12 Mart 2025 19:46
598
Mədəniyyət
A- A+
Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub

Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub


Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “Güclü qqdın güclü cəmiyyət” şüarı altında xüsusi tədbirlə yeni kampaniyaya start verib.

AZƏRTAC xəbər verir ki, tədbirdə həmçinin azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin “Görkəmli Polşa qadınları” adlı sərgisi nümayiş etdirilib.

Kampaniyanın məqsədi 2025-ci il Beynəlxalq Qadınlar Gününün “fəaliyyəti sürətləndirmək” adı əsas mövzusu ilə yanaşı, gender bərabərliyi və gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı artırmaqdır. Bundan əlavə, gender bərabərsizliyi ilə mübarizə üzrə Aİ-nin təşəbbüsləri onlayn kanallar və tədbirlər vasitəsilə vurğulanacaq.

Aİ-nin Azərbaycandakı səfiri Peter Michalko bildirib ki, gender bərabərliyinin artırılması daha güclü cəmiyyətə töhfə verir. Buna görə də Avropa İttifaqının sonuncu Gender Barabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq üçün əsas məqsədləri ehtiva edir, gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka, qərarların qəbulunda və siyasətdə gender balansıma nail olmağı qarşısına məqsəd qoyub”, - deyə P.Michalko əlavə edib.

Gender bərabərliyini təmin etmək məqsədilə Aİ-nin maliyyələşdirdiyi çoxsaylı layihələr Aİ-Azərbaycan tərəfdaşlığı vasitəsilə həyata keçirilib və qadın və qızlar onlardan faydalanıb. Tədbirdə bir neçə Aİ layihəsinin benefisiarları öz işlərindən bəhs ediblər, uğur qazanmaq üçün faydalı məsləhətlər verərək çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışıblar.

Hüquqşünas, Azərbaycan Paralimpiya Komitəsinin idmançısı və komitənin İcraiyyə Komitəsinin üzvü Vüsalə Kərimova 15 yaşında aldığı zədədən sonra yerimə qabiliyyətini itirdiyini, lakin sonra həyatında qazandığı uğurlardan bəhs edib.

“Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli bildirib ki, Bakı Dövlət Universitetində müəllimlik etdiyi zaman ANAMA-nın elanını görüb mina təmizlənmə ilə məşqul olmağa qərar verib

“Atalar məktəbi” layihəsinin benefisiarı Araz Babayev Lənkəranda ata və uşaqların ailə bağlarının möhkəmləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirlərdən bəhs edib.

Polşanın Azərbaycandakə səfirliyinin siyasi və iqtisadi şöbəsinin birinci katibi Katarina Piasecka bildirib ki, qadınlar daima qadınlara dəstək göstərməlidir.

“EU4Lankaran” layihəsinin benefisiarı Rəftarə Şükürova isə çıxışı zamanı qeyd edib ki, qadınların hər sahədə olduğu kimi, kənd təsərrüfatı sahəsində də fəaliyyəti təqdirə layiqdir.

Tədbirin digər maraqlı hissəsi Bakı və regionlardan olan 25 qadın rəssamın əl işlərinin nümayiş olunduğu "Avropanın rəngləri" adlı rəsm sərgisinin açılışı olub.

Tədbir çərçivəsində Peter Michalko qadın rəssamları təqdir edərək, qadınların səlahiyyətlərinin gücləndirilməsi və gender stereotiplərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan benefisiar və tərəfdaşlara təşəkkürünü bildirib və onlara sertifikatlar təqdim olunub.

Tədbirin sonunda diplomat bütün qonaqları birgə iftar süfrəsinə dəvət edib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!