05 Yanvar 2026 15:11
270
İQTİSADİYYAT
A- A+
Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib - ŞƏRH  

Süni intellekt üzrə qlobal reytinq yenilənib: Azərbaycanın mövqeyi güclənib - ŞƏRH  


“Oxford Insights” beynəlxalq tədqiqat mərkəzi tərəfindən hazırlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi”nin (Government AI Readiness Index) 8-ci buraxılışı nəşr olunub. 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycan 195 ölkə arasında 70-ci yerdə qərarlaşıb. Ölkəmiz ümumi 49 bal toplayaraq Cənubi və Mərkəzi Asiya regionu üzrə orta göstərici hesab olunan 41,4 balı üstələyib, həmçinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək nəticə göstərib. 2025-ci il buraxılışında qiymətləndirmənin 195 ölkə üzrə aparılması indeksin indiyədək topladığı ən əhatəli məlumat bazasına istinad etdiyini göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova AZƏRTAC-a şərhində bildirib ki, “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi” artıq qlobal süni intellekt gündəliyində hökumətlərin hazırlığını ölçən və ən çox istinad edilən sənədlərdən biri hesab olunur, hökumətlər və G20 kimi beynəlxalq platformalar üçün müqayisə və istiqamətləndirmə aləti rolunu oynayır.

“Sonuncu buraxılışda metodologiyanın genişlənməsi hökumətlərin prioritetlərindən asılı olaraq həm süni intellektə xas, həm də daha geniş iqtisadi və institusional göstəricilərin ölçülməsini zəruri edib. Bu səbəbdən çərçivəyə müxtəlif siyasət alətləri, iqtisadi ölçülər və tənzimləyici yanaşmalar üzrə göstəricilər daxil edilib. Məsələn, bəzi ölkələr hüquqi çərçivə formalaşdırmağa üstünlük verdiyi halda, digərləri oxşar ictimai məqsədlərə “yumşaq hüquq” (soft law) mexanizmləri vasitəsilə nail olmağı hədəfləyir”,- deyə o qeyd edib.

A.Əhmədova diqqətə çatdırıb ki, 2025-ci il buraxılışında qiymətləndirmə əvvəlki ildən fərqli olaraq 6 əsas istiqamət üzrə aparılıb: “Azərbaycanın göstəriciləri xüsusilə dövlət sektorunda tətbiq və dayanıqlılıq istiqamətlərində yüksəkdir. Belə ki, ölkəmiz “Dövlət sektorunda tətbiq” (Public Sector Adoption) üzrə 66,97 bal, “Dayanıqlılıq” (Resilience) üzrə 58,27 bal, “Siyasət potensialı” (Policy Capacity) üzrə 53,5 bal, “İdarəetmə” (Governance) üzrə 50 bal, “Süni intellekt infrastrukturu” (AI Infrastructure) üzrə 46,21 bal, “İnkişaf və diffuziya” (Development and Diffusion) üzrə 34,73 bal nəticə göstərib”.

O qeyd edib ki, bu göstəricilər Azərbaycanın süni intellekt sahəsində diqqətinin tədricən institusional tətbiqə və ictimai faydaya yönəldiyini, növbəti mərhələdə isə insan kapitalı və yerli süni intellekt ekosisteminin gücləndirilməsinin əsas prioritet kimi ön plana çıxdığını nümayiş etdirir.

“Oxford Insights” 2025-ci il buraxılışı yeni tədqiqat sualına cavab verməyi hədəfləyib: “Hökumət süni intellekti ictimai fayda naminə nə dərəcədə səfərbər edə bilir?” Bu yanaşmada dövlətlərin süni intellekti vətəndaşların rifahı üçün müxtəlif formalarda necə istifadə etdiyini dəyərləndirmək imkanı yaranır. Bura ictimai xidmətlərdən tutmuş təhsil və səhiyyə sektorları üzrə tətbiq, eləcə də 21-ci əsrin rəqəmsal iqtisadiyyatı üçün zəruri bacarıq və ekspert potensialının formalaşdırılmasında hökumətin rolu aid edilir.

İİTKM rəsmisi əlavə edib ki, son illər Azərbaycanda süni intellektin inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə qəbul olunmuş strateji sənədlər qeyd olunan beynəlxalq meyarlarla uzlaşır: “Həm “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda müəyyən edilmiş tapşırıqlar, həm də “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da nəzərdə tutulan data əsaslı qərarvermə, rəqəmsal infrastrukturun gücləndirilməsi və sektorlar üzrə transformasiya hədəfləri buna ən yaxşı nümunədir. Bu strateji çərçivələrin paralel və əlaqəli icrası Azərbaycanın qlobal mövqeyinin möhkəmlənməsi üçün mühüm zəmin yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

00:54
07 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025-2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı"nın təsdiq edilməsi haqqında

00:53
07 Yanvar

"AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə

00:52
07 Yanvar

Çin mediası Azərbaycan Prezidentinin Çinə dair fikirlərindən yazır  

23:24
06 Yanvar

Ukraynanın Baş Qərargahı Rusiyanın mühüm obyektlərinə zərbələrin endirildiyini təsdiqləyib  

23:22
06 Yanvar

“Xthings” innovativ təhlükəsizlik həllərini təqdim edir  

22:13
06 Yanvar

Fransada 10 nəfər birinci xanımı təqib etməkdə təqsirli bilinib  

22:10
06 Yanvar

Sərt şaxtalar Avropanın bir sıra ölkələrində çətinliklər yaradıb  

21:45
06 Yanvar

Qırğızıstan portalı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsinin mətnini dərc edib  

21:29
06 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib  

21:01
06 Yanvar

Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb  

20:53
06 Yanvar

FIFA DÇ–2026 üçün mükafat fondunu artırıb: qalibi nə gözləyir?  

20:31
06 Yanvar

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

19:37
06 Yanvar

Qazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir  

19:03
06 Yanvar

Deputat: 907-ci düzəlişin icrasının dayandırılması Prezident İlham Əliyevin siyasi uğurudur  

18:16
06 Yanvar

Özünüməşğulluq proqramı işsizlikdən kiçik biznesə çıxış imkanı yaradır  

18:11
06 Yanvar

İsrailin xarici işlər naziri Somalilənd regionuna rəsmi səfər edib  

18:07
06 Yanvar

Media: Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirməkdə israrlıdır  

17:51
06 Yanvar

QHT Agentliyinin Müşahidə Şurasının tərkibi müəyyənləşib  

17:47
06 Yanvar

Qarabağ Universiteti beynəlxalq akkreditasiya sahəsində ilk uğurunu əldə edib  

17:31
06 Yanvar

Prezident İlham Əliyevin müsahibəsi gələcəyimizlə bağlı strateji yanaşma və yol xəritəsidir 

17:27
06 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!