13 Mart 2025 09:00
2350
Oxucu məktubları
A- A+
Novruz gəlir, yaz gəlir...

Novruz gəlir, yaz gəlir...


Baharın nəfəsi yurdumuza yenidən dirçəliş, sevinc və bərəkət gətirir. Təbiət oyanır, torpaq canlanır, həyatımızın hər anı yeni bir başlanğıc kimi çiçəklənir. Baharın gəlişini, yeni həyatın başlanğıcını, yenilənməni, bolluq və ruzi-bərəkəti simvolizə edən Novruz bayramı yurdumuzun hər guşəsində həmişə böyük coşqu ilə qeyd olunur. Ümummilli Lider Heydər Əliyev 20 mart 1998-ci ildə məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində də bu haqda qeyd etmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır". Artıq o gün bu gündür, illərlə həsrətində olduğumuz torpaqlarda, Qarabağda tonqallar alovlanır, qədim adət-ənənələrimiz canlanır, Novruz şənliklərinin sədaları  düşmən bağrı çatladır. Ruhumuzun yenilməzlik təntənəsinə çevrilmiş Zəfərimiz yurdumuza əbədi bahar ovqatı bəxş edir. 

Bayramın özəlliklərindən biri şənliklərin bir gün deyil, 4 həftə öncə qeyd olunmağa başlanmasıdır. Novruza qədər təntənəli şəkildə keçirilən çərşənbələrin hər birinin öz adət-ənənələri, ritualları var. Xalqımız əsrlərdir o adət-ənənələri yaşadır, unudulmağa qoymur. İlin Novruzdan əvvəlki dörd çərşənbəsi - Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi müqəddəs sayılır. İlaxır çərşənbə adlanan Torpaq çərşənbəsi bəzi bölgələrdə daha təmtəraqlı, böyük ruh yüksəkliyi ilə keçirilir.    

Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramı münasibətilə Azərbaycanın Şuşada, Laçında və işğaldan azad edilmiş bütün torpaqlarında təşkil olunan şənliklər, xalq oyunları, milli rəqslər və əsrarəngiz muğam sədaları Qarabağın əzəmətli tarixinə yeni bir səhifə yazacaq. Novruzun əsas rəmzlərindən biri olan tonqallar həm baharın gəlişini, həm də Azərbaycanın bütövlüyünü simvolizə edir.

Əsrlər boyu xalqımızın həm təbiətə, həm də milli dəyərlərə bağlılığını ifadə edən bu bayram bir neçə ildir ki, bütöv Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Bu il də alovlanan Novruz tonqalları xalqımızın birlik, qələbə və firavanlıq arzusuna şahidlik edəcək,  düşmənin işğalçılıq ruhunu yandıracaq.


Nərminə ƏSGƏROVA,

Foto İlham BABAYEVİNDİR,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!