10 Yanvar 2026 08:45
523
İQTİSADİYYAT
A- A+
Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və strateji baxışa əsaslanır


Turizm sektoru iqtisadiyyatın şaxələndirilməsi, regional inkişafın sürətləndirilməsi və beynəlxalq imicin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Azərbaycanda da turizm inkişafın prioritet istiqaməti kimi müəyyən edilib, həm ənənəvi, həm də yeni turizm növlərinin inkişafı üçün sistemli addımlar atılıb. 

Ölkəmizin turizm potensialı əlverişli coğrafi mövqeyi, zəngin mədəni-tarixi irsi, təbiət və iqlim müxtəlifliyi, eləcə də regional və qlobal miqyasda təhlükəsiz ölkə imici ilə səciyyələnir. Azərbaycanda turizmin inkişafının əsas təkanverici amilləri kimi həm də  təhlükəsizlik və sabitlik faktorları xüsusi yer tutur. Avropa və Asiya qovşağında yerləşməsi, tranzit imkanlarının genişliyi və doqquz iqlim tipinin mövcudluğu ölkəmizin turizm potensialının nə qədər böyük olduğunu göstərir. Bunlar xarici turistlərin seçimində əsas meyar kimi çıxış edir. 

Statistik göstəricilər bu potensialın real nəticələrə çevrildiyini nümayiş etdirir. Belə ki, 2025-ci ildə Azərbaycanın turizm sektorunda 8,9 faiz artım qeydə alınıb, ölkəyə gələn əcnəbilərin sayı 2,3 milyona, gecələmələrin sayı isə 7,287 milyona çatıb. Turizm sahəsinə 349 milyon manat investisiya yönəldilib, nəticədə 6,4 min yeni iş yeri açılıb. Bu göstəricilər turizmin sosial-mədəni və mühüm iqtisadi sahə kimi formalaşdığını təsdiqləyir. 

Prezident İlham Əliyevin yanvarın 5-də yerli telekanallara verdiyi müsahibədə diqqətə çatdırdığı məsələlər Azərbaycanın turizm siyasətinin konseptual əsaslarını və uzunmüddətli baxışını aydın şəkildə ortaya qoydu. Dövlət başçısı turizmin cəlbediciliyini müəyyən edən əsas meyarlar barədə deyib: "Birincisi, təbii ki, təhlükəsizlik və sabitlikdir. Bu gün dünyada insanlar səyahət etmək qərarına gəldikdə onlar hər zaman ölkənin təhlükəsizliyini və sabitliyini nəzərə alırlar". Prezident İlham Əliyev Azərbaycanın qlobal miqyasda ən təhlükəsiz məkanlardan biri kimi qəbul edildiyini vurğulayıb. Coğrafi mövqe, mədəni irs və təbiət müxtəlifliyi məsələsinə toxunan dövlət başçısı bildirib ki, ölkəmiz həm Asiyaya, həm də Avropaya yaxındır, bir növ onların qovuşduğu yerdədir və bu üstünlük zəngin mədəniyyət, tarixi abidələr, doqquz iqlim tipi və inkişaf etmiş paytaxtla tamamlanır. 

Qeyd edək ki, ölkəmizdə qış turizmi istiqamətində Şahdağ Turizm Kompleksi və Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi xüsusi əhəmiyyət kəsb edir. Şahdağda 37 xizək yamacı və 45 kilometr uzunluğunda xizək trası fəaliyyət göstərir. 2025-ci ildə bu mərkəz 300 mindən çox ziyarətçi qəbul edib. Tufandağ kompleksi isə 12 kilometrdən artıq xizək sahəsi və 4 kanat xətti ilə ilboyu turizm imkanları təqdim edir. Həmçinin Kəlbəcər Dağ Turizm Mərkəzi iki fazalı layihə çərçivəsində gələcəkdə 3 kanat yolu və 18 yamacla fəaliyyət göstərəcək ki, bu da azad edilmiş ərazilərin turizm xəritəsində mühüm yer tutacağını göstərir.

