14 Avqust 2025 13:05
507
SİYASƏT
A- A+
Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri telefonla danışıblar

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri telefonla danışıblar


Avqustun 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı Azərbaycanla ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində qazanılmış nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında baş tutan ali və yüksəksəviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Azərbaycanın və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür  

17:10
05 Yanvar

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib -YENİLƏNƏCƏK  

16:41
05 Yanvar

Prezident: Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir

16:33
05 Yanvar

Azərbaycanın pravoslav xristian icmasına

16:05
05 Yanvar

“Yeni Şafak” qəzeti: Zəngəzur dəhlizinin açılması bütün region üçün dönüş nöqtəsi olacaq  

16:03
05 Yanvar

ANAMA: Ötən il 6 min 824 mina və 52 min 392 partlamamış hərbi sursat zərərsizləşdirilib  

15:54
05 Yanvar

Bu il səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5 faizə yaxın olacaq  

15:53
05 Yanvar

Təhsil sektoruna dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılacaq  

15:49
05 Yanvar

2025-ci il necə xatırlanacaq: Əsas dünya hadisələri

15:45
05 Yanvar

Mehmet Emir Aksoy: Türkiyə-Azərbaycan enerji əməkdaşlığı ortaq strategiyanın institusionallaşmasının göstəricisidir  

15:31
05 Yanvar

Bu il sahibkarlıq fəaliyyətinə 3,3 milyard manat güzəşt tətbiq olunacaq  

15:29
05 Yanvar

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasının şah damarıdır  

15:13
05 Yanvar

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib - ŞƏRH  

15:11
05 Yanvar

Kolumbiya lideri: Əgər onlar məni həbs etməyə çalışsalar, xalq müdafiəmə qalxacaq  

15:09
05 Yanvar

Aİ ölkələri Venesuelada vəziyyətin deeskalasiyasına çağırış edib  

15:01
05 Yanvar

Azərbaycanın dövlət borcu açıqlanıb  

14:57
05 Yanvar

Yaponiyada ilin ilk hərracında mavi tuna balığı 3,2 milyon dollara satılıb  

14:49
05 Yanvar

Fransada özəl müəssisələrdə çalışan həkimlər tətilə başlayıblar  

14:49
05 Yanvar

Media: Cozef Bayden ABŞ prezidentləri arasında ən çox təqaüd alan şəxsdir  

14:37
05 Yanvar

“TRT Türk” radiosunda efirə çıxan “Azərbaycan rüzgarı” yayımını 2026-cı ildə də davam etdirir

14:21
05 Yanvar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Milli Muzeyində və Mutrah bazarında olub  

14:06
05 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!