31 İyul 2026 18:08
157
SİYASƏT
A- A+
Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb


Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, sözügedən məktubda Maore Komitəsi fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və Dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.

“Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparıb, böyük itkilər və qurbanlar veriblər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və “Fransanın suverenliyi” adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?”, - deyə məktubda vurğulanıb

Deputatların yanaşmasının müstəmləkəçilik faktının, həmin ərazilərin işğal prosesinin və yerli xalqların iradəsinin zorakılıq yolu ilə məhdudlaşdırılmasının tamamilə inkar edilməsi kimi qeyd olunur.

“Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunub. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır”.

Məktubda qeyd olunur ki, “Fransanın Dənizaşırı əraziləri” adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur. Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər var. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir.

Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin “özünün” Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlib.

Qəmər adalarında milli azadlıq uğrunda aparılan uzunmüddətli mübarizə 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu.

Məktubda, həmçinin qeyd olunur ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır. Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib.

Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyədə olması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir.

Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz.

“Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, Dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir”, - deyə məktubda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zülfüqar – 2026” birgə taktiki təlimi başa çatıb

18:57
31 İyul

Qaradağ rayonunda 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

18:50
31 İyul

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

18:50
31 İyul

Hesablama Palatası Türkiyə Hesablama Məhkəməsinin təcrübəsini öyrənir

18:43
31 İyul

Bişkekdə imzalanan müttəfiqlik müqaviləsi Türk dünyası üçün tarixi hadisədir

18:36
31 İyul

Fransa millisinin sabiq futbolçusu dünya kubokunun nüsxəsini hərracda satıb

18:29
31 İyul

KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

18:22
31 İyul

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub YENİLƏNİB

18:15
31 İyul

Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb

18:08
31 İyul

İslamxon Qafarov: Hazırda Orta Dəhlizin "ulduz saatı" yaşanır

17:54
31 İyul

Xoşbulaqda növbəti ekoloji aksiya keçirilib

17:47
31 İyul

Azərbaycan–Qırğızıstan münasibətləri: Türk dünyasında strateji tərəfdaşlığın yeni mərhələsi

17:40
31 İyul

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!