31 İyul 2026 14:30
271
SİYASƏT
A- A+
Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 


Orta Dəhlizin əhəmiyyəti son dövrlər daha da artır. Bunun əsas səbəblərindən biri dünyada davam edən geosiyasi gərginliklər və silahlı münaqişələrdir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdə müşahidə olunan qarşıdurmalar beynəlxalq yükdaşımalar və logistika marşrutlarına ciddi təsir göstərir. Rusiya uzun illər Avrasiya məkanında əsas quru nəqliyyat dəhlizlərindən biri kimi çıxış edib. Lakin Ukraynaya qarşı müharibədən sonra ölkəyə tətbiq olunan beynəlxalq sanksiyalar onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb və Avrasiya logistikasındakı rolunu zəiflədib. Eyni zamanda, İrana qarşı tətbiq olunan sanksiyalar və regionda davam edən hərbi-siyasi gərginliklər Fars körfəzi, Hörmüz və Babül-Məndəb boğazları kimi strateji əhəmiyyət daşıyan dəniz marşrutlarında riskləri artırır. Bu amillər alternativ və daha təhlükəsiz nəqliyyat marşrutlarına tələbatı yüksəldir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, belə şəraitdə Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır. Onun sözlərinə görə, Çinlə Avropanı Mərkəzi Asiya, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu dəhliz təkcə yükdaşımalar üçün deyil, həm də türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bununla yanaşı, Orta Dəhliz yalnız nəqliyyat layihəsi deyil. Dəhliz boyunca yerləşən ölkələr müasir logistika infrastrukturu, sənaye müəssisələri, istehsal sahələri və yüksək texnologiyalar ekosistemini formalaşdırır. Məqsəd Avrasiyada təkcə nəqliyyat və enerji qovşağı olmaq deyil, eyni zamanda, sənaye, innovasiya və süni intellekt sahələrində regional inkişaf mərkəzlərinə çevrilməkdir. Azərbaycan bu layihədə mərkəzi rol oynayır. Ölkəmiz təkcə mühüm logistika və nəqliyyat qovşağı deyil, həm də regional hab funksiyasını yerinə yetirir. Bu baxımdan söhbət yalnız tranzit daşımalarından getmir. Azərbaycan humanitar və mədəni əməkdaşlığın inkişafında da mühüm platforma kimi çıxış edir. Azərbaycan Türk dünyasının və Orta Dəhlizin əsas strateji nöqtələrindən biridir. Şərqdən Qərbə uzanan Orta Dəhliz, eləcə də Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi məhz ölkəmizin ərazisində kəsişir. Bu isə Azərbaycanın Avrasiya məkanında reallaşdırılan beynəlxalq nəqliyyat və logistika layihələrində müstəsna strateji əhəmiyyətə malik olduğunu göstərir”, - deyə R. Hüseynov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

15:27
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNƏCƏK

15:20
31 İyul

Kimlər Günəş işığından qorunmalıdırlar? – Mütəxəssis rəyi

15:13
31 İyul

Prezident: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

15:06
31 İyul

Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

14:58
31 İyul

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

14:51
31 İyul

Nazir: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycana hədiyyə kimi verilməyib

14:44
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 

14:37
31 İyul

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 

14:30
31 İyul

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

14:23
31 İyul

Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb

14:16
31 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 

14:09
31 İyul

Dünya birjalarında neft ucuzlaşıb

14:02
31 İyul

Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

13:55
31 İyul

Prezident Sadır Japarov: Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir

13:48
31 İyul

Milli Məclisin sədri Cənubi Afrika Respublikasına səfərə gedib

13:41
31 İyul

Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib

13:34
31 İyul

Azərbaycan nefti 98 dollara satılır

13:27
31 İyul

Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək

13:20
31 İyul

Şamaxıda gənclər narkotiklərin fəsadları barədə məlumatlandırılıblar

13:13
31 İyul

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB 

13:06
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!