31 İyul 2026 15:48
178
SİYASƏT
A- A+
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə


Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. İmzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov bildirib.

İlyas Hüseynov qeyd edib ki, Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində institusional inteqrasiyanı gücləndirir, münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Çolpon-Atada imzalanan Müttəfiqlik Müqaviləsi qarşılıqlı etimada, suverenliyə hörmətə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığa əsaslanan yeni siyasi platforma formalaşdırır.

Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər investisiya, energetika, nəqliyyat, logistika, statistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik kimi mühüm sahələri əhatə edir. Xüsusilə Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi barədə İkinci Əlavə Saziş iki ölkə arasında birgə investisiya layihələrinin maliyyələşdirilməsi baxımından çox əhəmiyyətlidir. Bu fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və istehsal sahələrində iri layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

O əlavə edib ki, imzalanan sənədlər arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi diqqət çəkir. Bu sənədlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların daha da genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Xəzər dənizinin qərb sahilində, Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit mövqeyə malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən həyata keçirilən multimodal daşımalar Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanlarını daha da artırır. Eyni zamanda, yükdaşımalar, logistika və rəqəmsal nəqliyyat həlləri üzrə imzalanan memorandumlar Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

Energetika sahəsində əməkdaşlığa dair memorandum və 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi neft məhsullarının tədarükü, enerji təhlükəsizliyi və gələcək yaşıl enerji layihələri üçün hüquqi baza yaradır. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və statistika sahəsində imzalanmış memorandumlar iqtisadi münasibətlərin rəqəmsal transformasiyasına xidmət edən mühüm addımlar hesab olunur.

Səfər çərçivəsində Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin humanitar ölçüsünü daha da gücləndirir. Bu təşəbbüs turizm, təhsil, mədəniyyət, gənclər siyasəti və yerli idarəetmə sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Xüsusilə Şuşa və Çolpon-Ata arasında əməkdaşlıq Türk dünyasının iki mühüm mədəniyyət mərkəzinin əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

TDAM rəhbəri vurğulayıb ki, dövlət səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda, Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya axınının artırılması və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşması istiqamətində mühüm strateji töhfə verir. Azərbaycan–Qırğızıstan müttəfiqliyi bununla da Türk dünyasında siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından birinə çevrilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: NATO Avropada nüvə çəkindirmə potensialının gücləndirilməsi planlarını nəzərdən keçirir

16:37
31 İyul

Mədəniyyət naziri Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib

16:30
31 İyul

Prezident İlham Əliyevin xarici siyasət kursunun növbəti uğuru: Azərbaycan–Qırğızıstan müttəfiqliyi

16:25
31 İyul

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

UEFA FİFA-ya qarşı

15:55
31 İyul

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

15:48
31 İyul

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

15:41
31 İyul

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir

15:34
31 İyul

İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

15:27
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNƏCƏK

15:20
31 İyul

Kimlər Günəş işığından qorunmalıdırlar? – Mütəxəssis rəyi

15:13
31 İyul

Prezident: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

15:06
31 İyul

Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

14:58
31 İyul

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

14:51
31 İyul

Nazir: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycana hədiyyə kimi verilməyib

14:44
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 

14:37
31 İyul

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 

14:30
31 İyul

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

14:23
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!