25 Avqust 2026 08:40
79
CƏMİYYƏT
A- A+
Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası


XXI əsrin əvvəllərindən etibarən paytaxtımızın urbanizasiya prosesi yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmamış, həm də şəhərin memarlıq simasını kökündən dəyişən, irimiqyaslı və futuristik ictimai-idman mərkəzlərinin yaradılması xətti ilə inkişaf etmişdir. Bu baxımdan Milli Gimnastika Arenası (MGA) müasir Bakının şəhərsalma strategiyasında və idman memarlığının inkişafında müstəsna əhəmiyyət kəsb edən dinamik görünüşlü fundamental tikilidir.

Arena 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində tikilərək istifadəyə verilən ilk irihəcmli obyektlərdən biridir. Onun şəhərsalma strukturuna inteqrasiyası Bakını növbəti illərdə Olimpiya Stadionu, Su İdmanı Sarayı kimi digər meqa-strukturlarla zənginləşəcək böyük bir "idman şəhəri" modelinə hazırladı. Bu gün arena təkcə lokal idman mərkəzi deyil, həm də Bakının dayanıqlı və müasir inkişafını nümayiş etdirən mühüm urbanistik simvoldur. 


Uzaqgörən şəhərsalma siyasəti 


Milli Gimnastika Arenasının inşası Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və diqqəti sayəsində reallaşmışdır. Ölkə rəhbərinin Azərbaycanda idmanın kütləviliyini təmin etmək, Bakını qlobal idman paytaxtlarından birinə çevirmək və paytaxtın infrastrukturunu tamamilə müasirləşdirmək strategiyası bu layihənin təməl məqsədini təşkil etmişdir. Eyni zamanda Azərbaycanda gimnastika növlərinin misilsiz inkişafında, bu idman növünün kütləviləşməsində və arenanın dünya standartlarına cavab verəcək şəkildə formalaşmasında Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Məhz bu ali dəstək və təşəbbüs nəticəsində Bakı dünyada analoqu az olan ixtisaslaşdırılmış idman saraylarından birinə sahib olmuşdur.

Mehriban xanım Əliyevanın 2002-ci ildə federasiya rəhbərliyinə seçilməsi ilə gimnastika sadəcə bir idman növü olmaqdan çıxaraq, milli qürur rəmzinə,  Azərbaycanı dünyaya tanıdan strateji brendə çevrilmişdir. Birinci vitse-prezidentin uzaqgörən idman fəlsəfəsi, zərif estetik yanaşması və idarəçilik iradəsi bu gün bütün dünyanın heyranlıqla izlədiyi Azərbaycan gimnastika modelini yaratmışdır. Uzun illər xarici mütəxəssislərdən asılı olan bu sahədə Mehriban xanımın gərgin əməyi nəticəsində güclü yerli məktəb formalaşdırılmışdır. Bakının əsas nəqliyyat qovşaqlarından birində ucaldılan bu monumental tikili dünyada gimnastikanın bütün növləri üçün ixtisaslaşdırılmış yeganə və ən mükəmməl idman mərkəzlərindən biridir. 

Arena Heydər Əliyev Beynəlxalq Hava Limanını şəhər mərkəzi ilə birləşdirən əsas magistralın üzərində – "Koroğlu" metro stansiyasının yaxınlığında inşa edilmişdir. Bu ərazi şəhərin "giriş qapısı" rolunu oynayır və Bakıya gələn qonaqlarda ilk müasir urbanistik təəssürat formalaşdırır. Layihə şəhərsalmanın ən mühüm tələblərindən biri olan "əlçatanlıq" prinsipini tam təmin edir. Metro, avtobus şəbəkələri və magistral yolların kəsişməsində yerləşməsi kütləvi tədbirlər zamanı minlərlə insanın əraziyə rahat gəliş-gedişini təşkil etməyə imkan verir.

MGA-nın inşası yaxınlıqdakı Böyükşor gölü ətrafının və köhnə sənaye obyektlərinin ekoloji cəhətdən bərpa edilməsi və urbanistik transformasiyası prosesinə də güclü təkan vermişdir. Tanınmış memarlıq bürosu "Broadway Malyan" tərəfindən layihələndirilən binanın xarici görünüşü dalğavari və lentşəkilli elementlərlə zəngindir. Bu dizayn bədii gimnastikanın zərifliyini, çevikliyini və hərəkət dinamikasını simvolizə edir. Binanın fasadına quraşdırılmış xüsusi xarici işıqlandırma (LED) sistemi axşam saatlarında arenanı nəhəng bir ekrana çevirərək ərazinin gecə panoramasında unikal estetik zövq yaradır. 9 mindən 9600-ə qədər tamaşaçı tutumu olan əsas zal idman yarışlarından əlavə, konsertlər və mədəniyyət şouları üçün saniyələr içində uyğunlaşdırıla bilən çoxfunksiyalı mühəndislik strukturuna malikdir.

