01 Avqust 2026 09:17
620
İQTİSADİYYAT
A- A+
Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub


Kəndlinin yay qayğıları bitib-tükənmək bilmir. Xüsusilə, ilin bu qora bişirən ayı kəndli və fermerlər üçün ən məsul dövrlərdən biridir. Onlar zəhmətlə yetişdirdikləri məhsulu vaxtında və itkisiz toplamaq üçün hər yanda səylə çalışırlar. 

Üstəlik, məhsulu gecikmədən bazara çatdırmaq, yaxud qış üçün tədarük etmək lazımdır. Arpa-buğdasını biçən taxılçı məhsulunu xırmana daşımalı, tədarük məntəqələrinə göndərməlidir. Bostan və tərəvəz yetişdirənlər sahələrin suvarılmasını unutmamalı, bağbanlar dəymiş meyvələri vaxtında dərib satış məntəqələrinə göndərməli, yaxud soyuducu anbarlara yığmalıdırlar. Bir sözlə, qeyd etdiyimiz kimi, indi kəndlinin işi, necə deyərlər, başından aşır. 

Bəs, statistik rəqəmlər bu il Azərbaycan kəndində gedən işlər barədə nə deyir?

Dövlət Statistika Komitəsindən aldığımız son məlumata görə, bu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7085,3 milyon manat təşkil etmişdir ki, onun da 3776 milyon manatı heyvandarlıq, 3309,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz, bitkiçilik məhsulları istehsalı 1,8 faiz artmışdır.

Bitkiçilik sahəsi üzrə rəqəmlərə nəzər salaq. Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini artıq başa çatmışdır. 2026-cı il iyulun 1-nə kimi 378,4 min hektar sahədə yazlıq bitkilər əkilmişdir.

Kənd təsərrüfatı məhsullarının yığımı davam edir və iyul ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla, tarlalardan 2058,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az dənli və dənli paxlalı bitkilər, 2311,3 min ton (0,7 faiz çox) yem bitkiləri, 822,5 min ton (0,2 faiz çox) tərəvəz, 394,5 min ton (7,5 faiz çox) kartof, 217,9 min ton (16,8 faiz çox) meyvə və giləmeyvə, 130,4 min ton (1 faiz çox) bostan məhsulları, 20,5 min ton (50,3 faiz çox) şəkər çuğunduru, 623,9 ton (3,8 faiz az) tütün, 599,6 ton (4,8 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

Rəqəmlər ilin əvvəlindən heyvandarlıq sahəsindəki göstəriciləri isə belə əks etdirir. Cari ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla, diri çəkidə 305,1 min ton ət, 1140,8 min ton süd, 1217,4 milyon ədəd yumurta, 13,1 min ton yun, 155 ton barama istehsal olunmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə  müqayisədə ət istehsalı 4 faiz, süd istehsalı 0,3 faiz artmış, yumurta istehsalı eyni səviyyədə qalmış, yun istehsalı 2 faiz, barama istehsalı 16,8 fazi azalmışdır.

2026-cı ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 53 min ton quş əti və 602,5 milyon ədəd yumurta istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə 1 iyul tarixinə cəmi quşların sayı 13860,1 min baş olmuş, hər yumurtalayan toyuqdan orta hesabla 132 ədəd yumurta alınmışdır.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!