05 Noyabr 2025 15:01
453
İQTİSADİYYAT
A- A+
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb

Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb


Dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Qafqaz regionunda - Azərbaycanda ilk ofisini açıb.

AZƏRTAC xəbər verir ki, artıq şirkətin Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə də təyinat olub. Belə ki, bu vəzifənin icrası Hüseyn Ramazanova həvalə olunub.

“Qafqaz regionunda əsas logistika iştirakçısı olaraq, MSC-nin 15 ildən artıq fəaliyyət göstərdiyi Azərbaycanda ilk ofisimizi açmaqdan məmnunuq. Yeni ofis bu mühüm regionda mövqeyimizi gücləndirməyə, müştərilər, biznes tərəfdaşlar və yerli qurumlarla daha səmərəli əməkdaşlığa şərait yaratmağa kömək edəcək”, - deyə Hüseyn Ramazanov bildirib.

Son illərdə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Regionda cəlbedici biznes artımına cavab olaraq, MSC kimi beynəlxalq şirkətlər üçün daşımaları optimallaşdırmaq və tranzit müddətlərini azaltmaq ciddi üstünlüklər yaradır. Bu gün Azərbaycan Orta Dəhlizin əsas strateji mərkəzlərindən biridir. MSC-nin regiondakı mövcudluğu bu marşrutun rəqabət qabiliyyətini daha da gücləndirəcək. Həmçinin Azərbaycanın tranzit xidmətlərini rəqəmsallaşdırmaq və gömrük proseslərini sadələşdirmək istiqamətində atdığı addımlar beynəlxalq daşıyıcıların marağını daha da artırıb.

Qeyd edək ki, MSC İsveçrənin Cenevrə şəhərində yerləşən – nəqliyyat və logistika sahəsində qlobal liderdir. Azərbaycanda və MDB bazarında 20 ildən artıq logistika təcrübəsinə malikdir. Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan MSC 155 ölkədə 675 ofisə və təxminən 200 min əməkdaşa sahibdir. Şirkət qlobal miqyasda yol, dəmiryolu, hava və dəniz nəqliyyatı resurslarından ibarət inteqrasiya olunmuş şəbəkəyə çıxış imkanına malikdir. MSC-nin gəmiçilik xətti 300-dən çox ticarət marşrutu üzrə hərəkət edir və 520-dən artıq limana yan alır. İndiyə qədər Azərbaycana MSC Gürcüstan tərəfindən xidmət göstərilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında SOCAR ilə MSC arasında strateji əməkdaşlığa dair saziş imzalanıb. Tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər. Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!