01 Avqust 2026 10:36
515
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

“Son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin intensivləşməsi regionlararası əlaqələrin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini də artırır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi regionlar arasında daha sıx əməkdaşlıq üçün əlverişli imkanlar yaradır”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Azərbaycanın və Qırğızıstanın müttəfiqlik münasibətlərinin rəsmiləşdirilmələri yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkənin lideri tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq: “Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”. Qırğızıstan Prezidenti Sadır Japarov isə müttəfiqlik müqaviləsinin imzalanmasını  tarixi hadisə və Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsası kimi dəyərləndirib.

Millət vəkilinin sözlərinə görə, müqavilədə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi iki ölkə əməkdaşlığının strateji xarakterini bir daha ortaya qoyur. Sənədə əsasən, tərəflərdən birinin fikrincə, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsinin yarandığı vəziyyətdə onlar dərhal müvafiq məsləhətləşmələr aparacaq, vəziyyətin dinc yolla nizamlanmasına töhfə verəcək tədbirlərin görülməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq həm ikitərəfli əsasda, həm də Azərbaycanın və Qırğızıstanın üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, tərəflərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini və milli qanunvericiliklərini nəzərə almaqla bir-birinə zəruri yardım göstərmək niyyətini ifadə etməsi təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyin əhəmiyyətini artırır.

“Sənədin təhlükəsizlikdən xarici siyasətə, iqtisadiyyatdan nəqliyyata, energetikadan yüksək texnologiyalara, humanitar əlaqələrdən regionlararası əməkdaşlığa qədər geniş sahələri əhatə etməsi Azərbaycan-Qırğızıstan münasibətlərinin kompleks və uzunmüddətli inkişaf perspektivinə malik olduğunu göstərir”,- deyə Samir Vəliyev vurğulayıb.

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!