10 Yanvar 2026 08:50
869
CƏMİYYƏT
A- A+
Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır

Tərtər artıq 5 ildən çoxdur cəbhə bölgəsi sayılmır


İndi rayonun qarşısında duran vəzifələr də fərqlidir


Bu gün hər birimiz azad və müstəqil, qalib və qüdrətli, firavan həyat və xoş güzəran üçün zəruri əsasların bərqərar olduğu, sabit, inkişaf edən, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan adlı bir dövlətin vətəndaşı olmağımızla qürur duyuruq. Müstəqillik tariximizin son 20 ili xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır.

Prezident İlham Əliyev bu illər ərzində dövlətin daxili və xarici siyasətini böyük müdriklik və siyasi uzaqgörənliklə yönəldərək bir zamanlar əlçatmaz hesab edilən siyasi və iqtisadi hədəfləri fəth etmiş, müzəffər sərkərdə qüdrəti ilə nankor qonşularımızın - Ermənistan silahlı qüvvələrinin 30 il işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzuru azad edərək öz xilaskar adını tarixə qızıl hərflərlə yazmışdır.

Dövlət başçısı yeni ilin ilk yaddaqalan görüşünü jurnalistlərlə keçirərək yerli televiziya kanallarına geniş müsahibə vermişdir. Müxtəlif suallara verdiyi tutarlı cavablar, siyasətçi peşəkarlığı ilə apardığı təhlillər, dünyaya verdiyi mesajlar, sosial-iqtisadi inkişafımızın yeni istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, uğurla reallaşan Böyük qayıdışın detalları ölkə daxilindəki ictimai rəydə, eləcə də beynəlxalq mediada gündəm effekti yaratmışdır. 

Müsahibədə səslənən fikirlər, qarşıya qoyulan yeni hədəflər hər yerdə olduğu kimi, Tərtərdə də maraqla qarşılanmışdır. Prezident İlham Əliyevin Tərtərə və tərtərlilərə münasibətinin fərqli olduğunu deyə bilərik. Tərtər Vətən müharibəsi illərində düşmənlə təmas xəttinə yaxın bir ərazidə yerləşdiyindən şiddətli hücumlara, ağır raket və artilleriya zərbələrinə, böyük dağıntılara və itkilərə məruz qalmışdır. Prezident çətin və ağrılı günlərdə dəfələrlə Tərtərə səfər etmiş, rayon əhalisinin yanında olmuş, tərtərlilərdən zəruri qayğı və dəstəyini əsirgəməmişdir. Ozamankı reallığı dəyərləndirən dövlət başçısı demişdir ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. Dövlət başçısının qəhrəman Tərtərin fədakar övladlarına verdiyi yüksək dəyər sakinlərin yaddaşına əbədi həkk olunmuşdur. 

Yeni ilin ilk günləri Tərtərdə xoş ovqat yaşanır. 2025-ci il böyük nailiyyətlərlə başa vurulub. Taxıl, pambıq, digər kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə xeyli artıma nail olunub. Nəzərdə tutulan sosial-iqtisadi layihələr uğurla reallaşıb. Rayon sakinlərinin güzəranı, dolanışığı daha da yaxşılaşıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, rayon rəhbərliyi şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına qayğını diqqət mərkəzində saxlayır. Şəhid ailələrində elə məclis, elə əlamətdar gün olmur ki, rayon rəhbərliyi orada iştirak etməsin.

Yeni il Tərtərə yeni əhval gətirib. Niyyətləri bolluq, firavanlıq olan, qurub-yaratmaq həvəsli tərtərlilərin hər sözünün, hər söhbətinin əsas mövzusu Prezidentin məlum müsahibəsində səslənən fikirlər, müəyyən edilən yeni fəaliyyət istiqamətləridir. Rayonda müxtəlif peşə, fərqli dünyagörüşlü sakinlərlə görüşüb həmsöhbət olduq. 

