31 İyul 2026 15:41
139
Mədəniyyət
A- A+
Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar


Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bu günün tarixindən, əhəmiyyətindən bəhs edən biblioqrafik icmal, dövri mətbuatın elektron bazası, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Azərbaycan Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir. Virtual sərgidə bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapır.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

“Dili yaşadan onun mənsub olduğu xalqdır” adlı biblioqrafik icmalda bu günün təsis edilməsi haqqında ümumi məlumatlarla yanaşı, akademik Nizami Cəfərovun “Azərbaycan dilinin “Tərcümeyi-hal”ı, filologiya elmlər doktoru Nadir Məmmədlinin “Müstəqillik illərində Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin “Ana dilimiz milli varlığımızdır” adlı məqalələrin tam mətni yer alır. Kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşunaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 2024-2026-cı illəri əhatə edən dövri mətbuat nümunələrinin siyahısı yer alır.

Kitabxananın rəsmi saytında “Ana dili” adlı dövri mətbuatın elektron bazası yaradılıb. Burada istifadəçilər işlək keçidlər vasitəsilə müxtəlif internet platformalarında, xəbər saytlarında ana dili mövzusunda qələmə alınan məqalələrin elektron versiyası-tam mətni ilə tanış ola bilərlər.

Kitabxanada “1 Avqust - Azərbaycan Dili Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Ana dilimiz varsa, biz də varıq” adlı biblioqrafik vəsait sərgilənməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlanılıb

16:23
31 İyul

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

16:16
31 İyul

“Rheinmetall” Britaniya ordusu üçün silah qurğuları istehsal edəcək

16:09
31 İyul

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

16:02
31 İyul

UEFA FİFA-ya qarşı

15:55
31 İyul

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

15:48
31 İyul

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

15:41
31 İyul

Tokayev: Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması formatın inkişafında yeni mərhələnin rəmzidir

15:34
31 İyul

İspaniyanın Seuta anklavında miqrantlarla bağlı vəziyyət gərginləşir, Baş nazir bölgəyə səfər edib

15:27
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib YENİLƏNƏCƏK

15:20
31 İyul

Kimlər Günəş işığından qorunmalıdırlar? – Mütəxəssis rəyi

15:13
31 İyul

Prezident: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

15:06
31 İyul

Azərbaycan voleybol millisi Yunanıstanla hər iki yoxlama oyununda qələbə qazanıb

14:58
31 İyul

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

14:51
31 İyul

Nazir: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi Azərbaycana hədiyyə kimi verilməyib

14:44
31 İyul

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib 

14:37
31 İyul

Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən perspektivli tranzit marşrutlarından biri kimi ön plana çıxır 

14:30
31 İyul

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında mübarizəyə başlayırlar

14:23
31 İyul

Qarabağ Universiteti ixtisaslar üzrə minimal keçid ballarını açıqlayıb

14:16
31 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Özbəkistan kollektivləri çıxış edib 

14:09
31 İyul

Dünya birjalarında neft ucuzlaşıb

14:02
31 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!