07 Yanvar 2026 08:30
362
SİYASƏT
A- A+
Azərbaycana dünyada böyük hörmətlə yanaşılır

Azərbaycana dünyada böyük hörmətlə yanaşılır


Prezident İlham Əliyevin 2025-ci ilin yekunlarına dair müraciəti Azərbaycanın müasir inkişaf mərhələsinin əsas siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini sistemli şəkildə əks etdirən mühüm tezis xarakteri daşıyır. Müraciətdə ötən il ərzində əldə olunmuş nailiyyətlərə diqqət çəkilməklə yanaşı, eyni zamanda ölkənin gələcək inkişaf istiqamətləri və strateji hədəfləri aydın şəkildə ifadə olunur.

Milli Məclisin deputatı Zaur Şükürov qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçısının müraciətində 2025-ci ilin Azərbaycan üçün ümumilikdə uğurlu il olduğu qeyd edilərək, xalqımızın sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşadığı vurğulanır. Həqiqətən də, bu qiymətləndirmə ölkədə daxili sabitliyin qorunmasını, ictimai-siyasi mühitin dayanıqlılığını və dövlət idarəçiliyinin effektivliyini əks etdirir.  "2025-ci il Vətən müharibəsində qazanılmış tarixi zəfərin beşinci ildönümü ilə də əlamətdar olub. Prezidentimiz müraciətində bu məsələyə xüsusi yer ayıraraq, Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi qələbəmizin bizimlə əbədi olacağını qeyd etdi. Otuz ilə yaxın davam etmiş işğala son qoyan, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə bərpası ilə nəticələnmiş bu zəfərin Azərbaycan xalqının milli ləyaqətinin və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Zəfərin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin son illər ərzində keçdiyi inkişaf yolunu nümayiş etdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son beş il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni silah və texnikanın istismara verilməsi, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması nəticəsində Azərbaycan Ordusu bu gün istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. Xüsusi təyinatlı qüvvələrin sayının artırılması və komando qüvvələrinin formalaşdırılması ordunun döyüş qabiliyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın hərbi siyasətinin müdafiə xarakteri daşıdığını xüsusi vurğuladı. Dövlət başçısının sözlərinə görə, biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Eyni zamanda müraciətdə qeyd olunur ki, müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq hüquq normalarının effektiv işləmədiyi, qlobal miqyasda silahlanma prosesinin genişləndiyi bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini təmin etməlidir. Bu kontekstdə Azərbaycanın güclü orduya malik olması milli təhlükəsizliyin əsas təminatçısı kimi dəyərləndirilir.

Deputatın sözlərinə görə, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın əsas prioritetlərindən biri əldə edilmiş zəfərin beynəlxalq-siyasi müstəvidə möhkəmləndirilməsi olub: "Bu istiqamətdə aparılan ardıcıl siyasət nəticəsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün mandat verilmiş, lakin səmərəli fəaliyyət göstərməmiş Minsk qrupu və əlaqəli orqanların ləğv edilməsi və Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxarılması məhz bu siyasətin məntiqi nəticəsidir. Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün təmin olunmasında maraqlı olduğunu bəyan edib və Ermənistana sülh təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev bu mövqeni belə ifadə edir: "Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur". Ermənistanla paraflanmış sülh müqaviləsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin yaradılması baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir".

Z.Şükürov qeyd edib ki, müraciətdə Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərə də toxunulur. 2025-ci ildə ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv qəbul edilməsi, həmçinin Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv statusu qazanması Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. "Prezident İlham Əliyev də bildirdi ki, bu faktlar Azərbaycana dünyada böyük hörmətlə yanaşıldığını bir daha təsdiqləyir. Ölkədə keçirilmiş beynəlxalq tədbirlər də Azərbaycanın regional və qlobal əməkdaşlıq platformalarında fəal rol oynadığını nümayiş etdirir. Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü və Qəbələdə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Azərbaycanın həm regional, həm də türk dünyası miqyasında əməkdaşlıq proseslərinə verdiyi töhfənin göstəricisidir", - deyə o əlavə edib.

İqtisadi sahədə əldə edilmiş nəticələrin müraciətdə xüsusi yer tutduğunu diqqətə çatdıran deputat deyib ki, Prezident İlham Əliyev Azərbaycanın valyuta ehtiyatlarının 80 milyard dolları ötərək tarixi maksimum səviyyəyə çatdığını bildirib: "Xarici borcun ÜDM-in 6,3 faizini təşkil etməsi ölkənin maliyyə dayanıqlılığını və iqtisadi müstəqilliyini nümayiş etdirir. Prezidentin qeyd etdiyi kimi, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir. Bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib və Azərbaycanın kredit reytinqi yüksəldilib. Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci ilin yekunlarına dair müraciəti Azərbaycanın güclü dövlətçilik əsaslarına malik olduğunu, müstəqil və milli maraqlara əsaslanan siyasət yürütdüyünü və gələcəyə inamla baxdığını bir daha nümayiş etdirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ABŞ-da yağan güclü qar səbəbi ilə ölənlərin sayı 42 nəfərə yüksəlib  

09:38
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!