25 Noyabr 2026 08:30
107
İQTİSADİYYAT
A- A+
Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb


Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov bu ölkənin Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş "Mərkəzi Asiya və Azərbaycanın qitələrarası beynəlxalq nəqliyyat marşrutlarının gələcək imkanları" mövzusunda keçirilən konfransda çıxış edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Q.Gözəlov çıxışında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin xalqlarını birləşdirən ortaq tarixi köklərə, etnik və mədəni bağlara, eləcə də əsrlər boyu formalaşmış dostluq və qardaşlıq münasibətlərinə toxunub. O, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb.

Regional əməkdaşlıq platformalarından danışan səfir Azərbaycanın BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıqda iştirak etdiyini bildirib. O, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulmasının regional əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda Azərbaycanın 2027-ci ildə sözügedən formata sədrliyinin siyasi dialoqun, iqtisadi tərəfdaşlığın, eləcə də nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Səfir Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırıldığını, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükaşırma gücünün genişləndirilməsi istiqamətində işlərin aparıldığını, Ələt limanı ərazisində inşa olunan hava limanının 2027-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.

Nəqliyyat-logistika sahəsində regional əməkdaşlığın iqtisadi inkişaf üçün artan əhəmiyyətini qeyd edən səfir Orta dəhliz çərçivəsində Azərbaycan, Türkmənistan və Qazaxıstanın dəniz limanlarının mühüm roluna diqqət çəkib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımaların genişləndirilməsinin regionun tranzit potensialının artırılmasına töhfə verdiyini diqqətə çatdırıb. Diplomat həmçinin Türkmənistan və Qazaxıstanın enerji resurslarının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çatdırılmasında Azərbaycanın tranzit tərəfdaşı kimi roluna toxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!