10 Yanvar 2026 13:59
474
DÜNYA
A- A+
“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?

Rusiya ordusunun növbəti dəfə, daha dəqiq desək, ikinci dəfə Ukrayna ərazisinə “Oreşnik” ballistik raketini atması yerli və dünya mətbuatının əsas mövzusuna çevrilib.

AZƏRTAC xəbər verir ki, Rusiya ilk dəfə “Oreşnik” raketini 2024-cü ilin noyabrın sonunda Dnepropetrovsk vilayəti ərazisinə atıb. Onda hələ bu raketin göstəriciləri maraqla təhlil edilmişdi. "Oreşnik" raketi ortamənzilli yer-yer ballistik raketidir. O, həm nüvə, həm də qeyri-nüvə başlığı ilə buraxıla bilər. Spesifikaları haqqında az məlumat olsa da, onun hədəflərə 10 Max (saniyədə 2,5-3 km) sürətlə çatdığı məlumdur. Rusiya raket təsnifatına görə isə mənzil 5500 km-ə qədər ola bilər. Bu rəqəmlər qismən Ukrayna kəşfiyyatı tərəfindən təsdiqlənir. Onların açıqlamasında bildirilir ki, 2024-cü ilin noyabrın 21-də Dneprə uçuş müddəti 15 dəqiqə olub və son mərhələdə sürət 11 Max-ı keçib. Bu, aeroballistik “Kinjal” raketindən üç dəfə sürətlidir. Həmçinin “Oreşnik” hər biri altı sursatla silahlanmış altı döyüş başlığı daşıyır.

Nüvə silahlarının yayılmaması üzrə mütəxəssis Ceffri Lyuisin sözlərinə görə, bu sistem bir müddətdir hazırlanır. Zərbə yerindən qalan qalıqlar “Oreşnik” raketinin diametrinin təxminən 92 sm olduğunu göstərir. Britaniyalı analitik Nik Braun onun maksimal mənzilinin 5500 km-ə qədər olduğunu, yəni Moskvanın Avropanın istənilən nöqtəsinə çata bilən ən uzunmənzilli silahdan istifadə etdiyini irəli sürür.

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu isə hesab edir ki, “Oreşnik” Avropanı qorxuda saxlamaq üçün istifadə edilir. Məhz ikinci dəfə “Oreşnik”in Avropanın sərhəd bölgəsinə, Lvov vilayətinə atılması da bu faktın göstəricisidir.

İnstitutun analitikləri hesab edirlər ki, Rusiya Qərbə "qabiliyyətlərini" nümayiş etdirmək üçün "Oreşnik" zərbəsi üçün Lvov bölgəsini qəsdən hədəf alıb. İnstitut hücumu Qərb ölkələrini Ukraynaya qoşun yerləşdirməkdən qorxutmaq məqsədi daşıyan "Rusiyanın nüvə qılınc zərbəsi"nin bir hissəsi adlandırır. İnstitut xatırladıb ki, "İstəklilər koalisiyası” ölkələrin yanvarın 6-da Parisdə keçirilən görüşündə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq atəşkəsdən sonra qoşunlarını göndərmək barədə razılığa gəlib. Eyni zamanda, Kreml dəfələrlə bildirib ki, bu cür Qərb təhlükəsizlik zəmanətləri Rusiya üçün qəbuledilməz olacaq və xarici qoşunlar rus ordusu üçün qanuni hədəflər olacaq.

Analitiklər qeyd edirlər ki, nüvə başlığı daşıya bilən "Oreşnik”in Lvov bölgəsinə zərbəsi “İstəklilər koalisiyası” üçün təhlükə və xarici qoşunların yerləşdirilməsini dayandırmaq cəhdidir. İnstitut, həmçinin xatırladıb ki, Rusiya ilk dəfə 2024-cü ilin noyabr ayında Ukraynanın ATACMS və "Storm Shadow" raketləri ilə zərbələrinə cavab olaraq "Oreşnik”i Ukraynaya qarşı istifadə edib. Həmin vaxt Kreml Qərbi qorxutmağa və Ukraynaya hərbi yardımı dayandırmağa çalışırdı.

Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyanın Ukraynaya qarşı "Oreşnik" ballistik raketindən istifadəsini, Lvov bölgəsinə zərbəsini Avropa İttifaqı ölkələrinə açıq təhlükə hesab edib. Zelenski qeyd edib ki, Rusiyanın "Oreşnik" raketinin hücumu Avropa İttifaqı ölkələrinin sərhədlərinə yaxın ərazidə baş verib. Bu, bir çox Avropa paytaxtları üçün ortaq problem yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib

16:24
20 Yanvar

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

16:23
20 Yanvar

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar faciəsinə həsr olunmuş matəm tədbiri keçirilib  

16:20
20 Yanvar

Azərbaycan Ordusunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

16:16
20 Yanvar

Qərbi Azərbaycan İcmasının üzvləri Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər  

16:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb YENİLƏNƏCƏK  

16:13
20 Yanvar

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

16:12
20 Yanvar

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib  

16:11
20 Yanvar

Əbədiyyət ünvanında çiçək təravəti, yağış təmizliyi

16:09
20 Yanvar

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

15:53
20 Yanvar

NİİM sürücülərə müraciət edib

15:46
20 Yanvar

Qazaxıstan Prezidenti parlamenti “Qurultay” adlandırmağı təklif edib

15:32
20 Yanvar

Qərb bölgəsində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib  

15:21
20 Yanvar

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Qazaxıstan Konstitusiyasında növbədənkənar prezident seçkiləri normasının təsbiti təklif olunub  

15:13
20 Yanvar

20 Yanvar - Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazıldığı tarixdir 

15:08
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!