05 Yanvar 2026 15:31
303
SİYASƏT
A- A+
Mehmet Emir Aksoy: Türkiyə-Azərbaycan enerji əməkdaşlığı ortaq strategiyanın institusionallaşmasının göstəricisidir  

Mehmet Emir Aksoy: Türkiyə-Azərbaycan enerji əməkdaşlığı ortaq strategiyanın institusionallaşmasının göstəricisidir  


Türkiyənin 2029-cu ildən etibarən Azərbaycandan 15 il müddətinə hər il 2,25 milyard kubmetr olmaqla ümumilikdə 33 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan yeni saziş klassik enerji müqaviləsindən qat-qat geniş mənaya malikdir. Abşeron yatağından hasil ediləcək bu qaz təkcə Türkiyənin enerji təchizatı təhlükəsizliyini möhkəmləndirmir, eyni zamanda, Ankara–Bakı xətti üzrə uzun illərdir formalaşan strateji birliyin institusional və geri dönməz mərhələyə keçdiyini nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Emir Aksoy bildirib. Onun sözlərinə görə, bu razılaşma Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uzaqgörən enerji diplomatiyasının növbəti mühüm həlqəsidir: “Bakı enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, eyni zamanda, geosiyasi tarazlıq aləti kimi istifadə etmək bacarığını uzun illərdir uğurla nümayiş etdirir. TANAP, TAP və Bakı–Tbilisi–Ceyhanla başlayan proses bu gün Abşeron yatağı vasitəsilə Türkiyəyə yönələn uzunmüddətli qaz tədarükü ilə yeni strateji dərinlik qazanır”.

Ekspert bildirib ki, Türkiyə baxımından bu saziş yalnız enerji təhlükəsizliyini təmin edən tədarük addımı deyil, həm də geosiyasi müstəqillik imkanlarının genişləndirilməsi deməkdir. “Qlobal enerji bazarlarının kövrəkliyi, Rusiya–Ukrayna müharibəsi ilə bağlı Avropada yaranmış təchizat böhranları və Yaxın Şərqdə davam edən qeyri-müəyyənliklər fonunda Türkiyənin dost və müttəfiq ölkə vasitəsilə uzunmüddətli və proqnozlaşdırıla bilən enerji xətti formalaşdırması strateji zərurətə çevrilib. Bu kontekstdə Azərbaycan təkcə tədarükçü deyil, etibarlı strateji tərəfdaş kimi önə çıxır. Bu razılaşmanı sadəcə iki ölkə arasında bağlanmış adi müqavilə kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas məqam illərdir siyasi diskursda səsləndirilən “iki dövlət, bir millət” konsepsiyasının real dövlət siyasətinə çevrilməsinin davamıdır. Enerji, müdafiə, nəqliyyat və diplomatiya sahələrində paralel şəkildə dərinləşən bu inteqrasiya Ankara–Bakı xəttini regional güc mərkəzinə çevirir”, - deyə ekspert vurğulayıb.

Mehmet Emir Aksoy qeyd edib ki, Prezident İlham Əliyevin apardığı balanslı, lakin qətiyyətli xarici siyasət Azərbaycanın yalnız hərbi deyil, enerji və diplomatiya sahələrində də oyunqurucu aktora çevrilməsinə imkan yaradıb. Türkiyə ilə imzalanmış bu uzunmüddətli qaz sazişi Azərbaycanın regional sabitliyi önə çəkən yanaşmasının iqtisadi və strateji təzahürüdür. Eyni zamanda, bu addım Cənubi Qafqazda Türkiyə–Azərbaycan mərkəzli yeni geosiyasi oxun möhkəmləndiyini təsdiqləyir.

Ekspertin fikrincə, qarşıdakı illərdə bu əməkdaşlıq yalnız qaz tədarükü ilə məhdudlaşmayacaq. Enerji ticarətindən regional enerji mərkəzinə çevrilmə hədəfi Türkiyənin enerji qovşağı kimi rolunu gücləndirəcək, Azərbaycanın isə Avropa və Avrasiya enerji balansındakı əvəzsiz mövqeyini daha da möhkəmləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyətin, ədəbiyyatın inkişafı dövlət siyasətində xüsusi yer tutur

08:55
07 Yanvar

Cəsur oğullar elə bir tarix yazdılar ki...

08:50
07 Yanvar

Gənclər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyirlər 

08:45
07 Yanvar

Regional və qlobal reallıqlar "907-ci düzəliş"in ləğvini şərtləndirir

08:40
07 Yanvar

Ordumuzun təchizatı və texnoloji modernləşmə

08:35
07 Yanvar

Azərbaycana dünyada böyük hörmətlə yanaşılır

08:30
07 Yanvar

Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan güclənib

08:25
07 Yanvar

Prezident bir daha bəyan etdi

08:20
07 Yanvar

Azərbaycanın strateji mövqeyi: D-8-dən Mərkəzi Asiyaya

08:15
07 Yanvar

ABŞ-Azərbaycan əlaqələrində tarixi mərhələ

08:10
07 Yanvar

Bu günün və gələcəyin inkişaf məkanı

08:05
07 Yanvar

Azərbaycan dövlətçiliyinin konseptual inkişaf xəritəsi

08:00
07 Yanvar

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

00:54
07 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında

00:53
07 Yanvar

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

00:52
07 Yanvar

Çin mediası Azərbaycan Prezidentinin Çinə dair fikirlərindən yazır  

23:24
06 Yanvar

Ukraynanın Baş Qərargahı Rusiyanın mühüm obyektlərinə zərbələrin endirildiyini təsdiqləyib  

23:22
06 Yanvar

“Xthings” innovativ təhlükəsizlik həllərini təqdim edir  

22:13
06 Yanvar

Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  

22:10
06 Yanvar

Sərt şaxtalar Avropanın bir sıra ölkələrində çətinliklər yaradıb  

21:45
06 Yanvar

Qırğızıstan portalı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsinin mətnini dərc edib  

21:29
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!