05 Dekabr 2023 10:30
466
İQTİSADİYYAT
A- A+
Bakıya il ərzində ən azı 150 milyon ton... oksigen lazımdır

Bakıya il ərzində ən azı 150 milyon ton... oksigen lazımdır

 

Paytaxtın yaşıllıq zolaqları bunu "istehsal" edə bilirmi

 

Bəşəriyyəti rahatsız edən qlobal problemlərdən biri də iqlim dəyişiklikləridir. İqlim dəyişiklikləri nəticəsində canlı aləmə dəyən mənfi təsirlər insanı düşündürməyə bilmir. Tez-tez dəyişən qeyri-sabit hava şəraiti təkcə Azərbaycanda deyil, dünyanın başqa ölkələrində də bəzən həll oluna bilməyən problemlər yaradır. 
Mütəxəssislərin dediyinə görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə yüksəlib. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, indi bu göstərici 2000 metrə çatır. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Belə amilləri əsasən istilik effekti verən qazlar - karbon, metan, azot oksidi, azot bir oksid və xlor-fülor birləşmələr yaradır. Nəticədə tufan, çovğun və fırtınaların intensivliyi artıb, isti küləklər, qasırğa və yağıntılar güclənib, sel, daşqın kimi fəlakətlərin sayı çoxalıb. Su ehtiyatları öz normal ekoloji durumunu itirdiyi üçün bioloji müxtəliflik də zəifləyib.
Təbii fəlakətlərlə yanaşı, sənaye, kənd təsərrüfatı müəssisələri, müharibələr, nüvə-raket sınaqları, kosmosda aparılan elmi tədqiqatlar, nəqliyyat vasitələri, terror aktları da iqlim dəyişmələrini sürətləndirib. Atmosferə səpələnmiş zəhərli və zərərli qazlar ətraf mühiti çirkləndirir, güclü ekoloji fəsadlar törədir. Ən qorxulu təhlükə mənbələrindən olan klassik yanacaq növləri - neft və neft məhsullarından, qazdan, daş kömürdən istifadə də iqlim dəyişmələrinə təsir etməkdə davam edir. Ozon təbəqəsinin deşilməsi, turşulu yağışların peyda olması qlobal problem kimi dünya gündəmindən düşmür. Bu ekoloji problemlərin yaratdığı fəsadlar bəşəriyyət üçün olduqca təhlükədir. 
Qlobal iqlim dəyişmələri Azərbaycandan da yan keçməyib. Son 100 ildə ölkə ərazisində orta illik temperaturlar 0,4-1,3 dərəcə selsiyə qədər yüksəlib. Sadalanan fəlakətlər Azərbaycanda da tez-tez baş verir. Odur ki, iqlim dəyişkənliyinə "qapı açan" ekoloji problemlərin aradan qaldırılması üçün dövlət davamlı tədbirlər  həyata keçirir. Məsələn, ekoloji cəhətdən çirklənmiş ərazilər təmizlənir və həmin yerlərdə yaşıllaşdırma zolaqları salınır. Bu iş həm Bakıda, həm də bölgələrdə aparılır və hər il həmin hesaba minlərlə hektar ərazidə yaşıllıq kolu, ağaclar əkilir. Ümumiyyətlə, Azərbaycan regionda yaşıllaşdırma tədbirlərinə görə öndə gedir. Təkcə ötən il ölkəmizdə 2 milyona yaxın ağac əkilib. Sevindirici haldır ki, bu işdə bütün ölkə vətəndaşları iştirak edirlər. 
Yaşıllıq sağlam həyatın mənbəyidir. İnsanın əhvalını yüksəldən, səhhətə müsbət təsir edən, pozitiv ruh yaradan yaşıllıq massivləri nə qədər çox olarsa, ekoloji tarazlıq da bir o qədər az pozular. Ona görə də bütün ölkə boyu gözoxşayan yaşıllıq zolaqlarının salınması, ağacların əkilməsi vacib aksiyalardır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı bir çox sənəddə yaşıllaşdırma işi də mühüm bir vəzifə kimi önə çəkilir. Çünki ölkəmizin iqtisadi inkişaf konsepsiyasında əsas hədəflərindən biri də ekologiyanın qorunmasıdır. Ona görə də həyata keçirilən yaşıllaşdırma və təmiz istehsal aksiyaları və digər tədbirlər  ictimaiyyət tərəfindən razılıqla qarşılanır. 
Ulu Öndər Heydər Əliyev də yaşıllıq zolaqlarının salınmasına xüsusi fikir verirdi. Ulu Öndərin təşəbbüsü ilə həm Bakıda, həm də respublikanın digər ərazilərində xeyli yaşıllıq zolaqları salınıb. Amma nə yazıq ki, bu gün bəzən yaşıllıqlara qənim kəsilənlər də tapılır. İşbazlar on illərlə yaşı olan ağacları kəsib yerində çoxmərtəbəli binalar, yaxud hansısa obyekt tikirlər. Ulu Öndər deyirdi ki, bir ağac kəsən sanki mənim bir qolumu kəsir. Ən pisi də odur ki, bu deyimin nə demək olduğunu anlamayan şəxslər bəzən yüngül cərimə ödəməklə canlarını qurtarırlar. 
Kütləvi şəkildə ağacların qırılmasına qarşı Prezident İlham Əliyev 2009-cu ildə Bakı və onun ətrafında 3 milyon ağac əkmək təşəbbüsünü irəli sürdü. 2010-cu il isə dövlət başçısının sərəncamı ilə "Ekologiya ili" elan olundu. Ekologiya sahəsində ən çox iş məhz həmin il görüldü. Təkcə Abşeron yarımadasında 5 milyon ağac əkildi. Bakı demək olar ki, ağaclarla qolboyun olmağa başladı. Bu yerdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü "Hərəyə bir ağac əkək!" təşəbbüsünü də qeyd etmək vacibdir. Təkcə bu deviz ilə keçirilən aksiyalarda milyonlarla ağac və kol əkilib. 
Mütəxəssislərin fikrincə, ağaclar çox olan yerlərdə xəstəlik törədən zərərli mikroorqanizmlər 8, zərərli qazlar 5 dəfə azalır. Bir çinar ağacının "istehsal etdiyi" oksigen 58 adama bəhs edir. Bir hektar meşə, yaşıllıq zolağı isə il ərzində 50-70 ton tozu, zəhəri öz "süzgəc"indən keçirir. Məhz bu səbəbdən bütün dünyada, o cümlədən Azərbaycanda meşələrin, yaşıllıq zolaqlarının qorunması, artırılması, onlara vaxtlı-vaxtında qulluq edilməsi diqqət mərkəzində saxlanılır. Nəzərə alsaq ki, 3 milyondan artıq əhalisi olan Bakıda ildə ən azı 150 milyon ton oksigen tələb olunur, o zaman paytaxtımız üçün ağacların, yaşıllıq zolaqlarının nə dərəcədə əhəmiyyətli olduğu hər kəsə aydın olar. Ona görə də ekoloji tarazlığı pozmamaq üçün hər birimiz yeni ağac əkməklə bərabər, həm də onu qorumalıyıq. Bu, bir vətən sevgisidir, vətənpərvərlik borcudur. 
Akademik Həsən Əliyev səyahətlərinin birində söhbət etdiyi almandan soruşub: "Nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız?" Cavabında alman deyib: "Meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək mümkün deyil". 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!