Tərtər şəhər sakini, şəhid atası Bəhruz İskəndərov dedi ki, müsahibəni qəzetdən oxudum: "Prezidentin səsləndirdiyi fikirlərin məna yükü çox böyükdür. Mənim üçün ən çox diqqət çəkən bir əsas məqamdır. Prezident dedi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bax, bu bir cümlə məncə müsahibənin bütün qayəsini, məqsəd və məramını əhatə edir. Prezident İlham Əliyev dəfələrlə və dönə-dönə vurğulayıb ki, dövlət xalq üçün, vətəndaşların xoş güzəranı, firavan həyatı üçün çalışmalıdır. Bu məqsədlə də məmurlara tapşırıq verir ki, insanların arasında olun, vətəndaşların müraciətlərinə həssas yanaşın, hər kəsə qayğı və diqqət göstərin. Bir şəhid atası olaraq minnətdarlıqla deyə bilərəm ki, mənə göstərilən münasibətdən razıyam".

Tərtərdə nüfuzlu ziyalı kimi tanınan, Sarıcalı kənd tam orta məktəbinin direktoru Vəsilə Mehdiyeva müsahibədən aldığı təəssüratı bizimlə bölüşərək bildirdi ki, Prezident müxtəlif sualları cavablandırarkən bir məqama xüsusi diqqət yetirdi: "Bu, dilimizlə bağlıdır. Dövlət başçısı bütün dünyaya ünvanladığı mesajda qeyd etdi ki, biz böyük xalqıq, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Uzun illər boyu müxtəlif imperiyaların tərkibində yaşasaq da, dilimizi zamanın çətin sınaqlarından qoruyub saxlaya bilmişik". Vəsilə xanım əlindəki qəzeti açıb dövlət başçısının müsahibəsindən sitat da gətirdi: "Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin və çox metodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da, çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür".

Vəsilə Mehdiyeva sözünə davam edərək bildirdi ki, biz müəllimlər Prezidentin doğma ana dili haqqında səsləndirdiyi fikirlərdən nəticə çıxararaq məktəblərimizdə Azərbaycan dilinin tədrisinə diqqəti artırmalıyıq.

Taleyini torpağa, halal zəhmətə bağlayan fermer Fazil Vəliyev təkcə Bəyimsarov kəndində deyil, bütün Tərtərdə adlı-şanlı pambıqçı kimi tanınır. Fədakar əməyi yüksək dövlət təltifləri ilə qiymətləndirilib. Ötən il də yaxşı nəticələr qazanıb, hər hektardan orta hesabla 50 sentnerə yaxın pambıq götürüb. Deyir ki, Zəfərdən sonra üstümüzə gün doğub: "5 ildir sülh şəraitində yaşayırıq. Nə xoş ki, daha bölgədə toplar guruldamır. İndi torpaqlarımız da rahat nəfəs alır. 30 illik işğal dövründə Sərsəng su anbarı erməni işğalında olduğundan suya həsrət qalmışdıq. Çox zəhmət çəksək də, alın təri axıtsaq da, torpaqları suvara bilmirdik, əlimiz boş qalırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalından azad edən qəhrəman Azərbaycan əsgərinə ömürboyu borcliyuq. Beş ildir ki, bizim üçün həyatın dadı dəyişib".

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə münasibət bildirən Fazil Vəliyev dedi ki, torpaq namusdur, qeyrətdir: "Vətən torpaqla var olur. Dövlət başçısının jurnalistin torpaqla bağlı verdiyi suala cavabı bir kənd adamı kimi ürəyimdən xəbər verdi. Qələbəyə aparan yolun çətinliklərini xatırladım. Şəhidlərimizin qanı tökülən torpağın müqəddəsliyini bir daha hiss etdim. Sualı cavablandırarkən fikrini belə yekunlaşdırdı ki, hər an ayıq olmalıyıq, güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".

Dövlətə, dövlətçiliyə bağlı olan tərtərlilər beləcə sabaha inamla baxır, yenilməz gücümüzün mənbəyi olan xalq-dövlət birliyinin sarsılmazlığına yeni töhfələr vermək üçün səfərbər olduqlarını nümayiş etdirirlər.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp yenidən İranı körpülərə və elektrik stansiyalarına zərbələr endirməklə hədələyib  

09:42
03 Aprel

Tramp administrasiyasından daha çox məmur ayrıla bilər

09:41
03 Aprel

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

İranda Kərəc körpüsü ikinci dəfə hədəf alınıb, 8 nəfər ölüb

08:45
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!