01 Avqust 2026 09:10
654
İQTİSADİYYAT
A- A+
Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir


QAZAX

Ölkənin bütün bölgələrində olduğu kimi, Qazaxda da aqrar inkişafla bağlı yeni dövlət proqramında qarşıya qoyulan vəzifələr üçün tədbirlər görülür. Bu istiqamətdə rayon icra hakimiyyətində iş planı təsdiq edilmiş və həmin planın icrası ilə əlaqədar qərargah yaradılmşdır.

Bu günlər həmin qərargahın gördüyü işlərlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı rayonda görüləcək işlər geniş təhlil edilmiş, qarşıda duran vəzifələr, istehsal olunan məhsulların həcminin artırılması, sahibkarlara göstərilən dövlət qayğısı, taxıl biçininin mövcud vəziyyəti, biçin zamanı, eləcə də biçindən sonra əkin sahələrinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması heyvandarlığın inkişafı istiqamətində görüləcək işlər, əkin sahələrinin suvarılmasının təmin edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək rayonda  proqramda nəzərdə tutulan tədbirlərin icrasına məsuliyyətlə yanaşıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə, müasir suvarma sisteminin inkişaf etdirilməsi, bitkiçilik sahəsi ilə bağlı tədbirlər, intensiv meyvə bağlarının salınması, buğdanın və kartofun məhsuldarlığnın, eləcə də heyvandarlıq məhsullarının istehsalının artırılması qarşıda duran vacib məsələlərdir. Həmçinin rayon ərazisində fəaliyyət göstərən aqroparkların və iri təsərrüfatların fəaliyyəti üçün ayrılmış torpaqlardan, əkinəyararlı digər sahələrdən istifadənin vəziyyətinin öyrənilməsi, aqroparkın əhatə edəcəyi torpaq sahələrinin ölçülərinin və qoyulacaq investisiyaların miqdarının müəyyən edilməsi, texnika parkının mütəmadi olaraq yenilənməsi də diqqət mərkəzində saxlanılan vəzifələrdir. 

Sonra Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov çıxış edərək dövlət proqramının vəzifələrin icrası ilə bağlı görülməsi nəzərdə tutulan işlərin əhəmiyyətindən danışmışdır.

Sahibkarlardan Vüqar Kərimov, Xəyyam Sanıyev, fermerlərdən Asif Yusifov və başqaları çıxış edərək ölkəmizdə sahibkarlara verilən dəstəkdən səmərəli istifadə yollarından söz açmışlar. 


CƏLİLABAD

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn tədbirlərin Cəlilabadda icrası ilə əlaqədar rayon icra hakimiyyətində yaradılmış qərargahın iclası keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən təsdiq edilən bu strateji dövlət proqramı regionlarda intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar sektorun inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Rayon ərazisində əkinəyararlı torpaq sahələrinin uçotunun dəqiqləşdirməsi, kənd təsərrüfatına yararlı bütün torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında və aqroparklarda əkin işlərinin vaxtında və keyfiyyətlə aparılmasının vacibliyindən danışan R.Cəlilov taxıl, kartof, çiyələk və üzüm məhsulları üzrə məhsuldarlığın artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyətindən söz açıb. Su itkilərinin azaldılması, suvarma suyundan səmərəli istifadənin təmin edilməsi və kənd təsərrüfatı bitkiləri üzrə məhsuldarlığın artırılması üçün müasir suvarma sistemlərinin tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməli olduğunu deyən natiq rayonda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, mal, qoyun və quş əti, süd və yumurta istehsalının artırılması, habelə məhsuldarlığın yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırıb. 

RİH başçısı həmçinin dövlət proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. 

Tədbirdə digər çıxış edənlər də həyata keçirilməsi ilk növbədə vacib olan məsələlərdən söz açıb və fikir mübadiləsi aparıblar. 


MASALLI

Rayonun Təzə Alvadı kəndində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Kartof və taxıl yığımının yekunu, növbəti əkin üçün qarşıda duran vəzifələr" mövzusunda rayon müşavirəsi keçirilib.

Tədbiri açan RİH-in başçısı Araz Əhmədov Prezidentin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın ölkənin aqrar sektorunun inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. A.Əhmədov dövlət başçısının kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının aqrar sahədə əldə olunan uğurların əsasını təşkil etdiyini vurğulayaraq Masallıda da bu istiqamətdə mühüm nəticələrin əldə olunduğunu bildirib. Eyni zamanda mövcud çətinliklərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Masallı rayon DAİM-in direktoru Seymur Nuriyev məruzəsində qeyd edib ki, ölkədə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına, kənd əhalisinin rifahının yüksəlməsinə və məşğulluğun artmasına mühüm töhfə verib. Bildirib ki, yeni dövlət proqramının əsas məqsədi aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin etməklə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsalın, məhsuldarlığın və ixrac potensialının artırılması, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafına nail olmaqdır.

Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov çıxışında cari ildə əkin sahələrinin suvarma suyu ilə təminatında ciddi problem yaşanmadığını bildirib. Qeyd olunub ki, Viləşçay su anbarının ikinci növbəsinin tikintisi başa çatdıqdan sonra rayonda su ehtiyatları iki dəfədən çox artacaq ki, bu da gələcəkdə əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasına imkan verəcək.

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi, daxili xidmət mayoru Səməd Bağırov diqqətə çatdırıb ki, aparılan maarifləndirmə tədbirləri və yerli icra strukturları ilə səmərəli əməkdaşlıq nəticəsində cari ildə yanğın hadisələrinin sayı ötən illə müqayisədə 81 faiz azalıb, meşə yanğınları isə ümumiyyətlə qeydə alınmayıb.

"Aqrolizinq" ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov taxıl biçini mövsümünə hazırlıq tədbirlərindən başlamış bu günə qədər işlərin düzgün qurulduğunu nəzərə çatdırıb və  bildirib ki, kombaynların vaxtında təmir və sazlanması, yanacaq, sürtkü materialları, ehtiyat hissələri və yanğınsöndürmə vasitələri ilə təmin edilməsi nəticəsində rayon üzrə taxıl yığımı təhlükəsizlik qaydalarına tam əməl olunmaqla itkisiz və vaxtında başa çatdırılıb.

Müşavirədə çıxış edən Təzə Alvadı kəndindən kartofçuluqla məşğul olan fermer Arif Bağırov, Qədirli kəndindən taxılçı fermer Nurulla Şükürov və digər fermerlər rayonda aqrar sahənin inkişafı üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. 


Sabir ƏLİYEV,

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!