10 Dekabr 2025 10:14
642
Mədəniyyət
A- A+
Bakıda “Azerbaijan Fashion Week”in 19-cu mövsümü keçirilib  

Bakıda “Azerbaijan Fashion Week”in 19-cu mövsümü keçirilib  


Daş Salnaməsi Muzeyində “Azerbaijan Fashion Week”in 19-cu mövsümü baş tutub.

AZƏRTAC xəbər verir ki, builki mövsümün konseptual xəttini “Böyük İpək Yolunda” (On the Great Silk Road) mövzusu təşkil edib. Bu mövzu Azərbaycanın Şərqlə Qərb arasında mədəni, iqtisadi və nəqliyyat əlaqələrinin müasir mərkəzi kimi strateji baxışını əks etdirir. Konsepsiya, həmçinin nəqliyyat, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində aparılan milli təşəbbüslərlə, o cümlədən Avropa ilə Asiyanı birləşdirən əsas marşrutlardan sayılan Orta Dəhlizin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlə səsləşir.

Moda həftəsinin proqramına yerli və xarici dizaynerlərin kollektiv nümayişləri, həmçinin trend müəllif dəst-xətlərinin xüsusi təqdimatları daxil olub. Podiumda 9 ölkədən moda brendlərinin nümayəndələri çıxış ediblər:


Azərbaycan – Fakhriya Khalafova, Natavan və Murad Huseyn;

Misir – Hany Elbehairy Couture;

Bəhreyn – Naseem Alandalos;

Mərakeş – WI Mode by Wafaa Idrissi;

Oman Sultanlığı – YOLAND by Tafool Abdullah;

Qazaxıstan – Malique, STUDIO4353 by Dinara Siitova, Aliya Zhuman;

Türkmənistan – Gowher Gouvernet;

Özbəkistan – Timur Tursunkulov;

Ukrayna – BF Collection by Malika Beatrishe Casual.


2025-ci il mövsümü Azərbaycanın mədəni diplomatiyasının gücləndirilməsi, yerli dizaynın təşviqi və qlobal yaradıcılıq əməkdaşlığının genişləndirilməsi yolunda növbəti mühüm addım olub.

Qeyd edək ki, bu mövsümdə AZƏRTAC “Azerbaijan Fashion Week”in media tərəfdaşı qismində çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:07
10 Yanvar

Fransada xəstə şagirdə qarşı baş örtüyü qadağası dünyəvilik məsələsini yenidən gündəmə gətirir

14:50
10 Yanvar

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

13:59
10 Yanvar

Yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb

13:27
10 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət: Dumanlı havada ehtiyatlı olun

13:25
10 Yanvar

Arzu Əliyeva və Alena Əliyeva Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər

12:03
10 Yanvar

Tramp: İstəsələr də, istəməsələr də Qrenlandiya ilə bağlı nəsə edəcəyik

11:38
10 Yanvar

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA  

10:41
10 Yanvar

Azərbaycan neftinin qiyməti 4 faizdən çox artıb  

10:40
10 Yanvar

Tramp: Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir  

10:38
10 Yanvar

Tramp Çin və Rusiyaya istədikləri nefti sata biləcəyini açıqlayıb

10:35
10 Yanvar

Tramp Venesuelaya məxsus növbəti neft tankerinin saxlanıldığını təsdiqləyib  

09:16
10 Yanvar

Bilmək istəyirəm

08:55
10 Yanvar

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

08:50
10 Yanvar

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

08:45
10 Yanvar

Ekoloji "təhlükəsizlik zonaları"

08:40
10 Yanvar

"Qələbə sadəcə, inamdır"

08:35
10 Yanvar

"Cənab leytenant, sən qəlblərdə yaşayırsan"

08:30
10 Yanvar

Ötən il qeyri-neft sektorunda ixracın dəyəri 3,6 milyard dollara çatıb

08:25
10 Yanvar

"Qarabağ"dan "qara qızıl" gözləyirik

08:20
10 Yanvar

Xəzər artıq sərhəd deyil

08:15
10 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!