Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Avropaya yüklərin daşınmasında Mərkəzi Asiya ölkələri və Çin üçün prioritet marşrutdur.
AZƏRTAC xəbər verir ki, sentyabrın əvvəlində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində 2025-ci ildə Xəzər dənizi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin başa çatacağını bildirib. Dövlət başçısı qeyd edib: "Bu, beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınlarına qoşulacaq rəqəmsal infrastrukturun yaradılması baxımından ölkəmiz üçün son dərəcə vacibdir. Ümumiyyətlə, biz telekommunikasiya şəbəkələrinin və məlumat mərkəzlərinin fəal inkişafını davam etdirməli, qlobal kibertəhlükəsizlik standartlarını tətbiq etməli, mütəxəssislərimizin səriştəsini artırmalıyıq".
Artıq sentyabrın 6-da Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində öz dövlətlərinin enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə əməkdaşlıq memorandumu imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, iştirakçılar Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisindən keçməklə yüksəkgərginlikli kabel çəkərək, enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər ki, bu da Avropa İttifaqı (Aİ) ölkələrinə "yaşıl enerji" təchizatının texniki-iqtisadi baxımdan ən optimal variantını həyata keçirməyə imkan verəcək.
Forum çərçivəsində Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev Xəzər dənizinin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üçün əvvəllər hazırlanmış texniki spesifikasiya layihəsinə diqqət çəkib və bu layihə çərçivəsində beynəlxalq ötürmə dəhlizlərinin inkişafı və "yaşıl enerji"nin Aİ ölkələrinə satışı üçün təklif olunan biznes modelinin işlənib hazırlanacağını bildirib.
Üç gün sonra, sentyabrın 9-da Prezident Tokayev Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüş keçirib. Görüş əsnasında enerji, nəqliyyat və logistika sahələrində əvvəllər əldə edilmiş razılaşmalar müzakirə edilib və onların icrasının gedişindən məmnunluq ifadə olunub.
Beləliklə, Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın TITR-in dinamik inkişafında maraqlı olduğu açıq-aşkar görünür.
Qazaxıstanın nəqliyyat marşrutlarından, o cümlədən Azərbaycan istiqamətindən istifadə etməklə Avropa ilə ticarət də fəal inkişaf edir. Üstəlik, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən il Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına səfəri rəsmi Berlinin TITR-in inkişafına marağını nümayiş etdirib və bu dövlət onun vasitəsilə Çindən Avropaya mal tədarükünü artırmaq niyyətindədir. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makronun səfəri də Parisin Mərkəzi Asiyanın strateji əhəmiyyətli ehtiyatlarına, o cümlədən nadir torpaq metallarına çıxış əldə etməkdə maraqlı olduğunu göstərir.
Beləliklə, Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Aİ-ni birləşdirən Orta dəhliz və ya Trans-Xəzər marşrutu güclü ticarət alyansı yaradır. Pekin də bu proseslərdə iştirak edir və Çindən Avropaya malların tranzitinin 85 faizi Qazaxıstandan keçir ki, bunun da əhəmiyyətli hissəsi Xəzər dənizi və Azərbaycandan keçməklə həyata keçirilir.
TITR Beynəlxalq Assosiasiyası İdarə Heyətinin sədri Nurlan Sauranbayev qeyd edib ki, Orta dəhliz boyu ölkələrdə logistika infrastrukturu bütün marşrut üzrə rəqabətədavamlı daşımaların tam həyata keçirilməsinə imkan verir. TITR Yükdaşımaları Assosiasiyasının məlumatına görə, 2023-cü ildə bu, 65 faizə (2,7 milyon tona qədər) yüksəlib.
Dünya Bankının proqnozuna əsasən, 2030-cu ilə qədər bu marşrutla yükdaşımaların həcmi 3 dəfə artacaq. Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Almaniyanın DW nəşrinə müsahibəsində bildirib ki, Aİ TITR-in inkişafı üçün 10 milyard avro investisiya ayırmaq niyyətindədir.
Rusiya-Ukrayna silahlı münaqişəsi başlayandan sonra Avropa Şərqlə ticarət əlaqələri üçün alternativ nəqliyyat marşrutlarına ehtiyac duydu. Azərbaycan hökuməti ölkənin nəqliyyat infrastrukturunu quraraq, qatarların və avtomobillərin tranzit keçidi üçün hər cür şərait yaradıb. Beynəlxalq nəqliyyat marşrutlarının ölkəmizdən keçməsi Azərbaycana təkcə iqtisadi deyil, həm də siyasi dividendlər gətirir.
Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
Şimali Koreyadan Rusiyaya əsgər göndərilir
Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
Tramp o şəxslərə ölüm cəzası istədi
Süni zəka modelləri Yerə ciddi zərər vura bilər
Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub
ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun
“Whatsapp”ın yeni funksiyası
Azərbaycan neftinin bahalaşması davam edir
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
“Boeing” işçilərini ixtisar edir
BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır
Ötən gün 48 cinayətin üstü açılıb
Dünya birjalarında neft ucuzlaşıb
İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub
Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur
Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib
AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
XİN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik
Xəzər dənizində zəlzələ baş verib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!