ki, Vardanyan məsuliyyətdən yaxa qurtarmaq üçün Bakıda şoular göstərir. Məhkəmə prosesləri zamanı suallara cavab verməyərək susan hoqqabazın "aclıq aksiyası" isə bu günlərdə başa çatıb... Lakin bütün bu oyunlarla diqqətləri özünə çəkmək istəyən Vardanyanın mənfur niyyətləri gözündə qalır. 


"Onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib" 


Ermənistan tərəfinin Vardanyanın məhkəməsinə qarşı Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyası da fiaskoya uğradı. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun R.Vardanyan işi ilə bağlı martın 13-də rəsmi olaraq dərc etdiyi yekun rəyi buna ən bariz nümunədir. 

Yekun rəydə göstərilir ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və dövlət sərhədini qanunsuz keçmə maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.

BMT-nin İnsan Hüquqları Şurasının Vardanyan işi ilə bağlı rəyini alqışlayan Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında bildirilir ki, İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib. Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və digər  cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub.

Vurğulanıb ki, bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb: "İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir".

Qeyd olunur ki, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın "təqsirsizlik prezumpsiyasını" qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib: "Belə ki, guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrup bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib".

Göründüyü kimi, hər nə qədər Ermənistan tərəfi R.Vardanyanın həbsi ilə bağlı və məhkəmə  prosesinə qarşı Azərbaycan əleyhinə kampaniyaya başlasa da, faktlara, hüquqa dayanan reallıqlar qarşısında yenidən məğlubiyyət acısı dadmalı oldu. 

BMT-nin İşçi Qrupunun Ermənistanın əsassız iddialarını rədd etməsi təcavüzkar ölkənin beynəlxalq hüququn normalarını pozmaq cəhdlərini növbəti dəfə alt-üst etdi. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!