01 Avqust 2026 08:42
687
Mədəniyyət
A- A+
Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır


Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini özündə yaşadan ən qiymətli sərvətlərdən biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, dünyagörüşünü, həyat fəlsəfəsini və tarixi yaddaşını nəsildən-nəslə ötürən mənəvi xəzinədir.  Ana dilinə sevgi və hörmət hər bir vətəndaşın milli mənsubiyyətinin, vətənpərvərlik hissinin və mənəvi məsuliyyətinin mühüm göstəricisidir. 

Dil xalqın düşüncə tərzidir, onun yaddaşıdır, mənəvi dünyasının ifadəsidir. Bir xalqın tarixini, ədəbiyyatını, musiqisini, dünyagörüşünü və milli xarakterini anlamaq üçün ilk növbədə onun dilinə müraciət etmək lazımdır. Buna görə də ana dilinin qorunması milli varlığın qorunması ilə eyni məna daşıyır. 

Avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi dövlətimizin ana dilimizə verdiyi yüksək dəyərin ifadəsidir. Bu əlamətdar tarix Azərbaycan əlifbasının inkişaf yolunu, ana dilimizin saflığının qorunmasının vacibliyini və onun cəmiyyətin bütün sahələrində düzgün tətbiqinin əhəmiyyətini bir daha diqqətə çatdırır. Bu əlamətdar gün bizi ana dilimizin zənginliyini öyrənməyə, onu qorumağa və gələcək nəsillərə ötürməyə çağırır.

Azərbaycan dili əsrlər boyu ən ağır sınaqlardan keçib. Tarixin müxtəlif mərhələlərində yad təsirlərə məruz qalmasına baxmayaraq, bu dil öz mahiyyətini və zənginliyini qoruyub. 

Qloballaşmanın sürətləndiyi, beynəlxalq əlaqələrin, informasiya mübadiləsinin genişləndiyi bir dövrdə yaşayırıq. Belə bir şəraitdə ana dilinin qorunması daha böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə bir sıra dillər müxtəlif təsirlərlə üzləşərək sıradan çıxıb. Azərbaycan dili isə öz zəngin lüğət tərkibi, ifadə imkanları və qədim ədəbi ənənələri ilə milli varlığımızın təzahürü olaraq qalır.  

Azərbaycan dilinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi, onun inkişafı üçün şərait yaradılması və cəmiyyətin bütün sahələrində istifadəsinin təmin olunması milli maraqlara xidmət edir. Eyni zamanda ana dilinə hörmət insanın öz milli kimliyinə hörmətidir. Çünki dilimizin hər bir sözü xalqımızın yaddaşını, hər bir ifadəsi tariximizin müəyyən bir səhifəsini yaşadır. Ona görə də Azərbaycan dilini qorumaq, onun düzgün və zəngin şəkildə istifadəsi hər bir vətəndaşın mənəvi borcudur.

Müstəqil dövlətimiz dilimizin  saflığının qorunması üçün ciddi addımlar atır. Prezident İlham Əliyev dövlətimiz, xalqımız üçün mühüm əhəmiyyət daşıyan bu məsələni hər zaman diqqətdə saxlayır. Ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında dövlətimizin başçısı ana dilimizin qorunması və inkişaf etdirilməsi ilə bağlı vacib məsələləri diqqətə çatdırdı, görülmüş və görülməsi zəruri işlərdən danışdı: "On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram".

Bu gün Azərbaycan dili təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız üçün də milli bağlılığın əsas vasitələrindəndir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini mükəmməl bilməsi, bu dili yaşatması milli həmrəyliyin mühüm şərtlərindəndir. Çünki dil yalnız danışıq vasitəsi deyil, həm də xalqın öz kökləri ilə əlaqəsini qoruyan mənəvi körpüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. 

Dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan dilinin saflığının qorunması yalnız dil siyasətinin deyil, həm də milli kimliyin, dövlətçilik düşüncəsinin mühüm istiqamətlərindən biridir.

Ana dilinin saflığının qorunması, ilk növbədə, onun daxili imkanlarına hörmətlə yanaşmaqdan başlayır. Azərbaycan dili zəngin lüğət tərkibinə, geniş ifadə imkanlarına malikdir. Bu səbəbdən dilimizdə mövcud olan sözlərin əvəzinə, ehtiyac olmadığı halda xarici sözlərin gətirilməsi dilin inkişafına deyil, əksinə, onun təbii imkanlarının zəifləməsinə səbəb ola bilər. Dövlət başçısının çıxışında diqqət çəkilən əsas məsələlərdən biri də Azərbaycan dilində mövcud olan imkanlardan düzgün istifadə olunmasıdır. Prezident İlham Əliyevin nəzərə çatdırdığı kimi, ana dilimiz qədimdir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur: "Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

Müasir dövrdə dilin qarşısında yeni çağırışlar dayanır. Rəqəmsal platformalar və qlobal informasiya axını dillərə müxtəlif təsirlər göstərir. Bu şəraitdə Azərbaycan dilindən düzgün istifadə, xüsusilə gənc nəslin yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dilimizin imkanlarını qorumaq və genişləndirmək üçün elm, təhsil, media və texnologiya sahələrinin imkanlarından səmərəli istifadə olunmalıdır. Azərbaycan dili yalnız gündəlik ünsiyyət vasitəsi kimi deyil, elm, texnologiya və intellektual fəaliyyət dili kimi də inkişaf etməlidir.

Azərbaycan Respublikasının dövlət dil siyasəti də məhz bu məqsədlərə xidmət edir. Dövlət dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində tətbiqi üçün hüquqi baza yaradılıb. Dövlət dilinin nüfuzunun artırılması, onun saflığının qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bununla yanaşı, dilin qorunması yalnız qanunlarla və rəsmi tədbirlərlə məhdudlaşa bilməz. Dil hər bir insanın gündəlik davranışında yaşayır. Küçə reklamlarından tutmuş rəsmi yazışmalara, televiziya və internet məkanından sosial şəbəkələrə qədər bütün sahələrdə Azərbaycan dilinə diqqətli münasibət göstərilməlidir.

Prezident İlham Əliyevin bildirdiyi kimi, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. 

Azərbaycan dili bizim keçmişdən gələn ən böyük mənəvi mirasımız, milli dayağımız və gələcəyimizin təminatıdır. Dilimizi qorumaqla tariximizi, kimliyimizi və dövlətçilik yaddaşımızı qoruyuruq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!