31 İyul 2026 16:37
206
DÜNYA
A- A+
Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir


NATO Rusiya ilə bağlı təhlükəsizlik riskləri fonunda Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi istiqamətində planlar hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşrində dərc olunan məqalədə bildirilib.

Qəzet Almaniyanın DPA agentliyinə istinadla bildirir ki, müzakirə olunan variantlar arasında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus əlavə nüvə silahlarının Avropada yerləşdirilməsi də var. Məlumata əsasən, planlar əsasən qeyri-strateji nüvə silahlarını əhatə edir. Bu silahlar hərbi infrastruktur, qoşun birləşmələri, hava bazaları və komanda mərkəzlərinə qarşı istifadə üçün nəzərdə tutulur və adətən, döyüş təyyarələri, qısamənzilli raketlər və ya qanadlı raketlərlə daşınır.

NATO-nun Baş katibi Mark Rütte DPA-ya müsahibəsində Avropada ABŞ-nin nüvə silahlarının sayının artırılması ehtimalını istisna etməyib. O, təhlükəsizlik səbəbindən konkret planları açıqlamasa da, Alyansın nüvə çəkindirmə imkanlarını davamlı şəkildə qiymətləndirdiyini və dəyişən təhlükəsizlik mühitinə uyğun zəruri addımlar atacağını diqqətə çatdırıb.

Məqalədə vurğulanır ki, hazırda ABŞ-nin “B61-12” tipli təxminən 100 nüvə bombası Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyə ərazisində yerləşdirilib. Böyük Britaniyadakı Leykenhit aviabazasına da bu tip bombaların yerləşdirilmiş ola biləcəyi ehtimal edilir. Təhlükəsizlik vəziyyəti daha da gərginləşərsə, gələcəkdə Polşa, Finlandiya və Litva da mümkün yerləşdirmə məntəqələri kimi nəzərdən keçirilə bilər.

İyunda NATO-nun Nüvə Planlaşdırma Qrupunun iclasından sonra Alyans son iyirmi ilə yaxın müddətdə ilk dəfə nüvə imkanlarının modernləşdirilməsi və çəkindirmə siyasətinin yeni təhlükələrə uyğunlaşdırılmasına dair birgə bəyanat qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniya nəşri: Azərbaycanın Avropa ilə tərəfdaşlıqları ölkənin xarici siyasətinin gücləndiyini göstərir

17:33
31 İyul

Avropa meşə yanğınlarına qarşı qədim üsuldan istifadə etməyi planlaşdırır

17:26
31 İyul

Böyük Britaniyanın yarısı qəfil quraqlıq təhlükəsi ilə üz-üzədir 

17:19
31 İyul

Hindistan çiyələk istehsalında dünya liderlərindən birinə çevrilmək istəyir

17:12
31 İyul

Azərbaycan dili tariximizi, bu günümüzü və gələcəyimizi birləşdirən mənəvi bağdır   

17:11
31 İyul

Sümük sağlamlığımızı qorumaq üçün nə yeməliyik?

17:05
31 İyul

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

17:01
31 İyul

Böyük texnologiya şirkətləri süni intellektə milyardlar xərcləyir

16:58
31 İyul

Dastan Ospanov: Orta Dəhliz Avrasiyanın yeni iqtisadi platformasına çevrilir

16:51
31 İyul

Özbək mütəxəssis: Azərbaycanla Mərkəzi Asiya ölkələrini birləşdirən bir çox cəhədlər var

16:44
31 İyul

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

UEFA FİFA-ya qarşı

15:55
31 İyul

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

15:48
31 İyul

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

15:41
31 İyul

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir

15:34
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!