31 İyul 2026 16:23
203
İQTİSADİYYAT
A- A+
Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb


İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit internet xidmətlərindən istifadə edən istehlakçıların xidmətlə bağlı təcrübəsini və məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlayn sorğu keçirir.

İKTA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 23-də başlayan sorğu sentyabrın 20-dək davam edəcək. Sabit internet xidmətinin istifadəçiləri və sorğuda iştirak etmək arzusunda olan şəxslər xidmət aldıqları provayder, internetin keyfiyyəti, bağlantının dayanıqlığı, müraciətlərin cavablandırılması, texniki dəstək və digər məsələlər üzrə təcrübələrini İKTA ilə bölüşə bilərlər.

Sorğunun məqsədi istehlakçıların internet xidmətlərindən istifadə zamanı qarşılaşdıqları əsas çətinlikləri, xidmətlə bağlı gözləntilərini və məmnunluğa təsir edən amilləri daha ətraflı öyrənməkdir.

İKTA istehlakçı təcrübəsini müxtəlif məlumat mənbələri əsasında davamlı şəkildə izləyir. Agentliyə daxil olan müraciətlər, “E-Şikayət” sistemi vasitəsilə qeydə alınan şikayətlər, xidmət keyfiyyətinə dair texniki ölçmələr və monitorinq nəticələri bazardakı mövcud vəziyyətin qiymətləndirilməsində istifadə olunur. Məmnuniyyət sorğusu isə bu məlumatları istehlakçıların birbaşa rəyləri ilə tamamlayan əlavə qiymətləndirmə vasitəsidir.

Sorğunun nəticələri ayrıca göstərici kimi deyil, İKTA-nın malik olduğu digər məlumatlar və monitorinq nəticələri ilə birlikdə təhlil ediləcək. Əldə olunan məlumatlardan xidmət keyfiyyətinə təsir göstərən çətinliklərin müəyyənləşdirilməsi, istehlakçıların gözləntilərinin daha yaxşı öyrənilməsi və tənzimləmə tədbirlərinin planlaşdırılması zamanı istifadə olunacaq.

Sorğuda internet bağlantısının sürəti və dayanıqlığı, xidmətin qiymət və keyfiyyət uyğunluğu, texniki nasazlıqların aradan qaldırılması, provayderlə kommunikasiya, müraciətlərin cavablandırılması və ümumi istifadəçi təcrübəsi ilə bağlı suallar yer alıb.

Anonim qaydada keçirilən sorğu 6 bölmə üzrə 20-dən çox sualdan ibarətdir və cavablandırılması bir neçə dəqiqə vaxt aparır. Respondentlərdən onları birbaşa müəyyənləşdirməyə imkan verən məlumatların təqdim edilməsi tələb olunmur.

Sorğuda onlayn iştirakla yanaşı, “Azərpoçt” MMC-nin aşağıdakı şöbə və filiallarında da iştirak üçün şərait yaradılıb:

• AZ1000 Mərkəz şəbəkə filialı;

• AZ1002 poçt şöbəsi;

• AZ1138 Yasamal şəbəkə filialı;

• AZ5000 Sumqayıt Mərkəzi Poçt şöbəsi.

İKTA sabit internet xidmətinin istifadəçilərini sorğuda iştiraka və xidmətlə bağlı real təcrübələrini bölüşməyə dəvət edir.

Sorğuda iştirak etmək üçün keçid:

https://forms.gle/hrquwN8vVYbjaU739

Həmçinin təqdim olunan QR kodu skan etməklə sorğuya keçid etmək mümkündür.

İstehlakçıların təqdim etdiyi rəylər internet xidmətlərinin keyfiyyətinin daha dolğun qiymətləndirilməsinə və bazarda diqqət tələb edən məsələlərin müəyyənləşdirilməsinə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

UEFA FİFA-ya qarşı

15:55
31 İyul

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

15:48
31 İyul

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

15:41
31 İyul

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir

15:34
31 İyul

İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

15:27
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNİB

15:20
31 İyul

Kimlər Günəş işığından qorunmalıdırlar? – Mütəxəssis rəyi

15:13
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!