25 Noyabr 2026 08:35
85
SİYASƏT
A- A+
İrəvan tarixi seçim qarşısında

İrəvan tarixi seçim qarşısında


Qarşıdan gələn referendumda veriləcək qərar erməni cəmiyyətinin təcrid siyasəti ilə, yaxud regional tərəqqi ilə yoluna davam edəcəyini qətiləşdirəcək


Azərbaycanın qətiyyətli siyasəti və suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar öz məntiqi bəhrəsini verməkdədir. İllərdir davam edən münaqişə səhifəsinin bağlanması və regionda sülhün hüquqi müstəvidə rəsmiləşdirilməsi istiqamətində rəsmi Bakının irəli sürdüyü prinsipial tələblər İrəvan rəsmiləri tərəfindən konkret addımlarla qarşılanır. Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi və bununla bağlı xalqa müraciət ünvanlaması bölgədə davamlı sabitliyə aparan yolda mühüm mərhələ kimi dəyərləndirilir.


Yalnız bu halda Cənubi Qafqazda dayanıqlı sülhə nail oluna bilər


İki ölkə arasında hazırda de-fakto sülh mühiti hökm sürür və sərhəddə sabitlik qorunur. Lakin bu reallığın yekun sülh müqaviləsi ilə möhkəmləndirilməsi üçün rəsmi Bakı hər zaman konkret və dəyişməz şərt irəli sürüb. Prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Yalnız Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda Cənubi Qafqazda dayanıqlı sülhə nail oluna bilər.

Xatırladaq ki, ötən il 8 avqust tarixli Vaşinqton Sammitində sülh müqaviləsinin mətni paraflanıb, iki ölkə arasında Birgə Bəyannamə imzalanıb,  telekommunikasiyaların açılması istiqamətində mühüm razılaşmalar əldə edilib. Həmin tarixdə Ağ Evdə yekun sülh sazişinin imzalanmamasının yeganə səbəbi Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddialarının yer almasıdır. 

Ermənistanın təqdim olunan yeni konstitusiya layihəsində diqqətçəkən ən mühüm məsələ də məhz budur. Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə çağırış edən və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad tamamilə çıxarılıb. Bundan əlavə, layihənin 8-ci maddəsində Ermənistanın xarici siyasətinin əsas məqsədinin sülhün təmin edilməsi olduğu təsbit edilib.

Rəsmi Bakının bu prosesə yanaşması tamamilə aydın və beynəlxalq hüquqa söykənir. Azərbaycan tərəfi konstitusiya islahatlarının məzmunu və daxili idarəetmə mexanizmləri ilə bağlı məsələləri Ermənistanın suveren daxili işi hesab edir və bu prosesə müdaxilə etmək niyyətində deyil. Ölkəmizi maraqlandıran yeganə prinsipial məqam qonşu dövlətin qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan revanşist müddəaların birdəfəlik aradan qaldırılmasıdır. Əgər bu müddəalar eynilə qalarsa, gələcəkdə yenidən torpaqlarımıza qarşı ərazi iddialarının baş qaldırılmayacağına heç kəs zəmanət vermir. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı bildirib: "Ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq".

Nazir vurğulayıb ki, bu gün Ermənistanda çox önəmli bir inkişaf baş verdi: "Ermənistanın baş naziri konstitusiya mətnini ictimaiyyətə açıqladı. Azərbaycan üçün maraqlı olan məqam ondan ibarətdir ki, yeni Konstitusiya layihəsində bu cür iddiaların yer almadığını müşahidə edirik. Bu, müsbət haldır, inkişafdır. Sözügedən məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq".


Yeni inkişaf perspektivləri


İrəvandakı siyasi proseslərin gedişi bu dəyişikliyin həm də Ermənistanın öz daxili böhranından çıxış yolu olduğunu göstərir. Xalqa müraciətində əvvəlki konstitusiya referendumlarının saxtalaşdırıldığını etiraf edən Nikol Paşinyan  cəmiyyətlə dövlət arasında hüquqi uçurum yarandığını deyib. O, yeni konstitusiyanın qəbulundan dərhal sonra Azərbaycanla sülh sazişinin imzalanacağını və ratifikasiya ediləcəyini bəyan edib: "Amma vətəndaşla ölkədə formalaşmış hüquqi qaydalar arasında üzvi əlaqə mövcud deyil. Bunun səbəbi isə əvvəlki bütün konstitusiyaların ictimaiyyətin geniş şəkildə qəbul etdiyi formada, vətəndaşların azad iradə ifadəsi ilə qəbul edilməməsidir. Bu referendumların nəticələri saxtalaşdırılıb".

Lakin prosesin parlament mərhələsində və ümumxalq səsverməsində necə nəticələnəcəyi həm Ermənistan siyasi elitası, həm də cəmiyyəti üçün ciddi sınaqdır. Paşinyan sülh yolunda əsas əngəl kimi gördüyü parlament müxalifətini siyasi məsuliyyəti bölüşməyə çağıraraq, karyerasını ortaya qoyan bəyanatla çıxış edib: "Əgər xalq yeni konstitusiyaya qarşı səs versə, yəni arqumentlərim ictimaiyyətimizi inandırmasa, referendumun nəticələrinin rəsmi elanından sonra bir həftə ərzində istefa verəcəyəm". 

Əksinə, sənəd qəbul olunarsa, Paşinyan növbəti dəfə baş nazir postuna namizədliyini irəli sürməyəcək. Bu gediş müxalifəti öz iddialarının girovuna çevirərək referendumun keçirilməsi üçün parlamentdə zəruri səslərin təmin edilməsinə hesablanıb.

Ermənistanda konstitusiya islahatları ətrafında yaranan bu siyasi-hüquqi dinamika təkcə ikitərəfli münasibətlərin normallaşmasına deyil, həm də bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xidmət edir. Uzun illər ərzində münaqişə və qarşılıqlı inamsızlıq səbəbindən regional əməkdaşlıq imkanlarından kənarda qalan Ermənistan üçün bu addım həm də iqtisadi dirçəliş və qonşularla normal inteqrasiya şansı deməkdir. Sülh sazişinin imzalanması regionda sabitliyi dönməz etməklə yanaşı, bütün tərəflər üçün yeni inkişaf perspektivləri açacaq.

Bir sözlə, Azərbaycan öz üzərinə düşən tarixi missiyanı yerinə yetirərək bölgədə sülh və əməkdaşlıq üçün zəmin yaradıb. İndi isə növbə təkcə Ermənistan hakimiyyətinin deyil, bütövlükdə erməni xalqınındır. Qarşıdan gələn referendumda veriləcək qərar erməni cəmiyyətinin keçmişin ərazi iddiaları və təcrid siyasəti ilə, yaxud qonşularla dinc yanaşı yaşamaq və regional tərəqqi ilə yoluna davam edəcəyini qətiləşdirəcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!