06 Yanvar 2026 22:10
416
DÜNYA
A- A+
Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  

Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  


 Onlar Bricit Makronun kişi doğulduğuna dair yalan məlumat yayıblar


Paris məhkəməsi 10 nəfəri - səkkiz kişi və iki qadını - Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronu təqib etməkdə təqsirli bilib. Təqsirləndirilən şəxslərin əksəriyyəti səkkiz aya qədər müddətinə şərti həbs cəzası alıb. Bir nəfər məhkəməyə gəlmədiyinə görə tutulub və həbsxanaya göndərilib.

Cəza alanların hamısı Fransanın birinci xanımının cinsi və seksual oriyentasiyası haqqında yalan xəbərlər, eləcə də Makronlar arasındakı 24 yaş fərqi haqqında "zərərli ifadələr" yaymaqda təqsirli bilinib.

Hakim bildirib ki, bütün təqsirləndirilən şəxslər internetdə alçaldıcı və təhqiramiz şərhlər yazmaqla Bricit Makrona zərər vermək üçün açıq niyyətlə hərəkət ediblər.

Bricit Makrona qarşı feyk məlumatlar yayan 10 nəfərin arasında müxtəlif peşə sahibləri var. Təqsirləndirilən şəxslərin yaşları 41 ilə 65 arasındadır. Onlardan biri seçkili  vəzifədə çalışan məmur, digəri qalereya sahibi, habelə müəllim və onlayn falçı, sosial şəbəkələrdə Amandin Rua kimi tanınan 51 yaşlı Delfin J. də var.

Amandin Rua, özünü müstəqil jurnalist adlandıran Nataşa Rey ilə birlikdə, keçən il Bricit Makrona qarşı böhtan atmaqda ittiham olunmuşdu.

2021-ci ildə Rua və Rey YouTube-da Bricit Makron adlı adamın heç vaxt mövcud olmadığını və əslində onun "cinsi dəyişdirilmiş" qardaşı Jan-Mişel Tronyo olduğunu iddia etdikləri bir söhbət yayımlayıblar.

Rey və Rua daha sonra apelyasiyalarını udublar və onların barəsində çıxarılmış ilkin hökmlər ləğv edilib. Lakin bəzi məlumatlara görə, Bricit Makron bu qərardan daha yüksək məhkəmə instansiyasına şikayət verib.

Fransa məhkəməsinin bazar ertəsi günü verdiyi qərar ABŞ-də daha böyük bir hüquqi mübarizənin - geniç məhkəmə araşdırmasının xəbərçisi oldu. Orada bir cütlük birinci xanımın gender mənsubiyyəti ilə bağlı konspiroloji nəzəriyyələr  yayan daha bir şəxs - bloger Kendas Ouensə qarşı diffamasiya iddiası qaldırıb.

Ouens bu iddiaları müntəzəm olaraq podkastında və sosial mediada təkrarlayır və 2024-cü ilin mart ayında xanım Makronun "əslində kişi olduğunu" iddia etdiyi üçün "bütün peşəkar nüfuzunu" riskə atmağa hazır olduğunu bildirib.

Makronların iddiasında Ouensin "iddialarını təkzib edən bütün etibarlı dəlilləri görməzdən gəldiyi və tanınmış konspiroloqlara və sübut olunmuş böhtançılara platforma verməyi seçdiyi" iddia edilir.

Xatırladaq ki, Bricit Makronun transgender olduğuna dair konspiroloji nəzəriyyələr 2017-ci ildə əri Emmanuel Makron Fransa Prezidenti olandan bəri yayılır.

Bricit Makron gələcək əri ilə onun oxuduğu orta məktəbdə dərs deyərkən tanış olub.

Cütlük 2007-ci ildə, gələcək Fransa Prezidentinin 29 yaşı və xanımının 53 yaşı olduğu zaman evlənib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

CNN: İran hələ də əhəmiyyətli raket imkanlarına malikdir

09:32
03 Aprel

Hava çirkliliyi qlobal böhrandır

09:10
03 Aprel

"Ən böyük arzumuz doğma yurda qayıtmaqdır"

09:05
03 Aprel

Qərbi Azərbaycanın bərpaolunan enerji mənbələri

09:00
03 Aprel

Samidin qəhrəmanlıq dastanı

08:55
03 Aprel

Zəfərə cığır açanlardan oldu

08:50
03 Aprel

Döyüş bölgəsinə köməyə getdi, şəhid oldu

08:45
03 Aprel

Aprel Zəfərindən Bütöv Azərbaycana

08:40
03 Aprel

Hərb tariximizi şərəfləndirən Aprel döyüşləri

08:35
03 Aprel

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!