01 Avqust 2026 08:49
679
SİYASƏT
A- A+
Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır


Müstəqil və çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Avropa ilə münasibətlərini son illərdə kompleks və çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə qaldırıb. Xüsusən beynəlxalq aləmdə baş verənlər, Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar Azərbaycan-Avropa İttifaqı əlaqələrini iqtisadi və geosiyasi zərurətə əsaslanan dayanıqlı tərəfdaşlıq modelinə çevirib. Ölkəmizin qitə dövlətləri ilə əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, regional və qlobal təhlükəsizlik, enerji təminatı, iqtisadi inteqrasiya və nəqliyyat-logistika dəhlizləri baxımından həlledici əhəmiyyət kəsb edir. Qitə ölkələrinin Bakı ilə əməkdaşlığa verdiyi önəm Azərbaycanın regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. 

Ölkəmizin Balkan regionunun aparıcı dövlətlərindən olan Serbiya Respublikası ilə münasibətləri strateji önəm daşıyır. 1997-ci ildə diplomatik əlaqələrin qurulmasından bu yana iki ölkə arasında münasibətlər qarşılıqlı etimad, dostluq, suverenlik və dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri üzərində möhkəm dayaqlara söykənir. Serbiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması və tərəflərin beynəlxalq platformalarda bir-birinin suverenliyini qətiyyətlə dəstəkləməsi ikitərəfli əlaqələrin ideoloji və siyasi təməlini təşkil edir. 

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasında dövlət başçılarının müdrik uzaqgörənliyi və aralarındakı səmimi, qarşılıqlı etimada söykənən şəxsi dostluq münasibətləri müstəsna rol oynayır. Serbiya Prezidenti Aleksandar Vuçiç hər zaman Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, qlobal geosiyasi proseslərdəki uzaqgörənliyini və verdiyi sözə hər zaman sadiq olan etibarlı dövlət xadimi imicini yüksək qiymətləndirib. 2026-cı il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə zəmin yaradıb. Səfər çərçivəsində imzalanan mühüm sənədlər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, energetika və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin genişlənməsinə hüquqi zəmin bəxş edib. Prezident İlham Əliyevin müstəqil siyasət yürütmək bacarığı və milli maraqları qətiyyətlə qoruması təkcə regionda deyil, Avropada da böyük rəğbətlə qarşılanır. 

Serbiya ilə münasibətlərin praktiki müstəvidə dərinləşməsi bütün sahələrdə özünü büruzə verir. İyulun 28-də Belqradda keçirilən siyasi məsləhətləşmələrin növbəti raundu zamanı xarici işlər nazirliklərinin rəhbər şəxsləri səviyyəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət geniş təhlil olunub. Görüşlərdə Azərbaycanın regionda dayanıqlı sülhün təşviqi istiqamətində atdığı addımları, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-yenidənqurma layihələri və mina təhlükəsinin aradan qaldırılması kimi humanitar çağırışlar diqqətə çatdırılıb. Eyni zamanda Serbiya Prezidentinin müşaviri və Milli Assambleyanın rəhbər heyəti ilə keçirilən görüşlər siyasi dialoqun çoxşaxəliliyini təsdiqləyir. 

İkitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin iyulun 22-də ölkəmizə səfəri, 44 günlük Vətən müharibəsinin təcrübəsinə həsr olunmuş brifinqlərin təşkili və təhsil sistemlərinə dair qabaqcıl təcrübələrin bölüşülməsi təhlükəsizlik sahəsində yüksək etimadın göstəricisidir. Serbiya Azərbaycan qazını idxal edən Avropa ölkələrindən biridir. Azərbaycan qazı Serbiyanın təchizat mənbələrini şaxələndirməklə yanaşı, onun Mərkəzi Avropaya enerji paylanmasında tranzit rolunu möhkəmləndirir. Eyni zamanda Orta dəhliz çərçivəsində nəqliyyat inteqrasiyası ikitərəfli iqtisadi əlaqələrə əlavə stimul verir. Serbiya ilə həyata keçirilən çoxşaxəli əməkdaşlıq Azərbaycanın Balkan regionundakı mövqelərini möhkəmləndirir və ölkəmizin Avropadakı ümumi tərəfdaşlıq şəbəkəsinin uğurlu modellərindən biri kimi çıxış edir. 

Azərbaycanın Avropa ölkələri ilə yüksəksəviyyəli münasibətləri geniş coğrafiyanı əhatə edir. Ölkəmiz Avropa İttifaqının 10-dan çox üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayaraq qitənin iqtisadi dayanıqlılığında həlledici mövqeyə sahib olub. İtaliya Azərbaycanın Cənubi Avropadakı ən böyük ticarət tərəfdaşı və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə enerji təhlükəsizliyini təmin edən strateji müttəfiqidir. O cümlədən Avropanın sənaye mərkəzi olan Almaniya ilə "yaşıl enerji", texnologiya, sənaye və ticarət sahələrində sıx dialoq mövcuddur. 

Balkanlar və Qara dəniz hövzəsində strateji tərəfdaşlarımız olan Rumıniya və Bolqarıstan Azərbaycan qazının Avropaya çatdırılmasında və "yaşıl enerji" dəhlizi layihəsinin reallaşmasında əsas mərkəz rolunu oynayırlar. Türk Dövlətləri Təşkilatı müstəvisində Macarıstan ilə də strateji münasibətlər dərinləşir. Çexiya Azərbaycanın Mərkəzi Avropadakı mühüm iqtisadi tərəfdaşlarındandır. "Cənub qaz dəhlizi"nin ilk dayanacaqlarından olan Yunanıstan və Xorvatiya ilə enerji və turizm sahələrində əlaqələr inkişaf yolundadır.  

Azərbaycanın Avropa İttifaqı ilə institusional müstəvidə qurulan münasibətləri də xüsusi çəkiyə malikdir. Ölkəmiz Aİ üçün etibarlı enerji təminatçısı olmaqla bərabər, həm də cənub sərhədlərində sabitliyin, təhlükəsizliyin və strateji nəqliyyat dəhlizlərinin həlledici aktoru kimi çıxış edir. Bu tərəfdaşlığın yüksək dinamikası Aİ liderlərinin ölkəmizə səfərləri, intensiv siyasi təmaslar vasitəsilə də  yüksəlir. Prezident İlham Əliyevin Brüsselə işgüzar səfərləri, Avropa Şurasının və Avropa Komissiyasının prezidentlərinin Bakıya rəsmi səfərləri tərəflər arasında qarşılıqlı etimadı yeni müstəviyə daşıyıb.

Xüsusilə Bakıda imzalanmış "Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında Enerji Sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" iki tərəf arasında uzunmüddətli strateji müttəfiqliyin təməlini daha da möhkəmləndirib. Aİ rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan Avropanın enerji xəritəsində və regional inteqrasiya layihələrində əvəzolunmaz tərəfdaşlardan biridir. "Cənub qaz dəhlizi", bərpaolunan enerji layihələri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi kimi nəhəng təşəbbüslər Avropanın Azərbaycanla sıx əməkdaşlıqda nə qədər maraqlı olduğunun təzahürüdür. 

Ümumilikdə, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin, nəqliyyat dəhlizlərinin və regional sabitliyin vacib tərəfdaşlarından birinə çevrilib. Aparıcı Avropa dövlətləri ilə strateji tərəfdaşlıq Azərbaycanın qitədəki geosiyasi çəkisini və diplomatiyasının uğurunu şərtləndirən əsas amillərdir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!