Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Polşaya səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər Azərbaycanın Polşadakı səfirliyinin dəvəti və təşkilatçılığı ilə baş tutub.
Səfər çərçivəsində A.Raimkulova Polşa parlamentinin yuxarı palatası olan Senatda vitse-spiker Mixal Kaminski, Varşava Universitetinin rektoru Aloyzi Novak və Polşanın Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetinin rektoru Piort Yedınak ilə görüşlər keçirib. Görüşlərdə Fonda üzv ölkələrin Polşada akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları xanım A.Raimkulovanı müşayiət ediblər.
Görüşlərdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub.
Görüşlərdə, həmçinin Fond və Polşa arasında mədəni əlaqələrin dərinləşdirilməsi və ortaq layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Polşada Türk dünyasının zəngin mədəni və tarixi irsinin qorunması, tədqiqi və tanıdılması istiqamətində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Habelə, Polşada yaşayan türkəsilli tatar və karaim icmalarının mədəni irsinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb. A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən mədəni abidələrin bərpası, elmi araşdırmalar və beynəlxalq sərgilər haqqında məlumat verib.
Krakov şəhərinə səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə Yaqellon Universiteti arasında elmi əməkdaşlıq və akademik mübadilələri təşviq edən Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu sənəd iki qurum arasında birgə elmi tədqiqatların aparılması, konfrans və seminarların təşkili və ümumi iş birliyi məsələlərini özündə ehtiva edir.
Qeyd edək ki, Fond ilə Polşa ali təhsil müəssisələri arasında ilk belə memorandum 2023-cü ildə Varşava Universiteti ilə imzalanıb.
Görüşlərdə A.Raimkulovaya Polşanın tarixi və mədəni irsin qorunmasına verdiyi böyük önəm, Türk dünyası ilə mədəni mübadilənin inkişaf etdirilməsinin əhəmiyyəti, Varşava və Yaqellon universitetlərinin Şərqşünaslıq fakültəsində türk dilləri, tarixi və mədəniyyətinə dair aparılan tədqiqatlar və tədris proqramları haqqında məlumat verilib.
Fondun prezidenti, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin və Yaqellon Universitetinin Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti ilə görüşərək onlar qarşısında mühazirə ilə çıxış edib. A.Raimkulova rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının zəngin tarixi, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb.
Eyni zamanda, Fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlarından olan Novruzun tarixi, özündə ehtiva etdiyi ülvi dəyərlərdən bəhs edib. Varşava Universitetinin tələbələri Fonda üzv ölkələrdə Novruz bayramının qeyd edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda tədbir iştirakçılarına türk dövlətlərinin Polşada akkreditə olunan səfirliklərinin birgə təşkilatçılığı ilə hazırlanmış Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Qeyd edək ki, Fond ilə Polşanın akademik və mədəni qurumları, eləcə də bu ölkənin tatar və karaim icması arasında sıx əməkdaşlıq mövcuddur.
Azərbaycan nefti bahalaşıb
Oruc tutmağın daha bir faydası
"Kənddən şəhərə" Novruz sovqatları gəlib
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
Bir problemə iki cavab
Bankomat quraşdırılması məqsədəuyğun hesab edilməmişdir (?!)
Zərurət yaranarsa, dəyərləndiriləcəkdir (?!)
"Ağstafa RMX-də hemodializ şöbəsinin açılması üçün stasionar infrastruktur uyğun deyil"
Təklif aidiyyəti orqanlara təqdim olunub
Marşrut gözləməkdən gözümüzün kökü saralır
Qaranlıq yollar təhlükə mənbəyidir
Özünüməşğulluq proqramı köməyimizə gəldi
Kəndimizin suvarma problemi həll edildi
Novruz gəlir, yaz gəlir...
Novruz bayramı rəssamlarımızın yaradıcılığında
Unudulmaz Hacı müəllim
Oyunbaz Vardanyanın növbəti hiyləgər gedişi
Ermənistanın aldığı hərbi texnikalar Qənimətlər Parkının növbəti eksponatları ola bilər
"Dəmir yumruq" işə düşsə...
Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması soydaşlarımızın uğurlarına böyük təminatdır
Dostluğa və qardaşlığa əsaslanan üçtərəfli əməkdaşlıq formatı
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!