01 Avqust 2026 08:14
726
SİYASƏT
A- A+
Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir


Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, daha geniş geosiyasi məna daşıyır. Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması göstərir ki, söhbət təkcə Azərbaycan-Qırğızıstan əlaqələrinin yeni mərhələyə yüksəlməsindən deyil, həm də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı fəaliyyətinin yeni modelinin ardıcıl şəkildə formalaşdırılmasından gedir. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, son illərdə Azərbaycanın xarici siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əgər əvvəllər əsas diqqət ayrı-ayrı tərəfdaşlarla ikitərəfli münasibətlərin inkişafına yönəlirdisə, bu gün Bakı bütövlükdə Mərkəzi Asiya regionu ilə uzunmüddətli əməkdaşlıq sistemini ardıcıl şəkildə qurur. Bu isə ayrı-ayrı təşəbbüslərdən institusional əsaslara söykənən regional əməkdaşlıq modelinə keçidin göstəricisidir. Qırğızıstan bu strategiyada xüsusi yer tutur. İki ölkə arasında siyasi fikir ayrılıqları yoxdur, münasibətlər qarşılıqlı etimad və hörmət prinsipləri əsasında inkişaf edir. Məhz buna görə də münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi situativ qərar deyil, uzun illər ərzində formalaşmış siyasi dialoqun məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Deputatın fikrincə, diqqətçəkən məqamlardan biri də siyasi yaxınlaşmanın konkret əməkdaşlıq mexanizmləri ilə müşayiət olunmasıdır. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılması bunun ən bariz nümunəsidir. Bu qərar göstərir ki, tərəflər siyasi bəyanatlarla kifayətlənməyərək uzunmüddətli investisiya layihələrinin maliyyələşdirilməsinə xidmət edəcək real institusional alətlər formalaşdırırlar.

S.Fətəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlılığı artıq yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də yaradılmış institutların səmərəliliyi ilə ölçülür: "Birgə fondlar, maliyyə mexanizmləri və koordinasiya platformaları tərəfdaşlığın dayanıqlılığını təmin edən əsas vasitələrə çevrilir. Bu baxımdan Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması daha geniş regional strategiyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Azərbaycanın Mərkəzi Asiya siyasəti ayrı-ayrı ölkələrlə münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bakı regionun bütün dövlətləri ilə əməkdaşlığı sistemli şəkildə genişləndirərək, vahid qarşılıqlı fəaliyyət məkanı formalaşdırır. Bu yanaşma yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, bütövlükdə regionda siyasi dialoqun, iqtisadi əməkdaşlığın və institusional əlaqələrin güclənməsinə xidmət edir".

Deputat vurğulayıb ki, mövcud mərhələnin digər mühüm xüsusiyyəti Azərbaycanın beynəlxalq proseslərdə rolunun dəyişməsidir. Respublikamız artıq yalnız regional təşəbbüslərin iştirakçısı deyil, eyni zamanda onların birbaşa təşəbbüskarı və təşkilatçılarından biri kimi çıxış edir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər qarşılıqlı fayda, suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanır. Məhz bu yanaşma Mərkəzi Asiya ölkələrinin maraqları ilə üst-üstə düşür və əməkdaşlığın yeni formatlarını təşviq edir. "Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsinə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti siyasi razılaşmaları, iqtisadi mexanizmləri və uzunmüddətli strateji planlaşdırmanı vahid sistemdə birləşdirmək bacarığıdır. Belə yanaşma Azərbaycanın Mərkəzi Asiyadakı mövqelərini daha da möhkəmləndirməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni əməkdaşlıq modelinin formalaşmasına da töhfə verir. Bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış Müttəfiqlik Müqaviləsi yalnız iki ölkə arasındakı münasibətlərin inkişafını ifadə etmir. O, qarşılıqlı etimada, institusional dayanıqlılığa və uzunmüddətli strateji əməkdaşlığa söykənən yeni regional əməkdaşlıq modelinin formalaşmasının növbəti mühüm mərhələsini əks etdirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm muğam axşamı

13:39
01 Avqust

Türkiyədə Prezident Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanılıb

12:33
01 Avqust

29 il əvvəl başlanan inkişaf yolu Azərbaycanı uğurlu idman ölkəsinə çevirdi

10:44
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri kompleks inkişaf perspektivinə malikdir

10:36
01 Avqust

Bilmək istəyirəm

09:52
01 Avqust

Ukrayna Patriot raketlərinin istehsalına icazə alacaqmı? 

09:45
01 Avqust

İlklərə imza atan sənət fədaisi

09:38
01 Avqust

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

09:35
01 Avqust

Xalqın yaddaşı və milli ruhun ekran salnaməsi

09:31
01 Avqust

Azərbaycan kəndlisinin köməyinə Samuray arısı gəlir

09:24
01 Avqust

Aqrar sektor ilin birinci yarısını hansı göstəricilərlə başa vurub

09:17
01 Avqust

Bölgələrdə yeni aqrar inkişaf dövlət proqramının icrası ilə bağlı tədbirlər keçirilir

09:10
01 Avqust

Yeni nəslin həmrəylik modeli

09:03
01 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

09:01
01 Avqust

İnsan kapitalına yatırılan uzunmüddətli sərmayə

08:56
01 Avqust

Azərbaycan aparıcı Avropa dövlətlərinin etibarlı tərəfdaşı statusundadır

08:49
01 Avqust

Müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır

08:42
01 Avqust

“Azərbaycan dili fenomeni: milli sərvətdən geostrateji resursa doğru”

08:35
01 Avqust

Milli kimliyimizin, dövlətçiliyimizin və mənəvi dəyərlərimizin əbədi dayağı

08:28
01 Avqust

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ - Çolpon-Ata Bəyannaməsi

08:21
01 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri daha geniş regional strategiyanın tərkib hissəsidir

08:14
01 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!