02 Oktyabr 2024 18:11
1136
İQTİSADİYYAT
A- A+
bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti səhmdarlar sazişi imzalayıblar  

bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkəti səhmdarlar sazişi imzalayıblar  

bp, Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsinin ilkin tək investoru kimi, bu gün SOCAR Green (SOCAR) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə səhmdarlar sazişi imzalayıb və bununla “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) adlı yeni birgə müəssisə yaradılıb.

bp-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu müəssisə layihəyə aid birgə investisiya fəaliyyətini həyata keçirəcək.

Bundan əvvəl, səhmdarlar sazişi üzrə danışıqlara başlamaq məqsədilə ötən ilin sentyabrında eyni tərəflər arasında qoşulma sazişi imzalanıb.

“Şəfəq” layihəsində “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “AzərEnerji”yə həmin yerdə çatdırılmasını, “AzərEnerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpaolunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.

Səhmdarlar sazişini SJSL adından bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, SJSL-də səhmdar şirkət kimi bp adından bp-nin Günəş enerjisi və quruda külək enerjisi üzrə vitse-prezidenti Noelia Marivela Alvarez, SOCAR Green adından SOCAR-ın prezidenti Rövşən Nəcəf, və AİŞ adından AİŞ-in icraçı direktoru Ülvi Mansurov imzalayıblar.

İmzalanma tədbirində çıxış edən Kolin Allan deyib: “Biz SOCAR-ın və AİŞ-in yeni tərəfdaşlarımız kimi belə mühüm potensial layihədə bizə qoşulmasından çox məmnunuq. Birgə işimiz layihənin icrasını sürətləndirəcək və SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlığımızın yeni bir sahəyə keçməsinin əsasını qoyacaq. İndi biz Səngəçal terminalının karbonsuzlaşdırılması və Xəzər regionunda əməliyyat emissiyalarının azaldılması üçün çalışdığımız bir vaxtda əsl innovativ bir yanaşmanı dəstəkləmək üçün hər bir tərəfdaşın dərin təcrübəsini bir araya gətirə bilərik”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib: “SOCAR ilə bp arasında uzun illərdir davam edən qarşılıqlı səmərəli əməkdaşlıqda yeni səhifə açılır. Böyük məmnunluqla qeyd etmək istərdim ki, otuz il öncə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan bu əməkdaşlıq bu gün də uğurla davam etdirilir və genişlənir. Əminəm ki, birgə fəaliyyət nəticəsində Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin uğurlu icrası Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək”.

AİŞ-in icraçı direktoru Ülvi Mansurov deyib: “Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Azərbaycan İnvestisiya Şirkətinin əsas investisiya layihəsi olduğundan bizim üçün böyük strateji əhəmiyyət kəsb edir. Biz ölkənin 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizədək artırılması məqsədini dəstəkləməklə yanaşı, habelə Cəbrayıl regionunun iqtisadi inkişafına töhfə verən müəssisənin bir hissəsi olmaqdan qürur duyuruq. Tərəfdaşlarımızla birlikdə hökumətimizin işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi baxışına uyğun olan bu əhəmiyyətli layihənin həyata keçirilməsini səbirsizliklə gözləyirik”.

Səhmdarlar sazişi müəyyən kommersiya və tənzimləyici şərtlər yerinə yetirildikdən sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonra SJSL səhmdarlarının iştirak payları belə olacaq: bp - 50,01 faiz, SOCAR - 39,99 faiz və AİŞ – 10 faiz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!