Müasir şəhərsalmada binaların ətraf mühitə dost olması ən mühüm şərtdir. Binanın fasadındakı şüşələr xüsusi izolyasiya sisteminə malikdir. Bu sistem yayda daxili məkanı sərin, qışda isə isti saxlayaraq enerji sərfiyyatını minimuma endirir. Zalın döşəməsi və texniki asqı sistemləri elə qurulmuşdur ki, arena qısa müddətdə gimnastika xalçalarından voleybol meydançasına, cüdo tatamilərinə, hətta nəhəng konsert səhnəsinə və ya korporativ şou məkanına çevrilə bilir. Kompleksin daxilində eyni vaxtda bir neçə yüz idmançının məşq edə biləcəyi yardımçı zallar, xüsusi tibbi-reabilitasiya mərkəzləri, hotel tipli yaşayış otaqları və mətbuat konfransı zalları yerləşir. Bu isə arenanı avtonom idman şəhərciyinə çevirir.


Mötəbər turnirlərin daimi ünvanı


2014-cü ildə qapılarını açan Milli Gimnastika Arenası qısa müddət ərzində dünya idman xəritəsinin ən nüfuzlu nöqtələrindən birinə çevrilmişdir. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən dəfələrlə ən yüksək standartlara sahib məkan kimi  qiymətləndirilən bu arenada möhtəşəm çempionatlar keçirilmişdir. AGF dünyada fəaliyyət göstərən yüzlərlə federasiya arasında reytinq cədvəllərində dəfələrlə ilk pillələrdə qərarlaşmışdır. 

Arenada 2014-cü ildə bədii gimnastika üzrə 30-cu Avropa çempionatı, 2015-ci ildə I Avropa Oyunlarının gimnastika yarışları (akrobatika, aerobika, batut, bədii və idman gimnastikası üzrə), 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları (gimnastikanın müxtəlif növləri üzrə), 2018-ci ildə Dünya Cüdo Çempionatı, 2019-cu ildə Bədii Gimnastika üzrə 37-ci Dünya Çempionatı, 2021-ci ildə Batut gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı, yenə də həmin ildə Akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatı və s.  yarışlar keçirilmişdir. Bu irimiqyaslı turnirlərlə yanaşı, arena hər il mütəmadi olaraq gimnastikanın müxtəlif növləri üzrə dünya kuboku mərhələlərinə və beynəlxalq Qran-pri yarışlarına evsahibliyi edir.

AGF Prezidentinin strateji hədəflərindən biri gimnastikanı təkcə paytaxt Bakı ilə məhdudlaşdırmamaqdır. Mehriban xanımın təşəbbüsü ilə Gəncə, Sumqayıt, Kürdəmir, Şirvan, Naxçıvan, Lənkəran, Göyçay və digər bölgələrdə gimnastika bölmələri açılmış, minlərlə perspektivli uşaq bu idmana cəlb olunmuşdur. Hazırda gimnastika ölkədə sadəcə peşəkar idman növü kimi deyil, gənc nəslin fiziki-mənəvi sağlamlığının qorunması, uşaqların erkən yaşdan estetik zövqlə böyüməsi üçün sosial hərəkatdır. Bu addımlar minlərlə uşağın erkən yaşdan fiziki cəhətdən möhkəmlənməsinə və estetik zövqlə formalaşmasına imkan verir. Mehriban xanım Əliyevanın yaratdığı güclü idman sistemi sayəsində yerli məşqçilər, hakimlər və xoreoqraflar yetişmişdir. Azərbaycan gimnastları Olimpiya oyunlarına lisenziyalar qazanaraq Dünya və Avropa arenalarında bayrağımızı ucaltmış, ölkəmizə tarixi qələbələr bəxş etmişlər. 

Mütəxəssislərin sözlərinə görə, şəhərsalmada yalnız ildə bir neçə dəfə istifadə olunan nəhəng binaların tikilməsi böyük səhv sayılır. Milli Gimnastika Arenası isə özünün daxili transformasiya (yığılıb-açılan tribunalar, çoxməqsədli döşəmə) imkanları ilə ilin 365 günü aktivdir. O həm yerli idmançıların məşq mərkəzi, həm dünya və qitə çempionatlarının arenası, həm də irimiqyaslı şou və konsertlərin keçirildiyi müasir urbanistik məkandır.

MGA təkcə mühəndislərin və rəsmi şəxslərin deyil, həm də burada hər gün çalışan, məşq edən idmançıların, uşaqlarını gimnastikaya etibar edən Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının dilində səmimi heyranlıqla təsvir olunur. Dünyanın müxtəlif qitələrindən gələn atletlərin rəyləri Bakının bu idman ocağına verdiyi dəyərin ən real göstəricisidir.


Gələcəyə yönələn şəhərsalma mirası


Milli Gimnastika Arenası Bakının gələcək şəhərsalma modelini, dayanıqlı inkişaf templərini və sosial-urbanistik infrastrukturunu qabaqlayan uzaqgörən bir mirasdır. Bu monumental tikili paytaxtın gələcəyə yönəlmiş "Ağıllı və yaşıl şəhər" konsepsiyasının təməl daşlarından biri hesab olunur. Ona görə də bura Bakının idman paytaxtı statusunu qoruyan canlı və dinamik bir orqanizm hesab edilir. Dövlətimizin başçısının uzaqgörən şəhərsalma fəlsəfəsinin məhsulu olan saray həm paytaxt sakinlərinə bəxş etdiyi estetik zövqlə, həm də ölkəmizə gətirdiyi qlobal idman uğurları ilə Azərbaycanın müasir memarlıq tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.


İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Poeziyada yeri səhv düşməmişdi

08:50
25 Avqust

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!