25 Avqust 2026 08:35
67
İQTİSADİYYAT
A- A+
Azərbaycanın yeni turizm strategiyası

Azərbaycanın yeni turizm strategiyası


Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramı bu sahənin kompleks inkişafını təmin edəcək


Əlverişli coğrafi mövqeyi, zəngin təbii-landşaft müxtəlifliyi və çoxəsrlik tarixi-mədəni irsi Azərbaycanı regionun əsas turizm məkanlarından biri kimi formalaşdırıb. Xəzərin sahillərindən dağlıq ərazilərə, qədim şəhər və tarixi abidələrdən müasir turizm infrastrukturu obyektlərinə, müalicə-sağlamlıq mərkəzlərindən zəngin mədəni irs nümunələrinə qədər geniş çeşidli turizm resurslarının ölkə ərazisində cəmləşməsi Azərbaycanın turizm məhsulunu fərqləndirən mühüm üstünlüklərdəndir.

Turizmin inkişafı yalnız turistlər üçün əhəmiyyət daşımır, eyni zamanda yeni iş yerlərinin açılmasına, ölkəyə xarici valyutanın daxil olmasına, yerli sahibkarlığın və xidmət sektorunun genişlənməsinə şərait yaradır və nəticədə iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verir.

Son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Bu baxımdan, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində dövlət tərəfindən bir sıra mühüm və ardıcıl tədbirlər həyata keçirilib. Nəticədə Azərbaycan yalnız neft deyil, həmçinin qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişaf etdiyi ölkəyə çevrilib. Son illər dünyada trend sahələrdən birinə çevrilən turizmin ölkəmizdə inkişafı da göz qabağındadır. Bölgələrin sosial-iqtisadi inkişafı, yeni hotellərin açılışı, xidmət keyfiyyətinin artırılması bu sektorun dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu göstərir. "Ölkəmizin ümumi inkişafı, əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi" - Prezident İlham Əliyevin illər əvvəl söylədiyi bu fikirlər bu gün təsdiqini tapır. Turisti bir ölkəyə cəlb edən onun əlverişli turizm imkanları ilə yanaşı, həm də təhlükəsizlikdir. Azərbaycan isə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində siyasi sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunduğu ölkədir.

Ərazi bötüvlüyümüz və suverenliyimiz tam bərpa edildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda insfrastrukturun qurulması ilə bu regionun respublikanın digər bölgələrinə sürətli inteqrasiyası işğaldan azad olunmuş əraziləri də cəlbedici rekreasiya məkanına çevirib. Qarabağ və Şərqi Zəngəzur regionunda da turizmin müxtəlif növlərinin inkişafı mümkündür və bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cəmi 6 ildə bu bölgəyə həm yerli, həm də xarici turistlərin marağı artıb. 

Son illərdə ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sahənin hüquqi və institusional bazası möhkəmləndirilib, turizm infrastrukturunun genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, regionların turizm potensialının üzə çıxarılması və ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin davamı olaraq turizm sektorunun qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyənləşdirən yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq etməsi bu sahənin uzunmüddətli və sistemli inkişafına dövlət səviyyəsində verilən önəmin göstəricisidir. Dövlət proqramında turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsi əsas məqsədlər kimi müəyyənləşdirilib.

Proqramın icrası nəticəsində Azərbaycanın turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi, müxtəlif növlər üzrə keyfiyyətli turizm təcrübəsi təqdim edən müəyyən coğrafi ərazidə yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid şəkildə göstərildiyi turizm destinasiyasına çevrilməsi, bu sektorun ÜDM-in artımına, məşğulluğa və qeyri-neft-qaz ixracına töhfəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulub.

Əsas məsələlərdən biri proqramın qlobal trendləri, xüsusilə nəzərə almasıdır. Layihə geosiyasi gərginliklər və qlobal miqyaslı təhdidlər yaradan hərbi münaqişələr fonunda böhranlara davamlılıq, ənənəvi turist yanaşmasının saxlanıldığı istehlakçı davranışı, iqlim dəyişikliyinin mənfi nəticələrinin turistlərin seçiminə təsiri fonunda dayanıqlı turizm yanaşması, xidmət keyfiyyətinin artırılmasına imkan verən innovasiya, texnologiya və rəqəmsallaşma çağırışlarını özündə ehtiva edir.

İqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yaranan çağırışlar fonunda turizmin inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahənin inkişafını təmin etmək məqsədilə institusional və strateji planlaşdırma, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, məlumat bazasının təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin gücləndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartlaşdırma və sertifikatlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Turizm sahəsində biznes mühitinin təşviqi və tənzimləmə çərçivəsinin inkişaf etdirilməsi məqsədilə 2021-ci ildə "Turizm haqqında"  qanun qəbul edilib. Prezident İlham Əliyevin 2024-cü il 2 avqust tarixli fərmanı ilə yeni "Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsi" təsdiq edilib. Səyahətin liberallaşdırılması məqsədilə bir sıra ölkələrlə qarşılıqlı əsaslarla viza rejimi ləğv edilib, eyni zamanda uçuşların coğrafiyası genişləndirilib. Dövlət siyasətinin ardıcıllığı və çevikliyi sayəsində 2025-ci ildə turizm üçün xarakterik sahələrdə 7 milyard manata yaxın əlavə dəyər yaradılıb, sektorun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,4 faizədək yüksəlib və bu, 2019-cu ildə qeydə alınan ən yüksək nəticəni (4,5 faiz) 0,9 faiz üstələyib. Bununla yanaşı, 2019-2025-ci illərdə turizm xidmətlərinin ixracı nəticəsində Azərbaycana 8,8 milyard ABŞ dolları ekvivalentində xarici valyuta daxil olub, bunun 2,0 milyard dolları ötən ilin payına düşüb.

Turizmin inkişafını şərtləndirən əsas amillərdən biri nəqliyyat infrastrukturunun inkişafı, viza rejiminin və sərhəd keçid prosedurlarının sadələşdirilməsidir. Son illərdə Azərbaycandan bir sıra ölkələrə birbaşa uçuşların təşkili, həmçinin müxtəlif aviaşirkətlərlə bağlanan müqavilələr çərçivəsində uçuş coğrafiyasının genişlənməsi xarici turistləri ölkəmizə cəlb edən əsas faktorlardan biridir. Bununla yanaşı, ölkədaxili yol şəbəkəsinin genişləndirilməsi və yenilənməsi xarici turistləri yalnız Bakıya deyil, digər bölgələrimizə də rahatlıqla səyahət etməyə sövq edir. Bu baxımdan, Füzuli və Laçın Beynəlxalq Hava limanlarının əhəmiyyəti də çox böyükdür. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çin Xalq Respublikası ilə viza rejiminin qarşılıqlı ləğvi, eyni zamanda Yaponiya və Koreya vətəndaşları üçün birillik vizasız rejimin tətbiqi ölkəmizin həm də asiyalı turistlər üçün cəlbediciliyindən xəbər verir. İndi hədəf növbəti illərdə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılmasıdır. Beləliklə, turizmin əsas komponentlərindən olan nəqliyyat şəbəkəsinin inkişafı həm paytaxtda, həm də regionlarda müxtəlif kateqoriyalı yerləşmə yerlərinin (hotellərin) açılması, ictimai iaşə obyetlərinin əlçatanlığı dövlət tərəfindən turizm sahəsinə ayrılan diqqəti bir daha təsdiqləyir.  

Ümumilikdə Azərbaycanın coğrafi imkanları turizmin müxtəlif növlərinin inkişafına şərait yaradır. Ölkəmiz fərqli məqsədlərlə səyahət edən insanlar üçün maraqlı turizm destinasiyasına çevrilə bilər. Bu baxımdan, 2026-2030-cu illəri əhatə edən dövlət proqramını ardıcıl, effektli və dayanıqlı inkişaf üçün yol xəritəsi hesab etmək olar. 5 illik proqramda qarşıya qoyulan hədəflər Azərbaycanı rəqabətqabiliyyətli və cəlbedici rekreasiya məkanına çevirəcək. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda axşam konsertləri davam edir

08:45
25 Avqust

Dünya səviyyəli müasir idman kompleksi - Milli Gimnastika Arenası

08:40
25 Avqust

Azərbaycanın yeni turizm strategiyası

08:35
25 Avqust

Dövlətə və xalqa xidmət amalının təcəssümü

08:30
25 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri Avrasiyanın yeni siyasi və iqtisadi arxitekturasını formalaşdırır 

08:25
25 Avqust

Bakı və Daşkəndin strateji inteqrasiyası: türk dünyasında yeni regional güc mərkəzi

08:20
25 Avqust

Müttəfiqliyin yeni zirvəsi

08:15
25 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır

08:10
25 Avqust

Tərəfdaşlıqdan "Əbədi dostluğ"a

08:05
25 Avqust

Əbədi dostluq, sarsılmaz qardaşlıq, çoxsahəli tərəfdaşlıq

08:00
25 Avqust

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!  

00:57
25 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!