31 İyul 2026 15:55
1106
İDMAN
A- A+
UEFA FİFA-ya qarşı

UEFA FİFA-ya qarşı


Avropa futbol qurumu  beynəlxalq assosiasiyanın özəl investorlara pay satmaq planına görə gələcək Dünya Kuboku yarışlarını boykot edəcək


Avropa futbolunun idarəetmə orqanı olan UEFA FİFA-nın turnirlərdəki payları özəl investorlara satmaq planına cavab olaraq  kişilər və qadınlar arasında növbəti Dünya Kuboku yarışlarını boykot etmək üçün səs verib.

55 üzv assosiasiyasının təcili iclasından sonra yayımlanan açıqlamada UEFA Dünya Kubokunun "investisiya məhsulu hesab edilə bilməyəcəyini" bildirib. Bəyanatda deyilir: "Dünyanın hər yerindəki milli federasiyalar indi ultimatumla üzləşirlər: ya futbolun əsas turnirlərinin dönməz şəkildə ələ keçirilməsini qəbul etməli, ya da nəticələri ilə üzləşməlidirlər". UEFA əlavə edib ki, FİFA investisiya planından tamamilə imtina etməsə və turnirlərin idarə olunmasını heç vaxt özəl tərəflərə təhvil verməyəcəyinə dair hüquqi cəhətdən məcburi zəmanətlər verməsə, üzv assosiasiyalarından heç bir milli komanda bu təkliflər qüvvədə qaldığı müddətcə FİFA turnirlərində iştirak etməyəcək.

Qeyd edək ki, boykotlar Dünya Kuboku yarışları tarixində yeni deyil. Məsələn, İngiltərə 1930, 1934 və 1938-ci illərdə komandasının futbol dünyasının qalan hissəsindən üstün olduğunu bildirərək ilk 3 turnirə qatılmayıb. Afrika ölkələri FIFA-nın kvota bölgüsünə etiraz olaraq seçmə turnirindən çıxaraq 1966-cı il Dünya Kubokunu boykot ediblər. SSRİ isə Auqusto Pinoçetin hərbi çevrilişindən sonra Çiliyə qarşı seçmə oyundan  imtina edib və bununla da 1974-cü il Dünya Kubokuna vəsiqə qazanmaq şansını əldən verib.

Son məlumata görə, İnfantino və FİFA daha bir zərbə alıb: KONKAKAF-a üzv olan 41 ölkə turnirlərin boykot edilməsini dəstəkləyib. 

FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) qlobal futbolu idarə etmək üçün coğrafi olaraq 6 qitə və bölgə konfederasiyasına bölünür. Hər bir milli futbol assosiasiyası bu konfederasiyalardan birinə daxildir: UEFA – Avropa Futbol Assosiasiyaları İttifaqı; CONMEBOL – Cənubi Amerika Futbol Konfederasiyası; CONCACAF – Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası; CAF  – Afrika Futbol Konfederasiyası; AFC – Asiya Futbol Konfederasiyası; OFC – Okeaniya Futbol Konfederasiyası.


Rizvan CƏFƏROV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!