Bununla yanaşı, çimərlik turizmi, meşə landşaftları və milli mətbəx Azərbaycanın turizm imkanlarını rəqabətədavamlı edir. Beynəlxalq tədbirlərin turizmin inkişafında rolu böyükdür. Prezident İlham Əliyev "Formula-1" yarışlarını "yarım milyard auditoriyası olan birnömrəli idman tədbiri" kimi xarakterizə edərək bu yarışların artıq on ildən çoxdur ki, ölkəyə minlərlə turist cəlb etdiyini vurğulayıb. Eyni zamanda Şahdağda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatının Azərbaycanın beynəlxalq idman-turizm təqvimində mövqeyini gücləndirəcəyi bildirilib. 

Dövlət başçısı diqqətə çatdırıb ki, hazırda Azərbaycanda həm milli, həm də xarici hava şirkətləri fəaliyyət göstərir, uçuş coğrafiyası isə davamlı şəkildə genişlənir. Heydər Əliyev Beynəlxalq Aeroportunda isə yeni terminalın tikintisi planlaşdırılır. Prezident bildirib: "Bizə 15 milyonluq, ola bilsin 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni konsepsiyası üzərində artıq işləyirik". 

Yeni turizm istiqamətləri sırasında biznes və səhiyyə turizmi xüsusi perspektiv kimi qiymətləndirilir. Prezident İlham Əliyev bu barədə deyib: "Biz biznes turizmi və potensial qaydada sağlamlıq turizmi haqqında düşünə bilərik. Hazırda onun üzərində çalışırıq". Mövcud istirahət və müalicə mərkəzləri, Naftalan, Qalaaltı, Duzdağ və digər məkanlar bu istiqamətdə möhkəm baza yaradır. 

İşğaldan azad edilmiş ərazilər Azərbaycanın turizm strategiyasında yeni mərhələnin əsas dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "təbii cənnət" adlandıraraq, bu bölgələrdə turizmin inkişafının prioritet istiqamət olduğunu vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə mehmanxana infrastrukturunun yaradılması regional turizmin canlanmasına xidmət edir. 

Xəzər sahilində həyata keçirilən "Sea Breeze" layihəsi isə müasir turizm imkanları təqdim edir. Dövlət başçısı qeyd edib ki, öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan "Sea Breeze" böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. 6,5 kilometr sahil boyunca yerləşən, 40-dan çox binanı əhatə edən bu kompleks həm qonaqlama, həm əyləncə, həm də yaşayış funksiyalarını bir məkanda birləşdirərək ölkəmizin turizm konsepsiyasına yeni keyfiyyət gətirir. 

Azərbaycanın turizm siyasəti sistemli, çoxşaxəli və uzunmüddətli strateji baxışa əsaslanır. Təhlükəsizlik, sabitlik, infrastrukturun inkişafı, beynəlxalq tədbirlər və azad edilmiş ərazilərin reinteqrasiyası turizmin inkişafına xidmət edən faktorlar kimi çıxış edir. Mövcud göstəricilər və planlaşdırılan layihələr fonunda Azərbaycanda turist sayının ortamüddətli perspektivdə 5-6 milyon nəfərə çatdırılması əsas hədəflərdən biridir. Bu mənada turizm sektorunun inkişafı bundan sonra da ölkəmizin iqtisadi və sosial reallıqlarının formalaşmasında mühüm rol oynayacaq. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük  

13:47
20 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək  

13:34
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:33
20 Yanvar

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhərlərin inkişafının getdikcə daha mühüm tərkib hissəsinə çevrilir 

13:29
20 Yanvar

Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

13:28
20 Yanvar

Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər  

13:23
20 Yanvar

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

13:17
20 Yanvar

Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram 

13:12
20 Yanvar

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:11
20 Yanvar

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

13:08
20 Yanvar

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!