31 İyul 2026 18:22
170
İQTİSADİYYAT
A- A+
KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb


Azərbaycanın KOB subyektləri ilə Türk dünyası ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də biznes subyektləri arasında tərəfdaşlıq imkanlarının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türk Ticarət Mərkəzi adından “Okuklu Holding”in direktoru Yılmaz Okuklu imzalayıblar.

Anlaşma memorandumunda Azərbaycanın KOB subyektləri ilə türk dövlətlərindən olan sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına və potensial tərəfdaşların müəyyənləşdirilməsinə dəstək göstərilməsi nəzərdə tutulur.

İş adamları arasında əlaqələrin inkişafına töhfə verəcək birgə işgüzar və maarifləndirmə tədbirlərinin təşkili, işgüzar nümayəndə heyətlərinin, ticarət missiyalarının və ekspertlərin qarşılıqlı səfərlərinin həyata keçirilməsi imkanları da sənəddə öz əksini tapıb. Həmçinin Azərbaycanda və türk dövlətlərində keçirilən sərgi, yarmarka və forumlar, eləcə də investisiya, ticarət və sənaye sahələrində əməkdaşlıq imkanları barədə məlumat mübadiləsinin aparılması və sahibkarların müvafiq tədbirlərdə iştirakının təşviqi planlaşdırılır. Həmçinin KOBİA nümayəndələri Türk Ticarət Mərkəzi və mərkəzdə təşkil olunmuş sərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİM sədri: Magistraturaya qəbul zamanı bəzi proqramlarda yüzlərlə vakant yer qalıb

19:18
31 İyul

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 

19:14
31 İyul

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

19:11
31 İyul

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işləri 44 faizədək başa çatıb 

19:04
31 İyul

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

18:22
31 İyul

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub YENİLƏNİB

18:15
31 İyul

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!